• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Sovetski” sakinlərinin külli miqdarda pulunu mənimsəyən 2 qadının cinayət əməlləri — TƏFƏRRÜAT

gundem / kriminal

27-08-2018, 18:36

“Sovetski” sakinlərinin külli miqdarda pulunu mənimsəyən 2 qadının cinayət əməlləri — TƏFƏRRÜAT















Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş “Sovetski” məhəlləsinin sakinlərinə qarşı dələduzluq edən 2 qadının məhkəməsi başlayıb.
Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Məmmədova Yeganə Məhəmmədiyə qızı və Cəfərli İradə Kazım qızının məhkəmə prosesinə hakim Samir Əliyev sədrlik edəcək. Belə ki, 2014-cü ildə “Sovetski” sökülən zaman adıçəkilən qadınlar həmin ərazidən köçürülən sakinləri aldadaraq onlara ucuz qiymətə evlər alacaqlarını söz verərək külli miqdarda pul əldə etməklə 15 nəfərə qarşı dələduzluq ediblər.

İtiiham aktına görə, zərərçəkən Samirə Həsənova anası ilə birgə İradəyə onlara ev alması üçün 220 mindən çox pul verdiklərini, hazırda isə kirayədə yaşadıqlarını bildirib:

“2014-cü ildə "Sovetski" söküləndə Yeganə adında bir şəxslə tanış oldum. O, mənə banklarla əlaqəsi olan, orada girov və müsadirə olunan evləri ucuz qiymətə təşkil edən İradə adlı (İradə Cəfərli) vəkil olduğunu söylədi. Hərrac yolu ilə həmin evlərdən birini ucuz qiymətə ala biləcəyimizə məni inandırdı. "Sovetski"dəki evimə verilən kompensasiyanı elə İradənin özü ilə birgə gedib bankdan götürdük və Mətbuat prospektində dediyi evə baxmağa getdik. Evim sökülməmişdən öncə bir neçəsinə baxmışdım. 50 minə şəraitsiz şəkildə olan həyət evləri var idi, onun göstərdiyi ev isə həm təmirli idi, həm də şəhərin mərkəzində yerləşirdi. Bu səbəbdən görən kimi razılaşdım. Kim olsaydı, o qiymətə razılaşardı. Bizə bir az səbr etməyimizi, yaxınlarda hərracın başlayacağını söylədi. O zamana qədər kirayədə yaşamalı idik. Kirayə pulunu da guya bank ödəyəcəkdi. Sonra anama da dedim, o da qardaşım üçün birini almaq istəyirdi. Ümumi olaraq 120 min manat mən, 100 min də anam verdi. Yeganə isə şirinlik kimi bizdən hər evə görə 1000 manat istədi, onu da verdik. O, tutulandan sonra məlum oldu ki, bank, hərrac, ev məsələsi hamısı yalan imiş. Bizdən aldığı pullarla maklerlərdən kirayə ev tutub bizi yerləşdirib. Tutulana qədər bizi 3 evə köçürdü, hazırda isə Mirəli Seyidov 43, mənzil 48-də yaşayıram, ayda da 500 manat kirayə haqqı ödəyirik. Mən ona ev alması üçün pul vermişdim, kirayə idisə özüm gedib tapardım. Həyatımızı alt-üst etdi. Anamın 80 yaşı var, küçələrdə qalıb. O gün ekspertizaya apardıq. Əsəbdən stresdən əlləri əsirdi”.
“Sovetski” sakini Rüfət Tağıyev də eyni şəkildə aldadıldığını deyir:

“Mən də onunla 2014-cü ildə tanış oldum. Sonra ailəvi gediş-gəlişimiz də yarandı. Bizi də eyni şəkildə aldatdı. Kim istəməz ki, 100 minlik evi 40 minə alsın. 80 minə yaxın pulumuzu aldı. Bununla əlaqədar müvafiq qurumlara müraciət etmişik, lakin ortada bir şey yoxdur. Bizdən başqa onlarla insan bu problemlə üzləşib. Hazıda mən də kirayədə qalıram, ayda da 500 manat kirayə haqqı verirəm”.

Zərərçəkmiş Rəhimə Quliyeva həyat yoldaşının buna dözməyib vəfat etdiyini, onun qırxında isə atasını itirdiyini və bütün həyatının alt-üst olduğunu söylədi:

"Sovetski"dəki evim söküləndə mənə 68 min manat kompensasiya verildi. Qonşum Samirə dedi ki, ucuz qiymətə evlər var və biz də İradə ilə tanış olduq. O, Abbas Mirzə Şərfzadə küçəsi tərəfdə yoldaşımla mənə ev göstərdi. 4 otaqlı, tam təmirli ev idi, avtomobil saxlamaq üçün həyəti də vardı və sonra onu da bizim adınıza keçirə biləcəyini söylədi. Əlimizdə olan 68 min manatı ona verdik. Bir müddət keçəndən sonra həmin evin nəmişlik olduğunu və orda yaşaya bilməyəcəyimizi bildirdi. Yoldaşım sözügedən evdə başqalarının yaşadığını öyrənəndə onunla danışdıq. Lakin bizə evin əldən çıxmaması üçün özü adam saldığını dedi. Daha sonra bir ev də göstərdi, onun da eyni şəkildə alınmadığını söylədi. Bu söz-söhbətə görə, yoldaşım çağırıb dedi ki, “sən bizə ev tapa bilmirsənsə, verdiyimiz pulu qaytar”. Qayıtdı ki, “ayıbdır, mən sizə ev tapmağa çalışıram, siz isə pulu geri almaq istəyirsiz. Səbrli olun ən qısa vaxtda ev hazır olacaq”. Yoldaşım o qədər yorulmuşdu ki, ürəyi dözmədi, həmin günün sabahı rəhmətə getdi. 40-ı verdikdən sonra yenə əlaqə saxladı və başqa bir yerdə ev tapdığını, lakin o ev 4 otaqlı olduğu üçün 80 minə alına biləcəyini söylədi. Mən yenə inandım və torpağımı, yoldaşımın avtomobilini satıb, borc-xərclə 12 min də düzəldib İradəyə verdim. Sonra gördüm ki, ev 3 otaqlıdır. Səbəbini soruşanda qayıtdı ki, “neynirsən 4 otaqlı evi tək adamsan”. Bir söz demədim köçdüm, lakin evin sonradan başqasının adına olduğunu öyrəndim. Ev sahibinə məni gəlinləri kimi təqdim etmişdi. Bir-iki aydan sonra kirayə pulunu da kəsdi. İradə tutulandan sonra bir müddət də orada qaldım, amma ayda 350 manat kirayə haqqını verə bilmədiyim üçün yenə başqa evə köçmək məcburiyyətində qaldım. Yoldaşımın qırxında atamı da itirdim, bütün həyatım alt-üst oldu. Yaşlı qadınam, 3 ildir ordan-ora köçürəm”.

Oxunub: 5 256
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 11:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Bu gün, 09:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Bu gün, 09:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • Bu gün, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Bu gün, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Bu gün, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Bu gün, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Bu gün, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Bu gün, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Bu gün, 11:50
    Prezident açılışda - Fotolar
  • Bu gün, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Bu gün, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Bu gün, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Bu gün, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Bu gün, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
  • Bu gün, 10:08
    Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
  • Bu gün, 09:57
    Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
  • Bu gün, 09:38
    Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
  • Bu gün, 09:32
    Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
  • Bu gün, 09:24
    Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
  • Bu gün, 09:19
    Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
  • Bu gün, 09:00
    "Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
  • Bu gün, 08:47
    İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
  • Bu gün, 08:40
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bu gün, 08:36
    Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə