• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO

gundem / cemiyyet

13-10-2018, 15:50

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO















Zamirə Hacıyeva milyonları dünyaca ünlü alış-veriş mərkəzində necə əridə bilərdi…
– Bu boyunbağı neçiyədir?

– 30.000 funta.

– Aha, bəs onun yanındakı?

Sualı soruşmazdan əvvəl bir anlıq məndə boyunbağının çox da baha olmayacağı hissi yaranır, ona görə də qiyməti satıcıdan soruşmaq cürətini özümdə tapıram. Eşitdiyim rəqəmin qarşısında heç də pərt olmadığımı göstərmək üçün boyunbağının yanındakı bir neçə bilərziyin qiymətini də soruşuram. Nə yaxşı ki, bu seçdiklərim, elə də baha olmur, ən azı Zamirə xanım üçün… Eləcə 5-6 min funt. Gözüm yenə 30 minlik (66 min manatlıq) boyunbağıda qalır. Elə onda boyunbağının kənarlarındakı arxa arxaya düzülmüş brilliantlara gözüm sataşır. Satıcının cavabını indi daha da yaxşı dərk edirəm.

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO









Bura Londonun mərkəzindəki bahalı, brend markaların “göz bəbəyi” olan “Harrods” alış veriş mərkəzidir və mən də “Cartier” adlı mağazadayam. Çoxlarınız yəqin ki, Beynəlxalq Bankın prezidentinin qaçaq xanımı Zamirə Hacıyevanın “Harrods sərgüzəştləri” haqqında oxumusunuz, eşitmisiniz. Artıq bütün Britaniya mətbuatı bundan yazır.

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO









10 il ərzində bu alış-veriş mərkəzində Zamirə Hacıyeva 16 milyon funt (21 milyon dollar) xərcləyib. Bir çoxlarınıza bu qəribə gələ bilər, hətta bəziləri “görəsən bu boyda pulu nəyə, necə xərcləyib?”, deyə, fikirləşə bilər. Elə mən də, ağlımda bu sualla getmişdim “Harrods”a. Amma qiymətlərlə yaxından maraqlandıqca başa düşürəm ki, 16 milyon funt bu alış-veriş mərkəzi üçün elə də ciddi bir rəqəm deyil. Bax, elə məsəl üçün Zamirə Hacıyevanın mənim olduğum “Cartier” adlı mağazadaki xərcləmələrinə baxaq. O, burdan 100.000 funt dəyərində alış-veriş edib.

“Cartier” fransız brendidir, dünyanın ən lüks qızıl, ləl-cəvahir mağazaları arasındadır. Ən bahalı daş-qaşlar arasında 18 karatlıq ağ briliantlarla bəzədilmiş 48 min funtluq bilərzikləri göstərmək olar. Elə bir-iki bilərzik, boyunbağı almaqla 100.000 funt çox qısa zamanda bitir, yəni bu “Cartier” üçün çox da böyük məbləğ sayılmır. Düzdür, “Cartier”də 1000-2000 funt dəyərində xırda karatlı üzüklər, balaca sırğalar, bilərziklər də var, ancaq inanmıram ki, xanım Hacıyeva öz dəyərli vaxtını 100 ədəd 1000 funtluq, ya da 50 ədəd 2000 funtluq qır-qızılları seçməklə xərcləsin.

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO










Zamirə xanım ilə bağlı çıxan xəbərlərdə adamın ən çox xətrinə dəyən məsələ isə özünə 1800 funtluq şərab bazarlığı etməsinin yazılması, bu faktın yazılacaq qədər ingilis jurnalistlərə dəyərli gəlməsi oldu. “Harrods”da elə gözucu baxdığım bir neçə şərabın qiyməti minimum 100 funtdan başlayıb, 2000-3000 funta qədər çıxır. Yəni mən əslində 1800 funtun şərab zirzəmisinin yenilənməsi üçün xərclənməsini lazımı qədər güclü rəqəm hesab etmirəm. Bəlkə də Zamirə xanım, elə bircə butulka şərab alıbmış özünə, məsələ mətbuatın böyütdüyü kimi deyilmiş. Yəni indi insanlar durub bircə butulka şərabın da hesabatını versin?

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO











Mən yazının bu hissəsində qısa bir haşiyə verib, “Harrods” haqqında bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. İstəmirəm ki, siz gözəl Azərbaycan oxucularında belə bir fikir formalaşsın ki, “Harrods” Londonda ancaq imkanlıların getdiyi alış-veriş mərkəzidir. Bu formalaşmış fikir nəticəsində bəlkə siz Londona gedəsi olsanız, “Harrods”un çox bahalı, çox lüks olmasından çəkinib, ora getməkdən imtina edərsiniz və gözəl bir fürsəti qaçırasınız.

Heç də elə deyil, bunu bilin. Giriş mərtəbəsində, siz kosmetika mallarından, cürbəcür xoş ətirli parfumeriyadan ala bilərsiniz. Bunların qiyməti 30-100 funt arasında dəyişir və siz öz büdcənizə uyğun bazarlıq edə bilərsiniz. Harrods’un giriş mərtbəsində isə yemək, restoran, şirniyyat bölümü, ikinci mərtəbə də isə hədiyyəlik əşya bölümü var. Siz burdan Azərbaycandakı dostlarınıza 5-10 funtluq şirniyyatlardan, çaylardan, hədiyyələrdən alıb apara bilərsiniz. Əmin olun ki, o dostunuz sizə ömür boyu çox böyük hörmət göstərəcək. Axı, onlara bu hədiyyə “Harrods”dan alınıb.

Siz brend paltarlara baxıb-baxıb ah çəkməkdən yorulub, bir stəkan çay və ballı tort da yeyə bilərsiniz burdaki kafelərdən birində. Dediyim kimi, bunun üçün sizin Beynəlxalq Bankdan oğurluq etmənizə ehtiyac yoxdur. Hətta burda meyvə, tərəvəz də satılır.

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO










Önümdəki vitrində duran portağallara baxıb fikirləşirəm: görəsən, Zamirə Hacıyeva burdan evinə bazarlıq edibmi?

Cahangir Hacıyevin arvadının 21 milyon xərclədiyi “Harrods”da… – Reportaj + VİDEO









“Harrods”a bir neçə addımlıq yerimə məsafəsindəki 11 milyon yarım funta aldığı evi nəzərdə tutmuram. Bakıdakı evini deyirəm. Amma heç inanmıram, Bakıda “Yaşıl bazar” dura-dura “Harrods”dan meyvə alsın.

Ümumiyyətlə isə, Buçeron adlı brend saat-parfümeriya mağazasından bir dəfəyə 150 minlik bazarlıq etmək varkən, niyə insan meyvə-tərəvəz bölümünə getsin ki…

Ancaq inanıram ki, Zamirə xanım Londonda qaldığı günlərdə Bakıdan ötrü darıxanda gedib “Harrods”dan bir-iki kilo kürü alıb yeyib. İngiltərə mediası bunu da araşdıra bilər…



Aytən Abbaslı, xüsusi olaraq Musavat.com üçün
London

Oxunub: 4 973
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

12-10-2018, 17:42

Azərbaycan məmurunun hər gün 15 minlik şərab içən arvadı

gundem / cemiyyet

12-10-2018, 14:19

Zamirə Hacıyevanın Londondakı sərvəti Azərbaycana qaytarıla bilər – QALMAQAL

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 13:05
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Bu gün, 11:23
DYP velosipedçilərə müraciət etdi
Bu gün, 10:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bu gün, 08:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Bu gün, 08:42
Bu ərazilərdə işıq olmayacaq
Dünən, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 13:08
    Ukrayna ilə bu Saziş təsdiq olundu
  • Bu gün, 13:05
    Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • Bu gün, 12:56
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bu gün, 12:53
    Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
  • Bu gün, 12:47
    İlham Əliyev bu səfirləri də geri çağırdı
  • Bu gün, 12:44
    “Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
  • Bu gün, 12:40
    Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
  • Bu gün, 12:14
    İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
  • Bu gün, 11:37
    Qubada 7 kq narkotik aşkarlanıb
  • Bu gün, 11:23
    DYP velosipedçilərə müraciət etdi
  • Bu gün, 11:20
    Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
  • Bu gün, 11:11
    Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
  • Bu gün, 10:56
    Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
  • Bu gün, 10:52
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Bu gün, 10:21
    Əliyev Pezeşkiana təşəkkür etdi
  • Bu gün, 10:06
    İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
  • Bu gün, 10:02
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
  • Bu gün, 09:23
    Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
  • Bu gün, 09:00
    Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
  • Bu gün, 08:58
    Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
  • Bu gün, 08:54
    İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
  • Bu gün, 08:42
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:37
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 21:23
    Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
  • 8-08-2026, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • 8-08-2026, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • 8-08-2026, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • 8-08-2026, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • 8-08-2026, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • 8-08-2026, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • 8-08-2026, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • 8-08-2026, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • 8-08-2026, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • 8-08-2026, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə