• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ermənistana ən etibarlı “qapı”... - Paşinyan Türkiyəyə gedir?

gundem / dunya

14-12-2018, 14:17

Ermənistana ən etibarlı “qapı”... - Paşinyan Türkiyəyə gedir?















Düşmən ölkənin “nəfəsliyi” kiçilir; Qərb analitikləri Nikol Paşinyanı tələsməyə çağırdı və ona 3 hədəf göstərdilər - biri Qarabağ...; erməni lideri ölkəsi ətrafında getdikcə daralan çənbəri aça biləcəkmi?

Ermənistandakı 9 dekabr seçkilərindən sonra regionda yeni bir situasiyanın yaranmaqda olduğu haqda təxminlər artıb. İşğalçı ölkə daxilində proseslərin necə inkişaf edəcəyi sözsüz ki, onun ətrafındakı duruma, o sırada Dağlıq Qarabağ məsələsinə də birbaşa təsir edəcək. Əsas diqqət isə təbii ki, “iki stul”da oturmaq limiti artıq bitmiş erməni baş nazir əvəzi Nikol Paşinyanın atacağı addımlara, verəcəyi qərarlaradır.

Avropa Siyasəti Mərkəzinin (European Policy Centre) analitikləri - Amanda Pol və Denis Samut hesab edirlər ki, dekabr seçkilərində Nikol Paşinyanın “Mənim addımım” blokunun inamlı qələbəsinə rəğmən, seçicilərin aşağı fəallığı (48,63%.) göstərir ki, xalqın məyusluğu kifayət qədər yüksəkdir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə onların hazırladığı təhlili məqalədə deyilir.

“Uzun illər oliqarxların və korrupsiyalaşmış məmurların girovu olmuş erməni cəmiyyəti artıq real dəyişikliklər görmək istəyir. Bu mənada ”yeni" Ermənistanla bağlı planı həyata keçirmək onun üçün çağırışdı. Parlamentdə çoxluğa malik Paşinyan indi ilk növbədə üç istiqamətdə hərəkət etməlidir: daxili islahatlar, xarici siyasət və Dağlıq Qarabağ", - deyə ekspertlər qeyd ediblər. Onların sözlərinə görə, iqtisadiyyata stimul verilməsi, ölkədə yoxsulluğun azaldılması və həyat keyfiyyətinin artırılması üçün real antikorrupsiya strategiyasına ehtiyac var.

Xarici siyasətə gəlincə, müəlliflər belə düşünürlər ki, N.Paşinyan gərək əsla V.Putinin etimadını qazanacağına ümid eləməsin: “Bu sadəlövhlük olar. Həmçinin təhlükə var ki, KTMT üzrə müttəfiqlər Ermənistanın düşməni olan Azərbaycanla daha yaxşı münasibətlərdədir. Avropa Birliyində və Qərb dairələrində erməni baş nazirə meyllilik var. Ancaq Paşinyan bunun ciddi dəstəyə çevrilməsinin yolunu tapmalıdır. Ermənistan üçün ən mühüm vəzifə Rusiya və Qərb ilə, o cümlədən Avropa Birliyi ilı münasibətlər arasında düzgün tarazlıq tapmaq olmalıdır”.

Dağlıq Qarabağ konfliktinin nizamlanması perspektivinə toxunan Qərb analitikləri o qənaətdədirlər ki, Paşinyana opponent güclər üçün Dağlıq Qarabağ ixtilafı “Axilles davanı” qismindədir. “İstənilən halda, cəmiyyətin gözləntilərini nəzərə alsaq, Paşinyan qarşısında nəhəng çağırş-təhdidlər durur”, - deyə təhlilçilər sonda əlavə ediblər.

*****

Bu, əslində Paşinyana ən əvvəl xəbərdarlıqdır. “Üç məchullu” tənliyi onun necə həll edəcəyi, bu zaman Rusiya və Qərb arasında balansı necə qoruyacağı çox maraqlıdır. Axı məqalədə də deyildiyi kimi, Qərb dairələrində erməni baş nazirə meyllilik olsa da, “Paşinyan bunun ciddi dəstəyə çevrilməsinin yolunu tapmalıdır”. Necə tapacaq?

Bu sualın cavabından daxildəki islahatların taleyi xeyli dərəcədə asılı olacaq. Çünki Qərb ona doğru real yaxınlaşma olmasa, İrəvana böyük paralar, maliyyə dəstəyi verməyəcək. Necə ki, indiyədək verməyib. Bu fonda Rusiya prezidenti Putinin etimadını qazanmaq isə, Qərb analitiklərinin təbirincə desək, gerçəkdən də sadəlövhlük olar.

Eyni dərəcədə həll olunmamış Qarabağ məsələsi “ayaqdan asılan ağır daş” kimi islahatları geri dartacaq. Həmçinin blokada rejimində, iki əsas qonşu - Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olduğu, siyasi-diplomatik və ticari əlaqələrin yoxluğu şəraitində iqtisadi yüksəlişdən danışmaq sadəlövhlük olardı. Hətta Paşinyanın qarşısında duran əsas problem məhz sərhədlər, blokada rejimini yumşaltmaqdır.

Bu isə Qarabağ məsələsinə, daha dəqiqi, Qarabağ məsələsində real irəliləyiş olması zəruriliyinə gedib dirənir. Çünki rəsmi Ankaranın sərhədlərlə bağlı net mövqeyi ortadadır. Onu bu günlərdə prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyasından bir daha bəyan ediblər. Paşinyanın seçkisonrası “Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına hazırıq” çağırışına cavab olaraq Ankara bildirib ki, Azərbaycan torpaqları, Qarabağ işğal altında qaldıqca Ermənistanla sərhədlər açılmayacaq.

Düşünmürük ki, bu mövqedə tezliklə, yaxud birtərəfli qaydada və ya Azərbaycanın ziyanına yumşalma olsun. Bununla belə, müşahidə olunan budur ki, İrəvan ABŞ-ın İrana qarşı sərt siyasəti və sanksiyaları fonunda daha bir mühüm qonşusu ilə üzülüşməli olacağını fərq etməyə başlayıb. Demək, Türkiyə Ermənistan üçün ən real və etibarlı “qapı” qismində ortaya çıxmış olur. Belə bir “qapı”, yaxud “nəfəslik” açıla bilər və bu, təbii ki, ABŞ-ın, Avropanın da marağındadır. Xüsusən də indi - qərbyönlü Nikol Paşinyanın Ermənistanın başında olduğu, dəstək hiss elədiyi zamanda. Ancaq nəyin qarşılığında? Məsələ bundadır.

*****

Azərbaycanlı politoloqların bu yöndə maraqlı şərh və proqnozları var.

“Türkiyə ilə bağlı Paşinyan hakimiyyəti nəbz yoxlaması edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib.

Onun əminliyinə görə, Qərb tərəfindən İrana tətbiq olunan sanksiyalar onsuz da iflas vəziyyətdə olan Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərəcək: “Ermənistan ətrafında çənbər daralır. İndiki mesajların bir neçə tərəfi var. Birincisi, şübhəsiz ki, provokativ addımdır. Yəni Türkiyədən bu mesaja necə reaksiyalar gələcəyini hesabalamağa çalışırlar. İkincisi isə, Türkiyə-Azərbaycan münasibətlərində hansısa formada çat yaratmaq istəyi ilə bağlıdır. Təbii ki, bu da mümkün deyil. Üçüncüsü, bütün bunlar şübhəsiz ki, Ermənistanın nəfəsliyinin daralması ilə bağlıdır”.

Politoloqun sözlərinə görə, elə bir situasiya yarana bilər ki, Ermənistan üçün yeganə çıxış yolu Türkiyə ilə münasibətləri normaya qoymaqdan ibarət olsun: “O halda isə situasiya ona doğru gəlib çıxaracaq ki, Türkiyə ən sərt formada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini gündəmə gətirəcək. Hazırda proses o istiqamətdə cərəyan edir ki, Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü büruzə verməkdədir”.

Öz növbəsində iqtisadçı Natiq Cəfərli belə hesab edir ki, Rusiya və İrana qarşı Qərbin sanksiyaları Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərir. O, işğalçı ölkənin iqtisadi durumunun çox ağır, hətta acınacaqlı olduğunu deyib.

“Amma Paşinyanın Türkiyə ilə sərhədləri açmaq üçün cəhdi və bununla bağlı çıxış etməsi iqtisadi məsələlərdən çox, siyasi gediş kimi qiymətləndirilməlidir. Yəni o, ilk addımlarından özünü sülhpərvər, qonşularla normal münasibətlər qurmağa çalışan siyasi fiqur kimi göstərmək istəyir. Çünki Qərb dövlətləri də marağındadır ki, Türkiyə ilə Ermənistanın arasında sərhəd açılsın... Amma bu da təbii ki, sözlə olmur. Paşinyan ən azından, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bununla bağlı heç olmasa, ilkin addımlar atılmalıdır ki, Türkiyənin də sərhədlərin açılması ilə bağlı adekvat reaksiyası olsun”.

Ekspertə görə, hazırda çox maraqlı bir dövrə daxil olmuşuq: “Türkiyə tərəfinin ilkin reaksiyası artıq var. Ankara bu məsələnin Dağlıq Qarabağ ətrafında gedən proseslərlə paralel həll olunmalı olduğunu bəyan edib. Doğru yanaşmadır. Amma məncə, Qərb tərəfdən Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşdırılması üçün cəhdlər olacaq. Hətta yaxın zamanlarda Paşinyanın Türkiyəyə səfəri də mümkündür. Türkiyədə müəyyən bəyanatların verilməsi də ola bilər. Çünki Qərb dövlətləri bunda çox maraqlıdır. Onlar Türkiyə vasitəsilə Ermənistan iqtisadiyyatına nüfuz etmək, beləliklə də İrəvanı Rusiya və İranın təsirindən çıxarmaq istəyirlər. Bu, asan və tez həll olunacaq yol deyil. Amma istiqamət olaraq, bu yöndə yaxın gələcəkdə ciddi addımların atılması mümkündür”.(musavat.com)

Oxunub: 5 011
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

13-12-2018, 14:52

Paşinyanın qələbəsi Azərbaycanın faydasına da ola bilər – ekspertlər

gundem / dunya

11-12-2018, 12:54

Paşinyan Türkiyəyə təklif irəli sürdü

gundem / siyaset

22-10-2018, 14:09

"Son 20 ildə gizli şəkildə..." - Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

gundem / siyaset

3-08-2018, 16:18

ABŞ-ın gizli Ermənistan projesi – hərbi bazalar çıxarılır, Qarabağ üçün şans

gundem / dunya

21-06-2018, 13:24

Sülhəddin Əkbər: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Dünən, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Dünən, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Dünən, 09:08
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
7-08-2026, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • Dünən, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • Dünən, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • Dünən, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • Dünən, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • Dünən, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • Dünən, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • Dünən, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
  • Dünən, 08:44
    Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
  • Dünən, 08:40
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Dünən, 08:34
    Mövsümə Ronaldosuz başlayacaqlar
  • Dünən, 08:30
    Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
  • 7-08-2026, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • 7-08-2026, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • 7-08-2026, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • 7-08-2026, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • 7-08-2026, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • 7-08-2026, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • 7-08-2026, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • 7-08-2026, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • 7-08-2026, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • 7-08-2026, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • 7-08-2026, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • 7-08-2026, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • 7-08-2026, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • 7-08-2026, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • 7-08-2026, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • 7-08-2026, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • 7-08-2026, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • 7-08-2026, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • 7-08-2026, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • 7-08-2026, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • 7-08-2026, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Daha çox
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
Dünən, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Dünən, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
3-08-2026, 13:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə