• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Rəfael Cəbrayılov qardaşının güdazına gedə bilər - QALMAQAL

gundem / siyaset

12-10-2018, 18:56

Rəfael Cəbrayılov qardaşının güdazına gedə bilər - QALMAQAL















Deputat Rafael Cəbrayılovun qardaşının idarə etdiyi “Dərhal” MMC tikinti firmasının qurbanları etiraz aksiyasına hazırlaşır.

Qeyd olunur ki, şirkət tərəfindən aldadılan və pulu mənimsənilən vətəndaşlar Prezident Administrasiyası və Baş Prokurorluğa toplaşmağa qərarlıdır.

Deputatın qardaşı Elşən Cəbrayılov Məlahət Qurbanova, Sülhiyyə Məmmədova, Fərid Əliyev, Osman Hacıyev kimi onlarla mənzil sahibinə fırıldaq gələrək pulunu yeyib. Deputatın qardaşına bu işdə dostu Mirəhməd Abbasov köməklik edir. Onlar əlbir olaraq, şirkətin tikdiyi 5 mərtəbəli binalarda ev satır, sonra mənzilləri təhvil vermirlər.

Artıq bu məsələ yuxarıların diqqət mərkəzindədir, “Dərhal” MMC barədə istintaq hərəkətləri aparıla bilər. Millət vəkili öz statusundan istifadə edərək qardaşının kələk gəldiyi adamlara pulu qaytarmır. Odur ki, qurbanlar toplaşaraq etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Mirəhməd Abbasov millət vəkili Rəfael Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib və bu günə qədər onları müxtəlif adlarla təhdid etməklə öhdəliklərini yerinə yetirməkdən yayınır.

Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadılıblar.

Şikayətçinin vəkili Kamandar Nəsibov mətbuata açıqlamasında bildirib ki, məsələ ilə bağlı dəfələrlə Milli Məclisinin deputatı Rafael Cəbrayılovla danışsa da, müvəkillərin pulu qaytarılmayıb.

Məlumata görə, deputatın qardaşının işi məhkəmədə olsa da, müxtəlif üsullara əl ataraq təzyiq göstərir, vətəndaşların pullarını qaytarmır. Onun adı ilk dəfə belə qaranlıq işlərdə hallanmır. R.Cəbrayılovun MTN şefi Eldar Mahmudovla əlaqələrinizin olmasından və hətta şəxsi avtomobilinə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilirdi.

O isə müsahibəsində həm MTN-lə əlaqəsini, həm qardaşının dələduzluq etməsini mümkünsüz saymışdı: “Qardaşım uzun illərdir ki, tikinti işi ilə məşğuldur. İndiyə qədər heç vaxt belə bir iddiada olan şəxs olmamışdır. Əgər mənzil alqı-satqısıilə bağlı həmin şəxsin qardaşıma qarşı iddiası varsa, bunu onunla görüşüb aydınlaşdırmaq və ya məhkəməyə müraciət etmək olardı.

Axı Məlahət xanım dediyi kimi hüquqşünasdır. Bunları daha yaxşı bilməlidir ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və mübahisələrin həll olunması yeri də məhkəmədir”.

Bəli, deputat özü məhkəməyə üz tutmağı məsləhət görür və buyurun, iş artıq məhkəmədədir. Sülhiyyə Məmmədova, Fərid Əliyevin vəkili K.Nəsibov deyir ki, iddia Binəqədi rayon məhkəməsində təmin olunub. Ancaq R.Cəbrayılov pulu qaytarmır.

Şirvan camaatı isə deyir ki, Rəfael Cəbrayılov “işəyaramaz” deputatdır və onun seçilməsinin şəhər əhlinə heç bir faydası olmadı. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir:

“Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…” Mənbə onu da deyib ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir.

Dəyərlər.org saytı 8 may 2013-cü il tarixli sayında “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazıb.

Burada göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə, həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.

İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf, Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb. Göründüyü kimi, deputatın bütün işləri başdan-ayağa cəncəldir.

Bununla belə onun mövqeyini dərc etməyə hazırıq. \\editor.az\\

Oxunub: 5 383
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Dünən, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Dünən, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 11:55
Səlim Müslümovun milyonluq əmlakı satıldı
6-08-2026, 10:56
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
6-08-2026, 09:38
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 00:11
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Dünən, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • Dünən, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Dünən, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Dünən, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Dünən, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Dünən, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Dünən, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Dünən, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Dünən, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Dünən, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Dünən, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Dünən, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Dünən, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Dünən, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Dünən, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Dünən, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Dünən, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dünən, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Dünən, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Dünən, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
  • Dünən, 08:23
    Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
  • Dünən, 08:18
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • 6-08-2026, 16:00
    Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
  • 6-08-2026, 15:30
    Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
  • 6-08-2026, 14:22
    Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda
  • 6-08-2026, 13:51
    AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
  • 6-08-2026, 13:25
    Prezidentdən AZAL-la bağlı FƏRMAN
  • 6-08-2026, 12:49
    Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
  • 6-08-2026, 12:44
    Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
  • 6-08-2026, 11:55
    Səlim Müslümovun milyonluq əmlakı satıldı
  • 6-08-2026, 11:39
    Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
  • 6-08-2026, 11:33
    Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
  • 6-08-2026, 11:06
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 09:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə