• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Deputatın oğlu 10 min manat cərimələndi

gundem / cemiyyet

5-09-2018, 12:31

Deputatın oğlu 10 min manat cərimələndi














Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun 10 min manat cərimələnməsi barədə məhkəmə qərar çıxarıb. O, vaxtilə parlament seçkisində anasının nümayəndəsi olmuş Fərman Məmmədova görə cəzalandırılıb. Deputat oğlu F.Məmmədov haqqında yalan məlumatlar yaymaqda təqsirli bilinərək cərimələnib.

Binəqədi Rayon Məhkəməsində bu çəkişmə üç ildir davam edirdi. Bu işdə məhkəməyə ilk müraciət edən H.Axundov özü olmuşdu. O, beş nəfərə (Fərman Məmmədov, Şahin Məhərrəmov, Elvin Vəliyev, Sabir Ağayev və Firuz Həşimov) qarşı iddia qaldırmışdı. İddia edirdi ki, bu adamlar müxtəlif sayt və qəzetlərdə onun haqqında şərəf və ləyaqətini ləkələyən, yalan məlumatlar yayıblar. Bundan sonra F.Məmmədov məhkəmədə qarşılıqlı iddia qaldırmışdı.

Hakim Kamran Əsədov deputat oğlunu cərimələməklə yanaşı, onun da beş nəfərə qarşı iddiasını qismən təmin edib – adları çəkilən şəxslərin hər biri H.Axundova 10 min manat ödəməlidir.

Məhkəmənin gedişində prosesə E.Axundova özü də qoşulub – müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində. Oğlunun iddia qaldırdığı beş nəfərdən dördünə (F.Həşimov istisna olmaqla) qarşı tələb irəli sürüb. Deputat da həmin şəxslərin onun haqqında yalan məlumatlar yaydığını iddia edirdi. E.Axundova özəlliklə Müdafiə Nazirliyinin tenderlərində müəyyən yollarla qalib elan edilməsi haqda yazılara etiraz edirdi.

Hakim onun da iddiasını qismən təmin edib – dörd nəfərin hər biri 10 min manat da E.Axundovaya ödəməlidir.

F.Məmmədov da məhkəmənin gedişində E.Axundovaya münasibətdə qarşılıqlı iddia qaldırmışdı. Ancaq onun iddiası təmin olunmayıb.

Yuxarıda adları çəkilən şəxslərlə E.Axundova və oğlu arasında böyük pul qalmaqalı var. Həmin məsələ ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir. Birgə iş qurmaq adıyla adamları aldadıb pullarını əllərindən almaqda suçlanaraq həbs olunan Elnur İbrahimov isə H.Axundovun dostudur. Ancaq F.Məmmədov və digərləri iddia edir ki, onlar pulu deputatın oğluna veriblər. İş materiallarından da görünür ki, məsələn, F.Məmmədovdan alınmış pulun bir hissəsini deputat E.Axundova özü qaytarıb.

Həmin şəxslər E.Axundova və oğlundan müxtəlif dövlət orqanlarına şikayət məktubları göndəriblər. Məktublara deputatın səs yazıları da əlavə olunub. Səs yazıları sosial şəbəkələrdə də yayılıb və orada E.Axundova Müdafiə Nazirliyindən pul aldığını etiraf edir.

Axundova səs yazısının ona məxsus olduğu indiyədək təkzib etməyib, amma bu söhbətin 2013-cü ildə baş verdiyini, orada deyilənlərin montaj edilməməsindən əmin olmadığını deyib, gizli səs yazmağın isə cinayət olduğunu vurğulayıb.

F.Məmmədov Binəqədi Rayon Məhkəməsinin qərarının qərəzli və ədalətsiz olduğunu bildirib. AzadlıqRadiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcək: «Kamran Əsədov faktiki heç bir araşdırma aparmadan, hazır qərarı elan etdi. Qərarı elan etmək üçün müşavirə beş dəqiqə çəkdi. Beş dəqiqəyə onu yazmaq mümkün deyil. Kamran Əsədovdan əvvəl bu iş iki hakimdə olub. Görünür, onlar belə qərəzli qərar çıxarmaq istəməyiblər, ona görə proses üç il uzanıb. Qərarda elə məqalələrə istinad olunub ki, mənə heç bir aidiyyəti yoxdur».

Deputatın vəkili Rövşən Yusifov isə deyir ki, bu qərar E.Axundova haqqında yayılmış məlumatların həqiqətəuyğun olmamasını sübut edib: «Qərarda eyni zamanda göstərilib ki, cavabdehlər deputat haqqında yaydıqları həqiqətəuyğun olmayan məlumatları təkzib etməlidirlər».

Azadlıq Radiosu

Oxunub: 4 544
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

21-08-2018, 15:08

140 min pul vermişəm, 90 mini qaytarmayıb…” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən

gundem / siyaset

30-07-2018, 17:34

"Yeni müdafiə nazirinin gəlişindən sonra mən oradan 100 min manatı ala bilmədim" - Deputat Elmira Axundovadan şok ifadələr...

gundem / cemiyyet

20-06-2018, 15:24

Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ

gundem / siyaset

2-06-2018, 15:55

"Elmira Axundova 200 mini şəxsən özü verdi" - Deputatın adı daha bir QALMAQALDA

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 11:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Bu gün, 09:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Bu gün, 09:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • Bu gün, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Bu gün, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Bu gün, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Bu gün, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Bu gün, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Bu gün, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Bu gün, 11:50
    Prezident açılışda - Fotolar
  • Bu gün, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Bu gün, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Bu gün, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Bu gün, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Bu gün, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
  • Bu gün, 10:08
    Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
  • Bu gün, 09:57
    Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
  • Bu gün, 09:38
    Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
  • Bu gün, 09:32
    Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
  • Bu gün, 09:24
    Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
  • Bu gün, 09:19
    Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
  • Bu gün, 09:00
    "Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
  • Bu gün, 08:47
    İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
  • Bu gün, 08:40
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bu gün, 08:36
    Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə