• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Borcun azaldılması barədə göstəriş vermişəm - İlham Əliyev

gundem / iqtisadiyyat

6-04-2018, 13:27

Borcun azaldılması barədə göstəriş vermişəm - İlham Əliyev















Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm.

Bu sözləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

"Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub", - İ. Əliyev vurğulayıb.

Prezident sərmayələrin yarısının xarici, yarısının isə daxili olduğunu bildirib:

"Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycanın özəl sektorunun fəal investisiya siyasətinə dəlalət edir. Buna görə də bütün bunlar bu gün tamamilə təmin olunmuş iqtisadi müstəqilliyin əsasını təşkil edir.

Son illərin sanballı uğurları arasında bizim enerji sektorunda nailiyyətlərimizi də qeyd etmək istərdim. Biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişik. Yaxın keçmişdə qazı da idxal edirdik, indi qazın ixracatçısına çevrilmişik. Bizim həyata keçirdiyimiz iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verir. Biz həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoymuşuq, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaratmışıq.

Hələ görülməli işlərə gəldikdə isə, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsini, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılmasını və qeyri-neft sektorunda ixracın artırılmasını qeyd etmək istərdim. Məhz bu istiqamətlərdə fəal iş aparırıq. Son 2-3 ilin nəticələri çox sanballıdır. Biz qeyri-neft sektorunda ixracı 20-30 faiz artırmışıq və gələcəkdə əlbəttə ki, bu məsələ ən prioritet mövzulardan biri olacaq. Qeyd etməliyəm ki, bəzi ölkələrdən fərqli olaraq biz daim yeni iş yerləri yaradılması üzərində çalışırıq. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik.

Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq".

Oxunub: 5 837
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 11:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Dünən, 09:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Dünən, 09:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • Dünən, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Dünən, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Dünən, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Dünən, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Dünən, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Dünən, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Dünən, 11:50
    Prezident açılışda - Fotolar
  • Dünən, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Dünən, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Dünən, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Dünən, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Dünən, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
  • Dünən, 10:08
    Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
  • Dünən, 09:57
    Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
  • Dünən, 09:38
    Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
  • Dünən, 09:32
    Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
  • Dünən, 09:24
    Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
  • Dünən, 09:19
    Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
  • Dünən, 09:00
    "Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
  • Dünən, 08:47
    İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
  • Dünən, 08:40
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dünən, 08:36
    Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə