• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Qarabağ - Qafqazın “Qordiyev düyünü” - Qərb tələsir, Rusiya isə...

gundem

5-02-2019, 15:14

Qarabağ - Qafqazın “Qordiyev düyünü” - Qərb tələsir, Rusiya isə...

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya ikinci səfərindən də “əli ətəyindən uzun” qayıtdı. Almanlar yenə ona pul əvəzinə vəd, bir də bir mühüm ev tapşırığı və iki ciddi mesaj verdilər (Bu haqda aşağıda). Hərgah, inqilabçı baş nazir dəridən-qabıqdan çıxıb almanları, Qərbi inandırmağa çalışdı ki, Ermənistan Rusiya ilə strateji müttəfiq ola-ola da Avropanın, Qərbin dostuna çevrilə bilər.

*****

“Biz iki stulda oturmağa çalışmırıq, belə bir məqsədimiz yoxdur. Biz bir tərəfdaşla əlaqələri başqa tərəfdaşın ziyanına inkişaf etdirməyə də hazırlaşmırıq”. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, bu sözləri Paşinyan Berlində olarkən “Deutsche Welle” (“Alman dalğası”) radiosuna eksklüziv müsahibəsində deyib.

Radio səfər zamanı Almaniya kansleri Angela Merkelin Paşinyanla görüşdə ona dediyi və əslində daha çox mesaj xarakteri daşıyan sözlərə isə məxsusi yer ayırıb. Sitat: “Merkel ötən ilin dekabrında Ermənistanda keçirilən parlament seçkilərini ”demokratik" adlandırıb və eyni zamanda vurğulayıb ki, seçkilərin nəticələri ölkə əhalisinin yeni baş nazirə böyük ümidlər bəslədiyini göstərib. Merkel vurğulayıb ki, ikitərəfli əlaqələr Ermənistan əhalisinin həyat şəraitinin yaxşılaşmasına xidmət eləməlidir. Odur ki, onun fikrincə, baş nazir uğurlara nail olmaq üçün tələsməlidir. Kansler əlavə edib ki, Berlin İrəvandakı yeni hakimiyyətə təkcə iqtisadi baxımdan deyil, korrupsiya ilə mübarizədə də kömək eləməyə hazırdır".

“Deutsche Welle” danışıqlarda ikinci mühüm mövzu kimi Dağlıq Qarabağ probleminin diqqət mərkəzində olduğunu bildirib: “Jurnalistlərin suallarını cavablandıran Merkel son vaxtlar Azərbaycan və Ermənistanın rəhbərləri arasında baş tutan görüşləri pozitiv hesab etdiyin deyib və Paşinyanın bu yöndə addımlarını cəsarətli saydığını söyləyib. Merkel bildirib ki, yalnız iki tərəfdən birinin xoş məramı ilə Dağlıq Qarabağ probleminin həlli mümkün olmayacaq və proses danışıqlardan o yana keçməyəcək”.

Berlindəki birgə mətbuat konfransında Nikol Paşinyan isə yenə Dağlıq Qarabağdakı separatçı rejimi danışıqların müstəqil tərəfi kimi təqdim eləməyə çalışıb. Lakin alman tərəfi bu yanaşmanı məqbul saymayıb və Merkelin də sözlərindən göründüyü kimi, rəsmi Berlin əsas münaqişə tərəfləri qismində yalnız Azərbaycan və Ermənistanı gördüyünü bəyan edib.

Belə çıxır, Nikol “köhnə bazara təzə nırx” qoymağa çalışmaqla, sadəcə, danışıqları mənasız edə bilər. Belə yanaşma isə xoş məram göstəricisi sayıla bilməz. Demək, Almaniya kansleri əslində məhz erməni tərəfini, Paşinyanı konstruktiv olmağa çağırıb, Bakını yox. Bu - Berlinin birinci ciddi mesajı.

Başqa yandan, Dağlıq Qarabağ məsələsində dönüş olmadan, bölgədə müharibə riski birdəfəlik aradan qalxmadan nə Almaniyanın, nə də bütövlükdə Qərbin Ermənistana böyük sərmayələri gəlməyəcək. Merkel “Paşinyan tələsməlidir” deyəndə şəksiz ki, ən əvvəl buna işarə edib. Çünki Berlində də yaxşı anlayırlar ki, blokada rejimində və Rusiyadan vassal asılılığında olan, əsas qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı qalan, dünya okeanına çıxışdan məhrum Ermənistanda dərin demokratik və hüquqi islahatlar aparmaq mümkün olmayacaq. Demək, ölkə Qərb sərmayələri üçün cəlbedici ola bilməyəcək. Ən əsası, iflas olan islahatlar Paşinyana qarşı əks-inqilab ovqatını gücləndirəcək. Almaniyadan verilən ikinci mühüm mesaj bundan ibarətdir. Kəsəsi, Paşinyanın nəzərinə çatdırılıb ki, Qafqazın “Qordiyev düyünü” məhz Qarabağ məsələsidir və o, açılmayınca və ya kəsilməyincə, Ermənistan tərəqqiyə ümid etməməlidir.

Söz düşmüşkən, iki gün sonra Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlişinin 8 ayı tamam olacaq. Bu müddətdə nə erməni əhalisinin güzəranında yaxşıya doğru dönüş yaranıb, nə düz-əməlli iş yerləri açılıb, nə də Ermənistandan kütləvi köç səngiyib. Üstəlik, Paşinyan 9 aydır Putinə sədaqət andları içməkdə davam edir, Ermənistanın Rusiya orbitində çıxmayacağını bəyan edir. Və nə qədər paradoksal olsa da, bu bəyanatlar fonunda o, Qərbin böyük maliyyə dəstəyinə ümid edir. “İki stul” siyasəti də budur - xalqa verdiyi vədləri unudan Paşinyan özünü nə qədər görməzliyə vurub blef eləsə də...

*****

Rusiyaya belə vəziyyət əslində əl verir. Moskva eyni zamanda Qərbin, ABŞ-ın Paşinyanı tələsdirəcəyindən narahatdır. Çünki erməni baş nazirin başqa çıxış yolu artıq görünmür.

Ötən saylarımızda yazdığımız kimi, Con Boltonun İrəvan səfərindən sonra Paşinyan hökumətini açıq təhdid edən Rusiya XİN başçısının müavini Qriqori Karasinin bu günlərdə İrəvana etdiyi səfərin əsas hədəfi də böyük ehtimalla bu olub: Paşinyanın “iki stul” mövqeyi ilə nə etmək istədiyini dəqiqləşdirmək. Yeni hökumətin Rusiyaya sədaqətli olduğuna və Qarabağ məsələsində pərdəarxası oyunun gedib-getmədiyinə əminlik hasil eləmək.

“Qriqori Karasinin Ermənistana səfərinin məqsədi İrəvanın Qarabağla bağlı elə də aydın olmayan mövqeyini dəqiqləşdirmək olub”. Bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Yervand Bozoyan deyib (axar.az).

“Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyır. Paşinyanın İlham Əliyevlə Davosdakı görüşündən və Con Boltonla müzakirəsindən sonra hansısa prosesin getməsi ilə bağlı təəssürat yarandı. Erməni ictimaiyyətinin çoxunda narahatlıq var. Rusiyada da həmçinin ABŞ-ın Qarabağın həlli təşəbbüsünü üzərinə götürməsi ilə bağlı narahatlıq özünü göstərirdi. Rusiya başa düşmək istəyir ki, yaxın gələcəkdə Ermənistandan danışıqlar prosesi çərçivəsində hansı mövqeni gözləmək olar. Hazırda çox ziddiyyətli proses gedir, prinsiplər aydın deyil. Erməni hökuməti Madrid prinsiplərinin dəyərləndirilməsindən yayınır, amma buna qarşılıq heç bir baza göstərmir” - erməni ekspert bildirib.

*****

Beləliklə, bir daha qənaət hasil olur ki, Rusiya daha çox Qarabağ məsələsinin həllindən və ya bu məsələdə ciddi irəliləyişdən narahatdır, nəinki konfliktin uzanmasından. Çünki Moskvada Qafqazın “Qordiyev düyü”nün qalmasının önəmini hamıdan yaxşı bilirlər..
“Yeni Müsavat”

Oxunub: 4 188
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

10-01-2019, 14:58

Qarabağ: Paşinyan güzəştə hazırlaşır? - “İnqilab lideri”nin riskli addımları nədən ibarət olacaq?

gundem / siyaset

9-01-2019, 17:19

Düşmən ölkədə yeni kritik dönəm başlayır - GƏLİŞMƏ

gundem / dunya

24-12-2018, 19:42

Düşmən ölkə üçün kritik gün - Paşinyan son dəfə “xalça üzərinə” çağırıldı

gundem / siyaset

28-09-2018, 14:48

"Bu gün Paşinyan artıq erməni xalqına problemdir" — Deputat Fəzail İbrahimli

gundem / siyaset

9-06-2018, 16:59

Qarabağ və Naxçıvan ətrafında yeni durum - Ermənistanın “stəkanda fırtına” taktikası puça çıxır

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 08:44
Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
Dünən, 11:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Dünən, 10:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Dünən, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
11-08-2026, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
11-08-2026, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 09:15
    Ermənistan Azərbaycandan QAZ alacaq
  • Bu gün, 09:00
    Tiflisdən Rusiyaya gizli yanacaq xətti – Saakaşvilidən şok açıqlama
  • Bu gün, 08:44
    Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
  • Bu gün, 08:39
    Bakının mərkəzində obyekt və mənzillər yanıb
  • Bu gün, 08:35
    ABŞ-də bir gündə 3 nəfər edam ediləcək - 16 il sonra ilk
  • Bu gün, 08:31
    Elnur Məmmədovun ailəsində - Ağır itki
  • Dünən, 16:00
    “907-ci düzəliş” ətrafında yeni qarşıdurma
  • Dünən, 15:30
    TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
  • Dünən, 14:22
    İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
  • Dünən, 13:44
    Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
  • Dünən, 13:13
    Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
  • Dünən, 11:11
    Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
  • Dünən, 11:00
    İlham Əliyevdən Trampa SENSASİON mesaj
  • Dünən, 10:39
    Yeni səfirlərimiz onlar oldu - Foto
  • Dünən, 10:19
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • Dünən, 10:07
    Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
  • Dünən, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Dünən, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Dünən, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Dünən, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Dünən, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Dünən, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Dünən, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Dünən, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Dünən, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Dünən, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Dünən, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Dünən, 08:34
    Neftimiz bahalaşdı
  • Dünən, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • 11-08-2026, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • 11-08-2026, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • 11-08-2026, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • 11-08-2026, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • 11-08-2026, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • 11-08-2026, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə