• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı – “”Kupça” verəcəyik deyib 10 ildi aldadırlar”

gundem / cemiyyet

9-10-2018, 14:20

“Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı – “”Kupça” verəcəyik deyib 10 ildi aldadırlar”















Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, uzun müddət KVN-çi aktyorlar tərəfindən geniş reklam olunan “Yeni Bakı” yaşayış kompleksinin əslində şəhərin hər tərəfini bürüyən “qanunsuz tikili” kateqoriyasına aid olduğu üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu şəhərciyin sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış (“kupça”) ala bilmirlər və ötən həftə sonu küçəyə çıxaraq kütləvi etirazlarını bildiriblər.

Sakinlərin kütləvi narazılıqlarına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən “İlin dörd fəsli” MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb, onlara hər dəfə 3-5 aya “kupça” ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi əslində əkin təyinatlı imiş və burada ev tikilməsi qeyri-qanunidir. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, bunu da evlərinə qanuni sənəd düzəltmək üçün “ASAN Xidmət”ə müraciət edərkən öyrəniblər.

Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Qeyd etmək lazımdır ki, Bakıda əslində qanunsuz tikili statusunda olan və yeni tikilən çoxmərtəbəli yaşayış binalarının sayı yüzlərlədir. Tikinti şirkətləri binanın özülünü qazan kimi hələ hazır olmamış mənzilləri satır, binanı tikib qurtarandan sonra isə məlum olur ki, şirkət ya vergini ödəməyib, ya tikinti aparılan torpaq sahəsi üçün icazə sənədləri qaydasında deyil, yaxud bina istismara qəbul edilmək üçün yarasızdır. Nəticədə belə binaların sakinləri mənzilləri üçün çıxarış ala bilmir.

“Yeni Bakı” yaşayış kompleksində isə vəziyyət daha da mürəkkəb və görünməmiş miqyasdadır. Çünki əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib, mənzillər satılıb, amma bütün bu vaxt ərzində tikinti aparılması qanunsuz olan torpaq sahəsi üzərində salınan şəhərciyin qanunsuz olduğuna heç kim diqqət yetirməyib.

Qeyd edək ki, “İlin 4 fəsli” MTK-nın “Yeni Bakı” yaşayış kompleksi ilə bağlı reklam rolikində orada mənzil almağın əsas üstünlüklərindən biri kimi bütün mənzillərin “kupça” ilə təmin olunacağı göstərilirdi. Amma həmin reklamın çəkilməsindən illər keçsə də kompleksin sakinləri “kupça” üzü görməyiblər. Üstəlik onların mənzillərə mülkiyyət hüququnu verən bu sənədi nə zaman alacağı da üfüqdə görünmür.

“Bəzi sakinlər rayonda qeydiyyatdadırlar, bəzilərimiz polis idarəsində. Bir sənəd lazım olanda rayona getməli oluruq, arayış lazım olanda ala bilmirik. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etmişik, onlara belə sərf etdiyinə görə, bizi veclərinə almırlar. Çünki hər dəfə ev alqı-satqısı edəndə sakinlərdən 3 min manat pul alırlar. Kompleksdə mühafizəçi işləyən Elçin adlı şəxs özünü qoçu kimi aparır, şikayət etmək istəyən sakinləri hədələyir, təhqir edir”, – deyə sakinlər bildirirlər.

Onların sözlərinə görə, bir neçə gün əvvəl 70 sakinin imza atdığı şikayət məktubunu da həmin Elçin adlı şəxs təhqiredici və nalayiq ifadələrlə hədələyərək əllərindən alıb.

Kompleksdə yaşayan Fərid Həsənov deyir ki, bina sakinlərinin “Azərişıq” ASC-yə heç bir borcu olmasa da, şirkət rəhbərliyi onların işığını da kəsə bilir: “5-6 ildir ki, burada yaşayırıq, hər il “kupça” verəcəklərini vəd edirlər, amma hələ də verilməyib. Mənzilə görə tələb elədikləri kommunal ödənişi 3 gün gecikdirdiyimə görə işığımızı kəsdilər. Halbuki, “Azərişığ”a borcum yox idi. Uşaqlı evdir, mən istəmirəm ki, belə qanunsuzluq, özbaşınalıq davam eləsin. Bunlara bir yox deyən tapılsın. Polisə də müraciət edirik, onları da saymırlar. Cənab prezidentdən xahiş edirik ki, bizə kömək eləsin”, – deyə sakin bildirir.

Sakin deyir ki, şirkət rəhbərliyi illərdir onları aldadır, hər dəfə 3-5 aya “kupça” veriləcəyini, Novruz bayramında və ya Yeni il də onları sevindirəcəklərini deyərək yola verirlər.

Bəs əkin təyinatlı torpaqda “Yeni Bakı” kompleksi necə tikilib? Şirkətə bu icazəni kim verib? Bu suallara aydınlıq gətirmək üçün “İlin dörd fəsli” MTK-ya şirkətinə zəng etdik. Məlum oldu ki, şirkətin saytında əlaqə üçün qoyulmuş əksər nömrələri gələn zənglərə cavab vermir. Şirkətin baş ofisindən telefon zənginə cavab verən və özünü Abdul kimi təqdim edən şəxs isə “kupça” ilə bağlı heç nə bilmədiyini dedi, əkin təyinatlı torpaqda bina tikintisinə icazənin kim tərəfindən verilməsini izah edə bilmədi.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişdirilməsi yerli icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət edilməlidir, yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişdirəndən sonra orada tikinti aparılmasına icazə verilə bilər.

Oxunub: 5 656
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

22-02-2018, 14:34

Bakıdakı qəzalı binaların yerində tikiləcək binalarla bağlı — DƏYİŞİKLİK

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Bu gün, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Bu gün, 09:08
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Dünən, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Dünən, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • Bu gün, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • Bu gün, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • Bu gün, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • Bu gün, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Bu gün, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Bu gün, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • Bu gün, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • Bu gün, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • Bu gün, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • Bu gün, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
  • Bu gün, 08:40
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Bu gün, 08:34
    Mövsümə Ronaldosuz başlayacaqlar
  • Bu gün, 08:30
    Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
  • Dünən, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • Dünən, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Dünən, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Dünən, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Dünən, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Dünən, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Dünən, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Dünən, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Dünən, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Dünən, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Dünən, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Dünən, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Dünən, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Dünən, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Dünən, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Dünən, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Dünən, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dünən, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Dünən, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Dünən, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Daha çox
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
Bu gün, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
3-08-2026, 13:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə