• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ-ın sensasiyalı QARABAĞ PLANI, 2025-2035-Cİ İLLƏRDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

gundem / siyaset

7-11-2018, 15:08

ABŞ-ın sensasiyalı QARABAĞ PLANI, 2025-2035-Cİ İLLƏRDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ















Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib. Türkiyə prezidenti ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edib. Bu gün ABŞ Konqresinə aralıq seçkiləri keçirilir. ABŞ 2025-2035-ci illərdə ABŞ üçün əsas təhdidi açıqlayıb. Fransa prezidenti Emmanuel Makron müstəqil ümumavropa ordusunu yaratmağı təklif edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil: "Düşənbədə əldə olunmuş razılığa əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan bu gün bəyanatla çıxış edib. D.Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz düsturunu təklif edib. Bu düstur belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana hücum üçün ABŞ hərbi bazası yerləşdirilsin”. Bu iddia ilə Rusiya Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın İran strategiyasında bir məsələ var.

“Bu Ermənistandır. Bu məsələ hələlik bizdə müzakirə olunmur, lakin olduqca təhlükəlidir. Amerikalılar İranla döyüşməkdən qorxurlar, bu şübhəsizdir, lakin prinsip etibarilə ona qarşı təzyiqlər hazırlayırlar. Ermənistanda hakimiyyət dəyişikliyi oldu və heç kim deyə bilməz ki, onlar amerikalılarla bağlı deyillər. Əslində Ermənistandakı hakimiyyət ABŞ-ın əlaltısıdır. ABŞ indi erməni hakimiyyətinə Qarabağ məsələsini həll etmək sözü verir. Onların təklifi belədir: rayonları verin, biz ora ABŞ qoşunlarının kontingentini daxil edəcəyik və İrana şimaldan təzyiq üçün baza yaradacağıq. Vaşinqtonun Cənubi Qafqazda reallaşdırmaq istədiyi variantlardan biri budur”, - deyə Mixiyev iddialarını davam etdirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edib. Prezidenti ölkənin sanksiyalara riayət etməyəcəyini bildirib.

“Sanksiyaları düzgün hesab etmirik. Onlara riayət etməyəcəyik. Dünyada tarazlığı pozmağa yönəlik bir addımdır”, - o deyib.

“Donald Tramp administrasiyası İrana qarşı həyata keçirilən siyasətin təsirli olmadığını başa düşəcək. ABŞ rəhbərliyi bu məntiqsiz addımlardan peşman olacaq”.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İrana qarşı sanksiyaların ikinci paketini tətbiq etməsini şərh edərkən bildirib.

“ABŞ-ın əvvəlki prezidentləri təcrübə qazandıqca İrana qarşı davranışlarını dəyişdirdilər”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.

ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığın (CENTCOM) Fars körfəzində İrana qarşı ABŞ ordusunun sayının artırılmasıyla bağlı istəyinə rədd cavabı verib. CNN televiziyasının məlumatına görə, CENTCOM Pentaqondan özəlliklə Fars körfəzinə 1 ədəd təyyarədaşıyan gəmi göndərməsini istəyib. CENTCOM bu istəyini ABŞ hərbi kəşfiyyatının İranın Tramp administrasiyasının sanksiyalarına qarşı hansı reaksiyanı verəcəyi ilə bağlı məlumatının olmaması ilə izah edib.

Mərkəzi Komandanlığı hazırda ən çox narahat edən məqamın İranın Fars körfəzində gəmilərin hərəkətinə məhdudiyyətlər yaratmaq imkanına sahib olması göstərilir.

“Tehranın 1000-ə yaxın kateri var. Bu sayla bir neçə gün ərzində lazım olan akvatoriyanı minalamaq mümkündür. Bəhreyndə ABŞ və Britaniya gəmiləri var, amma bunları operativ tapşırıqları icra etmək üçün istifadə etmək mümkün deyil. Belə ki, gərginlik yaranacağı zaman ilk növbədə İranın sahil ərazilərində yerləşən hava hücumundan müdafiə sistemlərindən müdafiə olunmaq lazımdır. Üstəlik, bu ərazilərdə olan ballistik raketlər qonşu ölkələrdəki limanlar və aerodromları məhv etmək gücündədirlər”.

Bu gün ABŞ Senatında 100 mandatdan 35-i, Təmsilçilər Məclisindəki 435 mandatın isə hamısı üçün kritik səsvermə keçiriləcək. Baş tutacaq aralıq seçkiləri Respublikaçılar Partiyasına mənsub olan prezident Donald Trampın gələcəyini həll edəcək.


ABŞ üçün KRİTİK ANLAR - Trampın taleyi BU GÜN həll ediləcək
ABŞ ordusuna aid kəşfiyyat təyyarəsi Rusiyanın Hava Qüvvələrinə aid qırıcı ilə Qara dəniz üzərində gərgin anlar yaşayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yazılı açıqlama verib.

Açıqlamada bildirilir ki, "EP-3” tipli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava sahəsində Rusiyanın “Su-27” qırıcısı tərəfindən 25 dəqiqə boyunca təqib edilib və sıxışdırılıb. “Su-27” pilot və heyətin həyatını riskə atacaq formada yüksək sürətlə kəşfiyyat təyyarəsinin önünə keçib və onun qarşısını tüstü dumanı ilə örtüb. ABŞ-ın kəşfiyyat təyyərəsi bu səbəbdən titrəməyə məruz qalıb.

Pentaqondan gündəlik mətbuat konfransında verilən açıqlamaya görə, pilotlar bir-birilə əlaqə qurmayıb və buna görə bu yaxınlaşma təhlükəli hal alıb.

Rusiya Çin kimi çətin ki, 2025-2035-ci illərdə ABŞ üçün təhdid yaradacaq. Bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Dyuk Universitetində (ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti –red.) çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya öz potensialını cari səviyyədə saxlaya bilməyəcək.

“Biz 2025-2035-cu illərdə əsas funksiyalarımızı yerinə yetirmək qabiliyyətimizi qiymətləndiririk. Biz o illərdə Çindən daha böyük imkanlara nail olacağıq. Rusiya çətin ki, indiki səviyyəni saxlaya biləcək. Orada demoqrafik və iqtisadi göstəricilər enir. Və mən düşünmürəm ki, Rusiya 2025-2035-ci illərdə Çin kimi əhəmiyyətli təhdid yaradacaq”, - o deyib.

Danfordun fikrincə, Çində öz potensialını artırması üçün imkanlar daha çoxdur.

NATO-nun fəallığının artması və ya Polşada ABŞ hərbi bazasının yaradılması halında Minskə yeni silahlar, həmçinin raketlər lazım olacaq. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Amerika analitikləri qrupu ilə Minskdə görüşündə bildirib.


Lukaşenko ABŞ-ı yeni silahlarla hədələdi
Fransa prezidenti Emmanuel Makron müstəqil ümumavropa ordusunu yaratmağı təklif edib. Prezidenti bu haqda “Europe 1” radiostansiyasının efirində bildirib.

“Əgər ümumavropa ordusunu yaratmaq barədə qərar verməsək, biz avropalıları qoruya bilməyəcəyik. Avropa özünü Birləşmiş Ştatlarsız müdafiə etməlidir”, - o deyib.


Avropa Çin, Rusiya və ABŞ-la MÜHARİBƏYƏ HAZIRLAŞIR? – Makrondan bəyanat
Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Trampın Parisdə görüşünün formatı Fransız lideri Emmanuel Makronun xahişi ilə dəyişdirilib. Bu haqda diplomatik mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

“Emmanuel Makron Moskva və Vaşinqtona Parisdə tamformatlı danışıqları keçirməməyi xahiş etdi ki, görüş Yelisey sarayı tərəfindən hazırlanan tədbiri kölgədə qoymasın”, - mənbə qeyd edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Tramp Parisdə mütləq görüşəcəklər, amma görüş formatına görə “ayaqüstü” olacaq.

Oxunub: 4 317
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

7-11-2018, 13:43

“Ermənistan tərəfi ilə heç bir rabitə yoxdur” – Azərbaycan MN

gundem / dunya

27-09-2018, 12:48

Donald Tramp İrana qarşı daha sərt sanksiya tətbiq edəcəklərini bildirib

gundem / dunya

8-05-2018, 13:04

İSRAİL İLƏ İRAN MÜHARİBƏYƏ DOĞRU GEDİRLƏR

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Dünən, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Dünən, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Dünən, 09:08
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
7-08-2026, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • Dünən, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • Dünən, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • Dünən, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • Dünən, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • Dünən, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • Dünən, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • Dünən, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • Dünən, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
  • Dünən, 08:40
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Dünən, 08:34
    Mövsümə Ronaldosuz başlayacaqlar
  • Dünən, 08:30
    Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
  • 7-08-2026, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • 7-08-2026, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • 7-08-2026, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • 7-08-2026, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • 7-08-2026, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • 7-08-2026, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • 7-08-2026, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • 7-08-2026, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • 7-08-2026, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • 7-08-2026, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • 7-08-2026, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • 7-08-2026, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • 7-08-2026, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • 7-08-2026, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • 7-08-2026, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • 7-08-2026, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • 7-08-2026, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • 7-08-2026, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • 7-08-2026, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • 7-08-2026, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • 7-08-2026, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Daha çox
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
Dünən, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
Dünən, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
3-08-2026, 13:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə