• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yeni supernazir kim olacaq? - GƏLİŞMƏ

gundem / siyaset

13-04-2018, 16:42

Yeni supernazir kim olacaq? - GƏLİŞMƏ

















Azərbaycanda 4 aydan çoxdur ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin dekabrında prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra Təhsil Nazirliyində birgə çalışdığı bəzi şəxsləri də yeni quruma aparıb. Nəticədə Təhsil Nazirliyində hazırda təkcə nazir postu deyil, bir neçə şəxsin yeri də vakant qalıb.

Ekspertlər onu da bildirirlər ki, Təhsil Nazirliyinin strukturu genişləndiriləcək, elm sahəsinə aid bəzi təşkilatlar da nazirliyin tərkibində birləşdiriləcək. Bəs, belə olacağı təqdirdə supernazir postuna kim təyin edilə bilər?

Ötən aylarda mətbuatda təhsil naziri postuna namizəd kimi müxtəlif şəxslərin adları çəkilib. Onlar arasında hazırkı müavin və nazir vəzifəsini icra edən Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımovun adlarını qeyd edə bilərik. Bu şəxslərin içərisində xüsusilə də Ceyhun Bayramovun adı daha çox hallanır. Qeyd edək ki, daha öncə də nazir vəzifə başında olmadığı ərəfələrdə onu məhz C.Bayramov əvəz edib. Bu şəxslərin adları çəkilsə də, özləri konkret olaraq məsələ ilə bağlı açıqlama verməyiblər.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil naziri postunun uzun müddət boş qalmasının əziyyətini vətəndaşlar çəkir:

“Belə ki, vətəndaşların regionlarda müraciətlərinə baxılma məsələsi həyata keçirilmir. Yəni prezidentin sərəncamına əsasən, komitə rəhbərləri və nazirlər müvafiq olaraq hər ay regionlarda görüşlər keçirməlidirlər. Ancaq 4 aydan çoxdur ki, təhsillə bağlı problemləri, şikayətləri olanlar bunu birinci şəxsə çatdıra bilmirlər. İkincisi də hazırda nazir müavini nazir səlahiyyətlərini yerinə yetirir. Deməli, eyni vaxtda onun vəzifəsi də boş qalıb. Çünki istər-istəməz öz kurasiyasına aid olan məsələlərə vaxt ayıra bilmir. Bundan başqa, nazirlikdə bir neçə yüksək vəzifə tutan şəxslər digər qurumlara keçdiyi üçün onların da yeri boş qalıb. Bu da nəticə etibarilə vətəndaşın məsələlərinin dinlənilməsində, həll olunmasında ciddi problemlər ortaya qoyur. Hesab edirəm ki, yaxın 2 həftə ərzində nazir postu boş qalmayacaq. Nazir postunu tutacaq şəxsin kimliyi isə, əlbəttə ki, cəmiyyətdə geniş müzakirə predmetidir. İnsanlar digər nazirliklərdən daha çox, bu nazir postuna kimin təyin ediləcəyini maraq edir. Çünki ölkədə 4472 orta ümumtəhsil məktəbi var və burada 1.6 milyon şagird təhsil alır. Ali təhsil müəssisələrimizdə isə 164 min tələbə təhsil oxuyur. Bu, təkcə elə təhsil alanların sayıdır. Bu təhsil müəssisələrində isə 170 minə yaxın müəllim var. Baxanda görürük ki, geniş bir kütlə tam olaraq nazirsiz vəziyyətdədir. Düşüncəm budur ki, nazir postunu artıq 4 aydır idarə edən şəxs- Ceyhun Bayramov nazir olacaq. Ya təhsilə yeni bir şəxs gələcək və 4-5 ildir həyata keçirilən islahatlar yavaşlayacaq, ya da köhnə heyətlə davam edəcək. Düşünürəm ki, ciddi dəyişikliyə ehtiyac olmayacaq. Çünki nəzərə alsaq ki, prezident artıq 5 il deyil, 7 illik seçilib. Başlamış layihələrin başa çatması üçün də 2 il vaxt lazımdır. Çünki Təhsil Nazirliyinin 2014-15-ci ildə başladığı layihələr öz effektini 2020-ci ildə bitirəcək. Ona görə də mənim namizədim Ceyhun Bayramovdur və böyük ehtimalla nazir təyin ediləcək. Digər namizəd kimi isə ciddi bir şəxs olan, nüfuzlu, elmi, təhsili bilən şəxs Abel Məhərrəmovdur. Əgər biz yenidən ənənəvi təhsil üsuluna keçməyi düşünürüksə, yaxud da Təhsil Nazirliyində şəxslərin rolunun artmağını hesab ediriksə, daha çox onun bu posta gələcəyini hesab edirəm. Deməli, Ceyhun Bayramovdan sonra ikinci namizəd Abel Məhərrəmovdur”.

Ekspert bildirib ki, supernazirlik də yaradıla bilər:

“Əvvəlki illərdən fərqli olaraq indi prezidentlik müddəti daha uzundur. 7 il kifayət qədər bir vaxtdır və artıq təkcə Təhsil Nazirliyi yox, hökumətin tərkibində bir çox qurumların ləğvinin şahidi olacağıq. Bunların da başında, təbii ki, Təhsil Nazirliyi gəlir. Çünki fakt budur ki, hazırda məktəbəqədər təhsil müəssisələri, ali məktəblər, Milli Elmlər Akademiyası Təhsil Nazirliyinə tabe deyillər. Ancaq bunlar hamısı bir-biriləri ilə bağlıdırlar. Ona görə də düşüncəm odur ki, bu quruma artıq yeni əlavələr olacaq. Bu təcrübə Azərbaycanda var. Daha öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdi. Hətta bunlar bir-birinə aid olmasalar belə, birləşmə halını gördük. Ən inkişaf etmiş ölkələrdə Təhsil Nazirliyi ayrıca qurum deyil. Elm, Təhsil, Mədəniyyət, İnnovasiyalar Və Gənclər Nazirliyi olaraq fəaliyyət göstərirlər. Həqiqətən də düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyinin ən çox bu sahəyə aidiyyəti var. Gözləntim odur ki, hökumətin tərkibi açıqlanan zaman yeni struktur yaradılacaq. Onun da adı Elm-Təhsil-İnnovasiyalar Nazirliyi olacaq. Milli Elmlər Akademiyası və digər yuxarıda sadaladıqlarım da bunun tərkibində olacaq. Müstəqil olmaları bəzən təhsilin imic və inkişafına mane olur. Təhsil Nazirliyi hansısa innovativ layihələrin həyata keçirilməsi zamanı universitetlərə müraciət edəndə müəyyən nomenklatur baryerlərlə qarşılaşır. Çünki tabeçilik yoxdur. Təhsil Nazirliyinin universitetlərdə nüfuzunun artırılmasına ehtiyac var. Hətta 2017-ci ildə ölkə başçısı da Təhsil Nazirliyinə müəyyən səlahiyyətlər verib. Ona görə də hətta Dövlət İmtahan Mərkəzinin belə Təhsil Nazirliyinin daxilində olan qurum kimi fəaliyyətini gözləyirəm”.

Oxunub: 5 679
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

1-03-2018, 14:46

“Seçkidən sonra təhsil nazirliyi ləğv olunacaq” – “Yeni nazir buna görə təyin olunmur”

gundem / siyaset

7-02-2018, 16:01

Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur: - BDU-da təhvil-təslim başladı

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Bu gün, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Dünən, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 11:55
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Dünən, 10:56
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Dünən, 09:38
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Bu gün, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Bu gün, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Bu gün, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Bu gün, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Bu gün, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Bu gün, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Bu gün, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Bu gün, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Bu gün, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Bu gün, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Bu gün, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Bu gün, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Bu gün, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Bu gün, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Bu gün, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Bu gün, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Bu gün, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Bu gün, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Bu gün, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
  • Bu gün, 08:23
    Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
  • Bu gün, 08:18
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Dünən, 16:00
    Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
  • Dünən, 15:30
    Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
  • Dünən, 14:22
    Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda
  • Dünən, 13:51
    AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
  • Dünən, 13:25
    Prezidentdən AZAL-la bağlı FƏRMAN
  • Dünən, 12:49
    Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
  • Dünən, 12:44
    Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
  • Dünən, 11:55
    Səlim Müslümovun milyonluq əmlakı satıldı
  • Dünən, 11:39
    Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
  • Dünən, 11:33
    Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
  • Dünən, 11:06
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Dünən, 10:56
    Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
  • Dünən, 10:32
    İran Ermənistan üçün dağları partladır – Türkiyə və Azərbaycana görə
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 09:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə