• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycanlıların ən çox İrana axışmasının üç sirri

gundem / iqtisadiyyat

25-01-2019, 13:15

 Azərbaycanlıların ən çox İrana axışmasının üç sirri















“Müjdə” və “Viktoriya” düyüləri, “Alima” pendiri, cehizlik, soba və xəstəxanalar…; Adil Qeybulla: “İrandan qayıdıb vəziyyəti ağırlaşan, narazı gələn xəstələr də az deyil…”

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5% artaraq 4 908,1 min nəfər olub. Bu sırada liderliyi İran edir. Ölkə vətəndaşlarının 33,6%-i İrana, 29,2%-i Gürcüstana, 18,9%-i isə Rusiyaya səfər edib.

Bu statistikada 12,3%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 0,9%-i BƏƏ-yə, 3,7%-i isə digər ölkələrə səfər edib. Xəbəri Dövlət Sərhəd Xidməti yayıb.

Azərbaycanlıların İrana daha çox səfər etməsinin üç əsas səbəbi var: ticarət, səhiyyə və Məşhədi ziyarət etmək.

İlk növbədə alış-veriş edənlər üstünlük təşkil edir.

İranda qida və geyim məhsullarının ucuz olması azərbaycanlıların ora axın etməsinə səbəb olub. Xüsusən cənub zonasından İranın Astara bölgəsinə gedənlər çoxdur. Vətəndaşlar yağ, düyü, xama, müxtəlif ərzaqlar alırlar. Ondan əlavə, cehiz alanlar da az deyil. İrandan xalça-palaz, çil-çıraq, ucuz geyim alanlar var.

“Bu dəqiqə ən çox İrandan xalça gətirilir. Məsələn, bizdə 400 manata olan xalça orada 100 manatdır. İkincisi, maşın təkəri çox alınır. İranda bir təkər 25 manatdır. ”Müjdə” və “Viktoriya” düyüləri çox gətirilir. Cənub zonasında xeyir-şər məclislərində bu düyülərdən çox istifadə edilir.

Bundan başqa, velosiped, İran qaz sobaları alınır. “Lənkəranda çoxu kombiləri söndürüb, İran sobaları yandırır” – deyə, İrana tez-tez bazarlığa gedən lənkəranlı Malik bizimlə söhbətində bildirir.

Onun sözlərinə görə, yuyucu toz, İran qaymağı, “Alima” pendiri, suvenirlər gətirilir: “Qab-qacaq, ləyən hər şey orada ucuzdur deyə gətirirlər”.

Azərbaycanlıları İrana aparan ikinci mühüm səbəb isə səhiyyə ilə bağlıdır. Xəstəliyi olan insanlar qonşu dövlətə axışırlar. İran həkimlərinə olan inam və diaqnozların düzgün qoyulması, dərmanların Azərbaycanla müqayisədə ucuz olması vətəndaşlarımızı İran xəstəxanalarına getməyə vadar edir. İranda lazım olan dərman preparatlarının 95 faizi ölkədə istehsal olunur.

Statistikaya görə, ölkə hər il azı 50 adda yeni dərmanı dünya bazarına çıxarır. Bir neçə dünya şirkətlərinin inhisarında olan bəzi dərman preparatlarının istehsalı da İran tibbinin uğurlarındandır.

SPİD-in qarşısını almaqda və müalicəsində istifadə olunan “İmod”, diabet xəstələrinin ayaq yaralarını müalicə etmək üçün hazırlanan “Angipars”, Hepatit C-nin müalicəsində istifadə olunan “İnterferon pegile” və digər dərmanların müəlliflik hüququ iranlı mütəxəssislərə məxsusdur.



İnsanlar müalicə üçün daha çox Təbriz, Ərdəbil və Urmiyaya gedir. İranın dövlət səhiyyə müəssisələrində müayinələr zamanında pulsuz olub, xarici vətəndaşlar üçünsə nəzərdə tutulmuş qiymət cədvəli olub.

Bu qiymətlər özəl klinikalardakından yüksək deyil. Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir. Onlardan nə qədərinin məhz müalicə məqsədilə getdiyi dəqiq açıqlanmasa da, reallıq öz sözünü deyir.

Ən nəhayət, İrana gedənlərin çox olmasının sonuncu səbəbi Məşhəd şəhərinə ziyarətdir. Azərbaycan şiələri İmam Rzanı ziyarətə gedirlər.



Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, Azərbaycandan İran xəstəxanalarına üz tutanlar həddən ziyadə çoxdur. Onun sözlərinə görə, tibbi turizm dünyanın hər yerində var: “Türkiyədən və Avropadan Amerikaya da gedənlər olur. Ancaq icbari tibbi sığorta olan ölkələrdə bu axın məhduddur. Təəssüf ki, bizdə icbari tibbi sığorta yoxdur. İkincisi, İranda müalicə xərclərinin az olması insanları ora cəlb edir. Eyni zamanda peşəkarlıqdan və müalicənin nəticəsindən narazı qalanlar da var. Ona görə İrana gedən həddən ziyadə çoxdur. Bu da milli səhiyyənin güvənli olmamasıdır”.

A.Qeybullanın fikrincə, Azərbaycanda vəzifəlilər yerli səhiyyəyə etibar etmirlər: “Əgər onlar xaricdə müalicə olunurlarsa, sadə vətəndaşlar anlayır ki, məmurlar öz səhiyyəmizə güvənmirlər. Ondan bu səhiyyə kimin üçün yaradılıb? Digər tərəfdən, İranda inflyasiya olub, pul dəyərini çox itirib və hamı ora ucuz müalicə olunmağa gedir. Sizə deyim ki, İrandan qayıdıb vəziyyəti ağırlaşan, narazı gələnlər də az deyil. İnsanlar bəzən müalicədən razı olmurlar. Bu, heç də İran səhiyyəsini aşağılamaq kimi çıxmasın. Onların farmokoloji sənayesi var, Qərb standartlarına uyğundur. Bunu etiraf etmək lazımdır. Ona görə Avropada təhsil alan kadrlarımızın qayıdışı, müasir tibbi avadanlıqların olması görünür ki, yetərincə deyil, icbari tibbi sığorta olmalıdır”.

Oxunub: 5 685
Paylaş:
Digər xəbərlər

gundem / iqtisadiyyat

5-11-2018, 13:23

ABŞ Yaponiyaya İrandan neft idxal etməyə icazə verdi

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Dünən, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Dünən, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 11:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Dünən, 11:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Dünən, 10:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Bu gün, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Bu gün, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Bu gün, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Bu gün, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Bu gün, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Bu gün, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Bu gün, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Bu gün, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Bu gün, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Bu gün, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 08:34
    Neftimiz bahalaşdı
  • Bu gün, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • Dünən, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • Dünən, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • Dünən, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • Dünən, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • Dünən, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • Dünən, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
  • Dünən, 19:42
    İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
  • Dünən, 19:14
    Prezident və xanımı Naxçıvandadır - Foto
  • Dünən, 16:00
    Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
  • Dünən, 15:30
    İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
  • Dünən, 14:22
    Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
  • Dünən, 13:38
    İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
  • Dünən, 13:04
    Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
  • Dünən, 12:27
    Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
  • Dünən, 11:16
    Məzuniyyətə çıxmadan pulunu almaq olar?
  • Dünən, 11:12
    “Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
  • Dünən, 11:02
    Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
  • Dünən, 10:48
    Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
  • Dünən, 10:42
    Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
  • Dünən, 10:37
    Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
  • Dünən, 10:32
    Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
  • Dünən, 10:28
    Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə