• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti…”

gundem / siyaset

13-12-2018, 15:01

Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti…”















İbrahim Mehdiyev: “Allaha and olsun, o tikinti işindən xəbərsizəm, heç bir aidiyyətim yoxdur”

Xətai rayonunda inşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər həyata keçirib. Məlum olub ki, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla mövcud olan yaşayış və qeyri-yaşayış bina, qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil, 3 qeyri-yaşayış obyektini söküblər. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Yayılan məlumatlarda “İnsaat Konstruksiyalari MMC”nin Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsus olması xüsusi olaraq vurğulanırdı.

İbrahim Mehdiyev “Yeni Müsavat”a açıqlamasında həmin tikinti şirkətinin ona aid olması ilə bağlı məlumatların həqiqət olmadığını deyib:

– Mənim elə bir şirkətim yoxdur. Heç bir tikinti ilə məşğul deyiləm. 2 aydır ürəyimdən əməliyyat olunmuşam. Oturmuşam bağda, heç yerə də gedə bilmirəm. Hələ mən işləyən vaxtı da tikinti ilə məşğul olmurdum. Mən heç bir tikinti işi ilə məşğul deyil, hər hansı tikinti şirkətində də payım yoxdur.

– Əgər bu şirkət sizin deyilsə, o zaman adınız mətbuatda niyə hallandırılır?

– Xəbərim yoxdu bu yazılanlardan. Oğlum Londonda yaşayır. Səhər zəng vurmuşdu ki, bu nə məsələdir. Mən işdən çıxandan il yarım sonra əməliyyat olundum. Anju eləmişdilər, demişdilər ki, ürəyin damarları tutulub. Ona görə də əməliyyat olundum. Hökumətdən heç kimə məlumat vermədən gizli gedib əməliyyat olunub qayıtdım.

– İşdən çıxarılmanıza münasibətiniz necədir?

– Mən yaxşı işləyən icra başçısı olmuşam. “Sovetski”dən 4 min 200 ailə köçürmüşdüm. Amma işdən çıxmağım öz səhvim oldu. Oradakı məscidin sökülməsi məsələsində gərək mütləq cənab prezidentdən icazə alardım. Əvvəldən deyilib ki, yeni məscid tikilməmiş köhnəni sökmək olmaz. Mən də bunu bilməmişəm, götürüb sökmüşəm. Dini Qurumlar Komitəsindən də adam yanımda oturmuşdu, demişdilər ki, sökün. Məni tələsdirirdilər. 17 il icra başçısı olmuşam. Cənab prezident heç kimi səbəbsiz işdən çıxarmır. Mən gərək məsələni tam aydınlaşdırıb, sonra məscidi sökərdim.

– İşdən çıxmısınız, buna görə təəssüf edirsinizmi?

– Bir gün vəzifəyə gələn, bir gün də getməlidir. Vəzifəyə təyin olunan ilk gündən bilməlisən ki, nə vaxtsa işdən çıxarılacaqsan. Mən həmişə sədaqətlə xidmət etmişəm.

– İbrahim müəllim, xeyli vaxtdır işləmisiz, maaş almırsız. Dolanışığınız necədir?

– Maaşdan çox pensiya alıram. Dolanırıq. Yoldaşım, oğlum da işləyir. Evdən çıxa bilmirəm. Çıxanda tənginəfəs oluram. Ona görə də Ulu Öndərin anım mərasiminə gedə bilmədim. Heydər Əliyev mənə hələ 1974-cü ildə “Şərəf” nişanı verib. Mən Lampa zavodunda sex rəisi, direktor işləmişəm. Böyük təsərrüfata rəhbərlik etmişəm. Elmlə də məşğul olmuşam. 54 il iş stajım var. Qismətdir, bu qədər işlədim. “Sovetski” həqiqətən məni yordu, amma orada həvəslə işlədim. 4 min 200 nəfəri köçürmək elə də asan iş deyil. Allaha and olsun, mənim o tikinti işindən xəbərim yoxdur, heç bir aidiyyətim yoxdur. Bu saat elə bir vəziyyətdəyəm ki, canımla əlləşirəm.

Oxunub: 4 354
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

29-08-2018, 15:57

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı saxtalaşdırıldı

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 13:05
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Bu gün, 11:23
DYP velosipedçilərə müraciət etdi
Bu gün, 10:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bu gün, 08:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Bu gün, 08:42
Bu ərazilərdə işıq olmayacaq
Dünən, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 13:08
    Ukrayna ilə bu Saziş təsdiq olundu
  • Bu gün, 13:05
    Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • Bu gün, 12:56
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bu gün, 12:53
    Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
  • Bu gün, 12:47
    İlham Əliyev bu səfirləri də geri çağırdı
  • Bu gün, 12:44
    “Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
  • Bu gün, 12:40
    Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
  • Bu gün, 12:14
    İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
  • Bu gün, 11:37
    Qubada 7 kq narkotik aşkarlanıb
  • Bu gün, 11:23
    DYP velosipedçilərə müraciət etdi
  • Bu gün, 11:20
    Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
  • Bu gün, 11:11
    Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
  • Bu gün, 10:56
    Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
  • Bu gün, 10:52
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Bu gün, 10:21
    Əliyev Pezeşkiana təşəkkür etdi
  • Bu gün, 10:06
    İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
  • Bu gün, 10:02
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
  • Bu gün, 09:23
    Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
  • Bu gün, 09:00
    Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
  • Bu gün, 08:58
    Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
  • Bu gün, 08:54
    İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
  • Bu gün, 08:42
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:37
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 21:23
    Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
  • 8-08-2026, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • 8-08-2026, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • 8-08-2026, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • 8-08-2026, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • 8-08-2026, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • 8-08-2026, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • 8-08-2026, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • 8-08-2026, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • 8-08-2026, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • 8-08-2026, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə