• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Türkiyə yeni müharibə ərəfəsində

gundem / dunya

14-12-2018, 13:38

Türkiyə yeni müharibə ərəfəsində














Menbic əməliyyatı bölgə üçün nə vəd edir?

Türkiyə ordusu bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbic rayonunda əməliyyatlara başlayacaq. Bu barədə dekabrın 12-də Ankarada keçirilən toplantıda prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan deyib ki, Türkiyənin cənubunda (Suriya ərazisi nəzərdə tutulur – K.R.) terror dəhlizi yaratmağa çalışırlar. Türkiyə prezidenti ABŞ hakimiyyətini tənqid edib. Ərdoğan qeyd edib ki, Vaşinqton Suriyadakı YPG-ni terror təşkilatı hesab etmir. Eyni zamanda o, ABŞ hakimiyyətinin Türkiyə ilə deyil, YPG ilə əməkdaşlıq etməsini müttəfiqliyə sığmayan hərəkət adlandırıb.

Ərdoğan bildirib ki, sonuncu görüşdə ABŞ prezidenti ona Menbicdəki terrorçuları 30 gün ərzində bölgədən çıxaracaqlarını deyib və əlavə edib ki. əgər bu baş verməsə, o zaman Türkiyə özü hərbi əməliyyatlara başlayacaq. Sitat: “Terrorçulara 20 min yük maşını silah gətirildi. Amma biz deyirik, bizə “belə bir şey olmayıb” deyirlər. Türkiyə köçəri dövləti deyil. Bu mövzuda ABŞ-la fikir ayrılığında olduğumuzu hər kəs bilir”.

Ərdoğan ABŞ ordusunun Suriyanın şimalında 30 min YPG terrorçusuna təlim keçdiyini bildirib. O deyib ki, Vaşinqtonun kürdlərlə əlaqəsi hər gün bir qədər də inkişaf edir. Ərdoğan bildirib ki, yaxın günlərdə Fərat çayının şərq sahilində hərbi əməliyyatlar başlayacaq.

Sitat: “İdlibdə böyük bir humanitar böhranın qarşısını Rusiya ilə birlikdə aldıq. İndi də Fəratın şərq sahilindəki terror yuvalarını dağıtmaqla bağlı qərarımıza növbə çatıb. Suriyada İŞİD deyilən bir təhlükə yoxdur artıq, bu nağıldır. Bölgədəki İŞİD terrorçularına kimlər tərəfindən təlim keçirildiyini də bilirik. Bir neçə günə Fəratın şərq sahilində əməliyyatlara başlayacağıq”.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında iyunun 4-də əldə xarici işlər naziri Çavuşoğlu və dövlət katibi Pompeo arasında Vaşinqtonda imzalanmış razılaşmaya əsasən Menbic 6 ay ərzində, yəni dekabrın sonuna qədər Türkiyə ordusunun nəzarətinə keçməlidir. Anlaşmaya əsasən YPG silahlıları bölgədən çıxarılacaq, əraziyə Türkiyə və ABŞ qüvvələri nəzarət edəcək.

İlk dəfə iyunun 18-də Türkiyə ordusu hissələri Suriyanın şimalında kürdlərin nəzarətində olan Menbic rayonuna daxil olub. Daha sonra elan edilib ki, Türkiyə ordusu bölgədə patrul həyata keçirir. Xarici işlər naziri Çavuşoğlu bildirib ki, Vaşinqton razılaşmasına əsasən Türkiyə ordusu 2016-cı ildə azad edilən “Fırat qalxanı” bölgəsindən (“Fırat qalxanı” əməliyyatı ilə azad edilən Aziz-Cerablus bölgəsi Menbiclə həmsərhəddir – K.R.) Menbic rayonuna daxil olub. Çavuşoğlu deyib ki, hərbçilər tezliklə Menbicin mərkəzinə də daxil olacaq və razılaşmaya əsasən YPG silahlıları Menbici tərk edəcək.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi açıqlamada isə daha əvvəl razılaşdırılmış Menbic “Yol xəritəsi” və təhlükəsizlik prinsipləri əsasında “Fırat qalxanı” ərazisi ilə Menbic arasındakı xətdə Türkiyə ordusu və ABŞ ordusu hərbi birləşmələri tərəfindən müstəqil patrul fəaliyyəti başlayıb.

İndi isə anlaşmada nəzərdə tutulan vaxt başa çatır. Vaşinqton razılaşması Türkiyə ordusunun dekabrda Menbicə daxil olması hüququnu təsdiqləyir.

Ehtimal ki, YPG də bölgədə Türkiyə ordusuna qarşı çox ciddi dirənməyəcək. Çünki Menbicdə onsuz da əsas nəzarət amerikalıların əlindədir. Üstəlik, indi Fəratın şərq sahilində qalan kiçik ərazi uğurunda savaşarsa YPG iki tərəfdən – həm Türkiyə, həm də Suriya – çarpaz atəş altında qala bilər.

Ərdoğanın Menbic əməliyyatı xəbərdarlığına ABŞ Müdafiə Nazirliyi – “Pentaqon” da münasibət bildirib. ABŞ Müdafiə Nazirliyi rəsmi sözçüsü Türkiyəyə xəbərdarlıq edib ki, Ankaranın bir tərəfli Menbic əməliyyatı İŞİD-ə qarşı savaşan ABŞ əsgərlərini təhlükəyə atacağı üçün “narahatlıq doğuran” və “qəbul edilməz”dir.

“Pentaqon” sözçüsü Şon Petersonun yaydığı yazılı açıqlamada qeyd olunur ki, Suriyanın şimalında, xüsusən də ABŞ hərbçilərinin mövcud olduğu bölgədə hansısa tərəflərdən birinin hərbi əməliyyatı narahatlıq doğurur. Açıqlamada qeyd olunur ki. bu cür addımlar İŞİD-in yenidən fəallaşmasına səbəb ola bilər ki, Pentaqon buna imkan verməyəcək.

Türkiyənin əməliyyat keçirməyə hazırlaşdığı YPG isə yaydığı açıqlamada bu Menbicdə keçiriləcək əməliyyatın İŞİD-in xeyrinə olacağı qeyd olunur.

Menbicdə başlanacaq və sayca Suriyada 3-cü olacaq hərbi əməliyyat hər nə qədər risk doğursa da, Türkiyə üçün psixoloji və hərbi-siyasi baxımdan ciddi divident verir. Türkiyə faktiki olaraq ABŞ və Rusiya ilə birlikdə regionda güc mərkəzi kimi çıxış edəcək. Ancaq bu əməliyyat baş verərsə Vaşinqtonla Ankara arasında münasibətlər daha da pisləşəcək. Son çıxışında faktiki olaraq Ərdoğan ABŞ-ı terrora dəstək verməkdə və müttəfiqlik münasibətlərinə sadiq olmamaqda ittiham edib.

Ancaq Türkiyənin Menbicdəki əməliyyatına Vaşinqtonun ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Fəratın qərb hissəsi, yəni YPG-nin nəzarətində qalan Menbic rayonu hazırda amerikalılar və elə kürdlərin özləri üçün də ciddi əhəmiyyət kəsb etmir.

Çünki Suriyanın şimalındakı kürd kantonları əsasən Fəratın şərq sahilində yerləşir. Qərb sahilində sadəcə Menbic rayonu var və bu rayon şimalda Türkiyə, cənub və qərbdə isə Suriya ordusunun nəzarətindədir. Daha bir məqam ondan ibarətdir ki, Menbic hazırda kürdlərin nəzarətində olan digər ərazilərlə müqayisədə çox kiçik bir bölgədir və faktiki olaraq o bölgədə İŞİD təhlükəsi demək olar ki, yoxdur. Yəni Menbicdə əməliyyat Suriyanın şimalında hərbi-siyasi güc balansına cəddi təsir etməyəcək.

Qeyd edək ki, Fəratın qərb sahillərində yerləşən və Suriyanın Hələb vilayətinə daxil olan Menbic rayonu əsas ərəblərin yaşadığı region hesab olunur.

2014-cü ilin əvvəllərində Menbic İŞİD-in nəzarətinə keçib. Yalnız 2016-cı ildə ABŞ ordusunun dəstəyi ilə YPG silahlı birlikləri Menbici İŞİD-dən azad edib. Ancaq Türkiyə bu bölgədə kürd silahlı birliklərinin, xüsusən də YPG-nin bölgədən çəkilməsini tələb edib. Vaşinqton uzun müddət bu məsələdə Ankara ilə dil tapa bilmirdi. Yalnız uzun müzakirələrdən sonra bu ayın 4-də Vaşinqtonda Çavuşoğlu və Pompeo arasında Menbic mövzusunda anlaşma əldə olunub. Bu anlaşmanın hansı şərtlər hesabına əldə olunduğu məlum deyil. Anlaşmaya əsasən 3 mərhələli “Yol xəritəsi” qəbul olunub. Sənədə əsasən qarşıdakı 6 ay ərzində Menbicdən kürd silahlı birlikləri, xüsusən də YPG silahlıları çıxarılacaq. Planın birinci mərhələsi üzrə ön hazırlıq işləri aparılmalı, ikinci mərhələdə ABŞ və Türkiyə tərəfinin iştirakı ilə YPG silahlılarının bölgədən çıxarılması baş verəcək. Nəhayət, 3-cü mərhələdə ABŞ və Türkiyənin iştirakı ilə bölgədə təhlükəsizlik təmin olunacaq və Menbicdə yerli idarə orqanları formalaşacaq və yeri əhalinin evlərinə dönməsi təmin olunacaq.(musavat.com)

Oxunub: 5 764
Paylaş:
Digər xəbərlər

gundem / dunya

13-12-2018, 15:14

Ən qorxunc variant REALLAŞIR: ABŞ Türkiyə ilə müharibəyə "HƏ" DEDİ

gundem / dunya

1-04-2018, 16:30

Türkiyə ordusu PKK-nın ən təhlükəli terrorçusunu məhv edib

gundem / dunya

9-03-2018, 13:45

Türkiyə İraqa qoşun yeridəcək: PKK-çılara qarşı hərbi əməliyyat başladılacaq

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 11:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Bu gün, 09:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Bu gün, 09:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • Bu gün, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Bu gün, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Bu gün, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Bu gün, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Bu gün, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Bu gün, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Bu gün, 11:50
    Prezident açılışda - Fotolar
  • Bu gün, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Bu gün, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Bu gün, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Bu gün, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Bu gün, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
  • Bu gün, 10:08
    Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
  • Bu gün, 09:57
    Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
  • Bu gün, 09:38
    Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
  • Bu gün, 09:32
    Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
  • Bu gün, 09:24
    Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
  • Bu gün, 09:19
    Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
  • Bu gün, 09:00
    "Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
  • Bu gün, 08:47
    İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
  • Bu gün, 08:40
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bu gün, 08:36
    Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə