• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)

gundem / medeniyyet

17-12-2018, 13:55

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)














Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yeni aşkar olunan orta əsrlərə aid hamamın yenidən qurulması və bərpası ilə məşğuldur.

Şirkət rəhbəri Erik Pummer Trend-ə bildirib ki, bərpa işlərə 2018-ci ilin mart ayından başlanıb.

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)










Qoşa Qala Qapısı yaxınlığında yerləşən, təxminən XVII əsrə aid edilən hamam Bakının çar Rusiyası tərəfindən işğalından sonra hamam və onun ətraf əraziləri hərbçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub. Daha sonra hamamın günbəzləri dağıdılıb, üzəri torpaqla örtülüb.

E.Pummerin sözlərinə görə, burada ilk arxeoloji işlər 90-cı illərdə aparılıb, lakin yarımçıq qalıb: “Hazırda görülən arxeoloji işlərə isə iki ildən artıqdır başlanıb. Qazıntı işlərini arxeoloq İdris Əliyev aparıb. Arxeoloqun rəhbərliyi ilə hamam torpaq qatından təmizləndikdən sonra biz abidənin bərpasına başladıq. Mart ayından etibarən hamamın tam olaraq yenidən qurulması və bərpası işləri aparılır. İlkin mərhələdə torpaq təmizləndikdən sonra hamamın günbəzləri yenilənib. Günbəzlərdən biri tam bərpa olunub, digəri isə tikilməkdədir. Hamamda aparılan işlərin heç birində müasir texnika və avadanlıqlardan istifadə olunmur. Xırda daş parçalarının yonulmasına qədər bütün işlər əllə görülür”.

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)








Şirkət rəhbəri qeyd edib ki, hamam torpaqdan və dağıntılardan təmizləndikdən sonra dəqiq 3D ölçüləri əldə etmək üçün bura Avstriyanın “Stephen Linzinger” şirkəti dəvət olunub:

“Hazırda həmin ölçülər əsasında burada işlər davam etdirilir. Hamamın bərpası zamanı müasir dövrə aid heç nə əlavə olunmayıb və orijinallıq saxlanılıb. Sadəcə günbəzlər yenilənib və otaqlara düşmək üçün qoyulan pilləkənlər yenisi ilə əvəzlənib. Əvəzlənən daşlar qədim daşlara bənzər şəkildə yonulub. Daxildə isə sadəcə konservasiya işləri aparılacaq ki, bu günədək qalan tarixi elementlər əvvəlki vəziyyətindəki kimi görünsün”.


İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)











Şirkətin meneceri Çingiz Neymanzadə isə orta əsrlərə aid hamam haqqında müfəssəl məlumatlar verib: “Ümumilikdə, hamam iki hissəyə bölünür. Birinci hissədə iri günbəzli iki əsas otaq yerləşir. Hamama daxil olduqda günbəzinin tikintisi başa çatmış otaqla qarşılaşırsan. Vaxtilə bura vestibül kimi istifadə olunub. Gələn müştərilər burada həm istirahət edib, həm də çay içib söhbət edə bilərdilər. Digər günbəzli otaq isə hamamın yuyunma otağıdır. Əsas otaq hesab edilən bu yerdə həm isti, həm də soyuq vannalar olub. Ətrafda digər otaqlar da var. Biz belə hesab edirik ki, həmin otaqlardan biri ibadət üçün nəzərdə tutulub”.

Onun sözlərinə görə, tarixi tikilinin ikinci hissəsi qazanxana və oraya gedən yoldur: “Hamamın özünəməxsus orijinal mühəndislik işləri və keramikadan hazırlanmış boru kəmərləri sistemi olan qazanxanası varmış. Bərpa işləri bitdikdən sonra həmin yol şüşə tavanla örtüləcək. Bu isə ona görə nəzərdə tutulub ki, yağış yağanda su dolmasın. Vaxtilə qazanxanadan hamamın bir neçə istiqamətinə isti borular çəkilib. Borular otaqların bir neçəsində döşəməyə istilik verib. Hamamı tikən şəxslər çox unikal düşüncə və biliyə malik olublar. Onlar gildən istifadə edərək düzəltdikləri borular vasitəsilə həm divarları, həm də döşəmələri isidiblər”.

Ç.Neymanzadə qeyd edib ki, hamamın qarşı tərəfində platforma quraşdırılacaq. Ziyarətə gələn qonaqlar həmin platformaya qalxaraq hamamı ümumi şəkildə görə biləcəklər.

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)







Şirkət rəhbəri E.Pummerin sözlərinə görə, ərazidə tapılan (birmənalı olaraq tarixi abidəyə məxsusdur), hamamın tikintisində istifadə olunan taxta parçasının köməyi ilə abidənin dəqiq yaşını öyrənmək niyyətindədirlər:

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)









“Qara şam ağacından düzəldilmiş bu taxta parçası tikilinin tam orijinal bir hissəsidir. Hamam tikilən zaman dirək kimi istifadə olunub. Biz bu taxta parçasının köməyi ilə hamamın neçənci ilə aid olduğunu öyrənəcəyik. Taxta parçasından kəsərək Almaniyadakı institutların birinə ekspertizaya göndərmişik. Yaxın zamanda ekspertizanın cavabları bilinəcək”.

E.Pummer bildirib ki, hamamın yuxarı hissəsində 6 metrlik quyu da olub: “Quyunun yanında quraşdırılan və gildən hazırlanan boru torpağın altı ilə suyu birbaşa qazanxanaya ötürürdü”.

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid HAMAM – Bərpa işləri nə yerdədir? (FOTO)







2019-cu ilin dekabr ayında bərpa işlərinin yekunlaşdırılması və hamamın tam olaraq təhvil verilməsi nəzərdə tutulur.

Oxunub: 4 774
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 11:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Bu gün, 10:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Bu gün, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Dünən, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Dünən, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 11:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    “907-ci düzəliş” ətrafında yeni qarşıdurma
  • Bu gün, 15:30
    TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
  • Bu gün, 14:22
    İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
  • Bu gün, 13:44
    Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
  • Bu gün, 13:13
    Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
  • Bu gün, 11:11
    Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
  • Bu gün, 11:00
    İlham Əliyevdən Trampa SENSASİON mesaj
  • Bu gün, 10:39
    Yeni səfirlərimiz onlar oldu - Foto
  • Bu gün, 10:19
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • Bu gün, 10:07
    Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
  • Bu gün, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Bu gün, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Bu gün, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Bu gün, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Bu gün, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Bu gün, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Bu gün, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Bu gün, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Bu gün, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Bu gün, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Bu gün, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 08:34
    Neftimiz bahalaşdı
  • Bu gün, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • Dünən, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • Dünən, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • Dünən, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • Dünən, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • Dünən, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • Dünən, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
  • Dünən, 19:42
    İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
  • Dünən, 19:14
    Prezident və xanımı Naxçıvandadır - Foto
  • Dünən, 16:00
    Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
  • Dünən, 15:30
    İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
  • Dünən, 14:22
    Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
  • Dünən, 13:38
    İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə