• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)

gundem / siyaset

24-08-2019, 13:39

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)

Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş…

Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı “Yaşıl bazar”da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.

“Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.

Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur.

“Unikal” qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.

Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə “Yaşıl bazar”la məhdudlaşmır. Belə ki, Unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.

Bizə bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–də yerləşən və “sürüşdürülən bina” kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən (“Klassik-Şəms”) vitse-premyer bundan başqa “Qış parkı”nda yerləşən “Zambaq”, “İnnab” və “Palıd” kafelərinin də sahibidir.

Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə “Ovçular” evinin yerində salınmış parkda “Özsüt” və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Sütiş” restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi ortaya çıxıb.

Düz 17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o, Abdullayeva Səmayə Qulam qızının adına həmçinin, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib.
Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə “”Bakıelektrikşəbəkə” ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.

Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H.Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən “Yaşıl” çay evini də öz nəzarətinə keçirib.

Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki “Heydər məscidi”nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.

Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu (“Qalzansiya”) da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.

Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan isə belə nəticə çıxır ki, o, paytaxta rəhbərlik etdiyi dövrdə “Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq” missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.

Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb…
Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.

İstisna deyil ki, o, bu yazıda oxuculara təqdim olunan bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz…

Oxunub: 5 206
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

20-02-2019, 12:50

Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı – itirilən yaşıl milyonlar…

gundem / siyaset

28-12-2018, 15:51

Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər

gundem / cemiyyet

6-06-2018, 15:43

İcra hakimiyyətinin saytı, yoxsa Hacıbala Abutalıbovun şəxsi bloqu? - FOTO

gundem / siyaset

26-04-2018, 15:32

Hacıbala Abutalıbov yeni vəzifədə bu işləri görəcək

gundem / cemiyyet

22-04-2018, 15:14

Hacıbala Abutalıbov baş nazirin müavini təyin edildi

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 10:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Bu gün, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Dünən, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Dünən, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 11:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Dünən, 11:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 10:39
    Yeni səfirlərimiz onlar oldu - Foto
  • Bu gün, 10:19
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • Bu gün, 10:07
    Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
  • Bu gün, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Bu gün, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Bu gün, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Bu gün, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Bu gün, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Bu gün, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Bu gün, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Bu gün, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Bu gün, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Bu gün, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Bu gün, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 08:34
    Neftimiz bahalaşdı
  • Bu gün, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • Dünən, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • Dünən, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • Dünən, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • Dünən, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • Dünən, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • Dünən, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
  • Dünən, 19:42
    İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
  • Dünən, 19:14
    Prezident və xanımı Naxçıvandadır - Foto
  • Dünən, 16:00
    Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
  • Dünən, 15:30
    İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
  • Dünən, 14:22
    Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
  • Dünən, 13:38
    İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
  • Dünən, 13:04
    Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
  • Dünən, 12:27
    Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
  • Dünən, 11:16
    Məzuniyyətə çıxmadan pulunu almaq olar?
  • Dünən, 11:12
    “Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
  • Dünən, 11:02
    Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
  • Dünən, 10:48
    Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
  • Dünən, 10:42
    Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə