• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yol polisi sürücülərə xəbərdarlıq etdi

gundem / cemiyyet

27-10-2018, 15:17

Yol polisi sürücülərə xəbərdarlıq etdi














Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat sahibləri cərimə barədə telefonlara gələn SMS-lərə ciddi yanaşmalıdırlar.

İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən və iyul ayında qüvvəyə minən qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırılırlar. Burada söhbətin yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından getdiyi bildirilib:

“Məcəllənin 125-ci maddəsində – inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydalarında qeyd olunur ki, sürücülər elektron qərarlarla həm də SMS vasitəsilə məlumatlandırılırlar.
Belə ki, DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin “ASAN ödəniş” sisteminə yerləşdirilir.

İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə üç qaydada məlumatlandırılır:

Birincisi, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

İkincisi, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu məcəllənin hansı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.

Üçüncüsü, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yeni qaydalara görə, “ASAN ödəniş” sistemi məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir.

SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.

İdarə avtomobil sahiblərinin, hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, cərimələr barədə SMS almaq üçün ilk növbədə bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları üç gün müddətində yeniləməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

Oxunub: 6 670
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

10-10-2018, 15:01

Evakuatorlarla bağlı qərar verildi

gundem / siyaset

12-05-2018, 14:02

Baş nazirdən yeni qərar — Bu nəqliyyat vasitələri qeydiyyata alınmayacaq

Şou Biznes
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
Cəmiyyət
Bu gün, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Bu gün, 10:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Bu gün, 10:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Bu gün, 08:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Bu gün, 08:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Bu gün, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Bu gün, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Bu gün, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Bu gün, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Bu gün, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Bu gün, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Bu gün, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Bu gün, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Bu gün, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Bu gün, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Bu gün, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Bu gün, 09:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
  • Bu gün, 09:05
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Bu gün, 09:00
    İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
  • Bu gün, 09:00
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Bu gün, 08:53
    Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
  • Bu gün, 08:47
    Bakıda avtomobil neft quyusuna düşdü - Video
  • Bu gün, 08:37
    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
  • Bu gün, 08:31
    Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
  • Bu gün, 08:26
    Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
  • Bu gün, 08:21
    Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
  • Dünən, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • Dünən, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Dünən, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Dünən, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Dünən, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Dünən, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Dünən, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Dünən, 11:50
    Prezident açılışda - Fotolar
  • Dünən, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Dünən, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Dünən, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Dünən, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Dünən, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
Dünən, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə