• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycanda 15 yaşdan yuxarı hər kəsin barmaq izləri götürüləcək

gundem / cemiyyet

1-09-2018, 14:57

Azərbaycanda 15 yaşdan yuxarı hər kəsin barmaq izləri götürüləcək















Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunu imzalayıb. Bu qanun dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.

Yeni qanunu hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a şərh edib. Hüquqşünas deyib ki, istər daktiloskopik, istər genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün lazım olan məlumatların məcmusudur: “Daktiloskopik qeydiyyatında söhbət barmaq izlərindən gedir. Bu, hüquq sahəsində, nisbətən daha uzunmüddətli tarixə malikdir. Genom qeydiyyatı isə genetik məlumatların məcmusudur. Bu, tərdə, tükdə, dırnaqda, saçda, tüpürcəkdə və s. olan DNT (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu — red.) analizinin informasiyalarıdır. Burada bunların qeydiyyatından söhbət gedir”.

Onun sözlərinə görə, daktiloskopik qeydiyyatı daha sadədir: “Genom qeydiyyatı isə, nisbətən mürəkkəbdir. Genom qeydiyyatı ilə bağlı daha yüksək elmi-texniki informasiya və vasitələrin tətbiqi tələb olunur. Bu qeydiyyatlar müxtəlif məqsədlər üçün istifadə olunur. Bundan cinayət hadisəsinin qarşısının alınmasında, cinayətkarın, itkin düşmüş şəxsin, tapılmış naməlum meyitin müəyyən edilməsində, cinayət işlərinin araşdırılmasında və s. istifadə edilir”.

“Daktiloskopik qeydiyyatı daha çox hallarda məcburi qaydada aparılır. Məsələn, ümumvətəndaşlıq pasportunun alınmasında, əcnəbilər Azərbaycanda müəyyən müddət yaşamaq üçün icazə istəyəndə, təqsirləndirilən və şübhəli şəxsləri istintaqa cəlb edəndə bundan istifadə edilir” — deyə hüquqşünas qeyd edib.

E.Həsənov bildirib ki, 15 yaşı tamam olan şəxslər ümumvətəndaşlıq pasportu alanda onların barmaq izləri götürülür: “Bu, daktiloskopik qeydiyyatıdır və bunlar Daxili İşlər Nazirliyində (DİN) vahid bazada toplanılır. Eləcə də müəyyən dövlət orqanlarının həmin informasiyanı əldə etmək imkanı olur. Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər”.

“Amma bunun uçotunu DİN aparır. Məsələn, Miqrasiya Xidməti yaşamaq icazəsi istəyən əcnəbinin qeydiyyatını aparanda barmaq izini götürür və DİN-in vahid bazasına göndərir. Vahid bazada həmin informasiya toplanır” — müsahibimiz vurğulayıb.

Əlavə edib ki, qanunvericilikdə genom qeydiyyatı, xüsusilə yenidir: “Məsələn, itkin düşən şəxslərin müəyyən müddət sonra meyitləri tapılır və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genom qeydiyyatındakı informasiyalardan istifadə olunur”.

Bu qanuna müvafiq olaraq, məcburi və ya könüllü dövlət genom qeydiyyatının aparılmasına gəlincə, hüquqşünas bildirib ki, adi hallarda genom qeydiyyatının aparılması məcburi deyil: “Yalnız qanunda göstərilən hallarda məcburi genom qeydiyyatı aparılır. Ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqda məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, həmçinin xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları, naməlum meyitlər məcburi dövlət genom qeydiyyatından keçirilir”.

Hüquqşünas könüllü dövlət genom qeydiyyatı haqqında da danışıb: “Şəxslərin könüllü genom qeydiyyatı onların yazılı ərizələrinə əsasən aparılır. Şəxs könüllü olaraq istəyir ki, dövlətdə onun genetik məlumatları olsun. Düşünür ki, başına bir iş gələ bilər, itkin düşər və s. O zaman bu məlumatlardan şəxsin xeyrinə istifadə oluna bilər. Və yaxud, bu məlumatlar şəxsin özünə lazımdır. Məsələn, qohumluq əlaqələrinin müəyyən edilməsi və s.”.

Həmsöhbətimiz deyib ki, daktiloskopik qeydiyyatı da məcburi və ya könüllü aparılır: “Məsələn, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla), müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir”.

E.Həsənovun sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun çoxdan var idi: “Amma bu qanun kifayət qədər təkmil deyildi. İkincisi burda genom qeydiyyatı məsələsi yox idi. Artıq yeni qanunda bunlar sistemləşdirilib və bir yerdə qanunvericiliyə daxil edilib. Çünki bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Yeni qanun təkmildir və müasir elmi-texniki nailiyyətlərə uyğun qəbul edilib”.

Qeyd edək ki, yeni qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. Bu qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun ləğv ediləcək.

Oxunub: 5 982
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

12-05-2018, 14:02

Baş nazirdən yeni qərar — Bu nəqliyyat vasitələri qeydiyyata alınmayacaq

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Bu gün, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Bu gün, 09:08
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Dünən, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Dünən, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • Bu gün, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • Bu gün, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • Bu gün, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • Bu gün, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Bu gün, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Bu gün, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • Bu gün, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • Bu gün, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • Bu gün, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • Bu gün, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
  • Bu gün, 08:40
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Bu gün, 08:34
    Mövsümə Ronaldosuz başlayacaqlar
  • Bu gün, 08:30
    Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
  • Dünən, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • Dünən, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Dünən, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Dünən, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Dünən, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Dünən, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Dünən, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Dünən, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Dünən, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Dünən, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Dünən, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Dünən, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Dünən, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Dünən, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Dünən, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Dünən, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Dünən, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dünən, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Dünən, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Dünən, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Daha çox
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
Bu gün, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
3-08-2026, 13:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə