• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Camal Qaşıqçının qətlində yeni şok detallar

gundem / dunya

24-10-2018, 14:44

Camal Qaşıqçının qətlində yeni şok detallar















Jurnalist öldürülməzdən bir neçə ay əvvəl Ər-Riyadın ABŞ-dakı səfiri, vəliəhd şahzadə Məhəmməd bin Salmanın qardaşı ilə görüşüb

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. Jurnalistin həyatının son anlarının yer aldığı kadrlar yayılıb.

Oxu.az xəbər verir ki, Türkiyənin A Haber telekanalının efirində nümayiş olunan videoda İstanbulun ayrı-ayrı yerlərində qurulan kameralardan görüntülər cəmlənib.

Bildirilir ki, jurnalist London aviareysi ilə İstanbula sentyabrın 28-də gəlib. Həmin gün o, öz nişanlısı ilə nikah prosesini yekunlaşdırmaq üçün Fatih Bələdiyyəsinə yollanıb. Qaşıqçı çatışmayan sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının baş konsulluğuna daxil olub.

Təxminən 1,5 saatdan sonra oradan çıxıb və nişanlısına deyib ki, boşanma və yeni nikaha daxil olma haqqında sənəd İstanbula növbəti səfərinədək hazır olacaq. Həmin günün axşamı jurnalist Londona yollanıb və oktyabrın 2-də yenidən İstanbula qayıdıb. Ona sənədlərin hazır olduğu bildirildikdən sonra Qaşıqçı nişanlısı ilə konsulluğa yollanıb. Saat 13.14-də o, binaya daxil olub və bir daha oradan çıxmayıb.

Bildirilir ki, təxminən eyni vaxtda İstanbul hava limanında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutreblə birgə səudiyyəli kəşfiyyatçıların olduğu təyyarə eniş edib.

Qaşıqçı ilə bağlı son məlumatlardan biri odur ki, jurnalistin cəsədi İstanbulda quyuda aşkar edilib.

Bununla bağlı Vətən Partiyasının sədri Doğu Pərinçək məlumat verib. Onun sözlərinə əsasən, cəsəd Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapılıb. Pərinçək bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr Qaşıqçının ölümü ilə bağlı yeni açıqlama verib: “Bir daha əsla belə bir şey baş verməyəcək. Camal Qaşıqçının istintaqı baş verənlərə dair həqiqətləri ortaya çıxaracaq”.

Üzə çıxan bu fakt isə daha çox diqqət çəkir. Belə ki, Qaşıqçı öldürülməzdən bir neçə ay əvvəl Ər-Riyadın ABŞ-dakı səfiri, kral Salmanın oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın qardaşı Xalid bin-Salmanla görüşüb. “Report” xəbər verir ki, məlumatı “NBC” telekanalı yayıb. Vaşinqtonda keçirilən görüş yarım saata yaxın sürüb. Səfirlə jurnalist arasında söhbətin məzmunu məlum olmasa da, “NBC” C.Qaşıqçının görüşdən “məmnun” qaldığını vurğulayıb.

“Səudiyyə Ərəbistanı ”Camal Qaşıqçının meyitini Türkiyəyə təhvil vermişik” deyir. Onlar meyiti kimə verdiklərini açıqlamalıdırlar”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Onun sözlərinə görə, hadisələrin gedişatı Qaşıqçının qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir.

“Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Səudiyyə Ərəbistanının kralı ilə əlimizdəki məlumatları paylaşdım. Kralın təlimatı üzrə orada araşdırma apardıq. Baş Konsulluğun məsuliyyətsiz davrandığını krala söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən bir gün sonra Krallıq Camal Qaşıqçının Baş Konsulluqda öldürüldüyünü etiraf edib. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Onların adları bizim şübhələndiklərimiz şəxslərlə eyni idi. Ölkəmizin etibarına yönələn bu sui-qəsdlər bizi yolumuzdan döndərə bilməz. Heç kim unutmasın ki, bunlar Türkiyənin sərhədləri daxilində baş verir. Vyana Konvensiyası da buna yol vermir. Biz bu cinayəti axıradək araşdıracağıq. Türkiyə bu məsələni təqib edəcək. İndiyədək ortaya çıxan dəlillər göstərir ki, Camal Qaşıqçı vəhşicəsinə öldürülüb. Cinayətin adi bir hadisədən qaynaqlanmadığı, planlı bir qətl olması haqqında əlimizdə dəlillər var. Cinayət günü 15 nəfər niyə İstanbulda toplanmışdı? Onlar kimdən əmr alaraq bura gəlmişdilər? Cinayət açıq-aşkar ortadaykən niyə onlarla əsassız dəlillər irəli sürülüb? Biz bu suallara cavab istəyirik. Bu məsul şəxs kimdir? O, sıradan biri deyil. Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa borcludur. Buradan çağırış edirəm. Hadisə İstanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”, – o vurğulayıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Səudiyyə kralının vəziyyətinin çətin olduğunu bildirərək, Qaşıqçı cinayətinin artıq gizlədilməsinin mümkünsüz olduğunu söylədi: “Beynəlxalq aləm hesabat tələb edir. Bunun qarşılığında Səudiyyə Ərəbistanından belə bir açıqlama yayıldı ki, guya konsulluqda dava düşüb və jurnalist təsadüfən ölüb. Buna inanan azdır. Hamı anlayır ki, 15 nəfər Qaşıqçını öldürmək üçün İstanbula göndərilib. Əgər Ər-Riyadın iddia etdiyi kimi, jurnalist təsadüfən öldürülübsə, bəs onda onun meyitinin yeri niyə deyilmir? Fikrimcə, jurnalist məhz qətlə yetirilib və bu, əvvəlcədən hazırlanan plan olub. Sadəcə, Ər-Riyadda düşünmürdülər ki, jurnalistin ölümü bu böyüklükdə qalmaqala səbəb olacaq. Səudiyyə kralı hazırda vəziyyətdən çıxış yolu axtarır. Mən əvvəl də proqnozlaşdırırdım ki, kral məsuliyyəti başqalarının boynuna qoymağa çalışacaq. Elə də oldu, iki yüksək rütbəli məmur istefaya göndərildi, istisna etmirəm ki, İstanbulda cinayət törədən qrupun üzvləri həbs olunsunlar, biri artıq müəmmalı şəkildə avtomobil qəzasında ölüb. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olayı gizlətmədi, cinayətə işarə edən görüntülər və Səudiyyə Ərəbistanından İstanbula gələn qrup üzvlərinin şəkilləri yayımlandı. Ankara bütün bunları etməsəydi, Qaşıqçının cinayətin qurbanı olduğu bilinməyəcəkdi. Ankara bütün riskləri gözaltına alaraq cinayət şübhəlilərinin şəkillərini paylaşdı. Halbuki Ankara Səudiyyə Ərəbistanı ilə münasibətləri göz önünə alaraq məsələni gizlədə də bilərdi. Ancaq Ərdoğan bunu etmədi. Bu, mənəvi addım idi. Ərdoğanın bu addımı beynəlxalq aləmdə yüksək qiymətləndirildi. Ərdoğandan fərqli olaraq ABŞ prezidenti Donald Tramp bu sınaqdan üzüağ çıxmadı. Ağ Ev sahibi milyardlarla dollar gəliri insan həyatından üstün tutdu”.

Politoloq Türkiyə-Səudiyyə münasibətlərinin bundan sonra necə davam edəcəyinə də aydınlıq gətirdi: “İki ölkə arasındakı münasibətlər onsuz da bu hadisəyə qədər soyuq idi. Çünki Türkiyə Qətər böhranında bu ölkəni dəstəkləmiş, bu da Səudiyyənin xoşuna gəlməmişdi. Qaşıqçı olayının üstünü açdığı üçün Səudiyyənin rəsmi Ankaraya münasibəti mənfiyə doğru bir qədər də dəyişə bilər. Təsadüfi deyil ki, gələn xəbərlərə görə, Səudiyyə Suriyadakı radikal kürdlərə yüz milyon dollara yaxın pul ayırıb. Təbii ki, bu xəbər təsdiqlənsə, bu da Türkiyə əleyhinə atılmış birbaşa addım olacaq. İstənilən halda qardaş ölkə ən doğru addımı atdı. Çünki Türkiyə bu cinayəti gizlədə bilməzdi”.

Oxunub: 4 432
Paylaş:
Digər xəbərlər

gundem / dunya

22-10-2018, 13:43

Heç bir SİRR QALMAYACAQ - Ərdoğan tarixi AÇIQLADI

gundem / hadise

22-10-2018, 12:40

Vəliəhd şahzadə Camal Qaşıqçını əvvəlcədən hədəfə götürübmüş

gundem / dunya

20-10-2018, 14:34

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

gundem / dunya

16-10-2018, 12:47

Türkiyə Səudiyyə Ərəbistanı baş konsulluğuna girdi – FOTO

gundem / dunya

15-10-2018, 13:20

Səudiyyə Ərəbistanından ABŞ-a sərt cavab: Atdığınız addımın beş qatı…

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Bu gün, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Bu gün, 09:08
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Dünən, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Dünən, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • Bu gün, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • Bu gün, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • Bu gün, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • Bu gün, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Bu gün, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Bu gün, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • Bu gün, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • Bu gün, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • Bu gün, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • Bu gün, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
  • Bu gün, 08:40
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Bu gün, 08:34
    Mövsümə Ronaldosuz başlayacaqlar
  • Bu gün, 08:30
    Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
  • Dünən, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • Dünən, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Dünən, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Dünən, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Dünən, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Dünən, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Dünən, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Dünən, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Dünən, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Dünən, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Dünən, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Dünən, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Dünən, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Dünən, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Dünən, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Dünən, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Dünən, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dünən, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Dünən, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Dünən, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Daha çox
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
Bu gün, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
3-08-2026, 13:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə