Son günlər ölkə mətbuatında "Ağ Göl" Milli Parkı barədə xoşagəlməz yazılar dərc olunur. Həmin yazıların hardan və kimlər tərəfindən dövrüyyəyə buraxılması hələ də sual altındadır. Ədalətlə desək bu gün Milli Parkda görülən işlər təqdirə layiqdir və əvəzolunmazdır. Patriot.az olaraq dövrü mətbuatda gedən yazıların nə dərəcə də həqiqət olduğunu araşdırmaq məqsədi ilə Milli Parkın direktor müavini Loğman Mehdiyevlə əlaqə saxladıq. Direktor müavini açıqlamasında bildirdi ki, mətbuatda yazılanlar həqiqətu əks elətdirmir. Belə ki, biz bütün işlərimizi günün tələblərinə uyğun olaraq qururuq və daim işçilərin nizam-intizamına xüsusilə parkın qorunmasına diqqət yetiririk. Bu gün təbiəti qorumaq bizim başlıca vəzifəmiz və vətəndaşlıq borcumuzdur. Bundan başqa onu deyə bilərəm ki, Milli Parkda qanunsuz quş ovlanması xəbəri yalandır. Parkda nə quş ovlanmasından nə də balıq tutulmasından söhbət gedə bilməz. Biz daim qanunsuz olaraq quşların ovlanmasına və balıqların tutulmasına qarşı mübarizə aparırıq. Daha dəqiq desək nazirlik tərəfindən verilmiş tövsiyyə və tapşırıqlar layiqincə icra olunur. Bir daha qeyd etmək istəyirəm ki, yazılanlar həqiqiət deyil və işimizə kölgə salmaq xarakteri daşıyır. Odur ki, xalqımızın aynası olan dəyərli jurnalistlərimizi ədalətli olmağa çağırıram və bir yazını hazırlayərkən qarşı tərəfi dinləməyi tövsiyyə edirəm.