• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir” – Çingiz Qənizadə

gundem / siyaset

7-09-2020, 08:14

“Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir” – Çingiz Qənizadə


Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən olduqca açıq, ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. İxtisasca diplomat olan, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi. Dövlətimizin başçısı Azərbaycan-Yunanıstan əməkdaşlığının son illərdə aşağı səviyyədə olduğunu vurğulayaraq, Yunanıstan hökumətinin Azərbaycanla əməkdaşlıq məsələsində nümayiş etdirdiyi qeyri-adekvat mövqeni tənqid etdi və bunun beynəlxalq əməkdaşlıq ruhuna uyğun olmadığını diqqətə çatdırdı. Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli formatda hərbi əməkdaşlığın ölkəmizdə narahatlığa səbəb olduğunu vurğulayan Prezident prinsipial mövqe nümayiş etdirdi, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının narahatlıq doğurduğunu bildirdi. Ermənistan 30 ilə yaxın müddətdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. İşğal faktı beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapır və Ermənistan işğalçı ölkə olaraq qəbul edilir. Belə bir vəziyyətdə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı işğalçıya və işğala verilən dəstək kimi qiymətləndirilməlidir və bu məsələ Azərbaycanı narahat etməyə bilməz. İki ölkə arasındakı əməkdaşlığımıza mənfi təsir göstərən məsələləri açıq-aydın şəkildə diqqətə çatdırması Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqe tutmasının bariz göstəricisidir.

Dövlətimizin başçısı görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi yer ayıraraq, Azərbaycanın Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini bildirdi. “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, - deyən Prezident İlham Əliyev Azərbaycanın tərəddüdsüz Türkiyənin yanında olduğunu göstərdi və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirdi. Xatırladım ki, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək demişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Dövlətimizin başçısının Yunanıstanın səfiri ilə görüşdə nümayiş etdirdiyi qətiyyətli mövqe qardaş ölkədə böyük rəğbətlə qarşılandı. Türkiyənin yüksək vəzifəli rəsmiləri, ictimai-siyasi xadimləri Prezident İlham Əliyevin bu dəstəyini yüksək qiymətləndirdilər, bunu qardaş həmrəyliyinin barizi nümunəsi adlandırdılar və təşəkkürlərini bildirdilər. Türkiyənin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin qardaş ölkəyə dəstəklə bağlı fikirlərinə geniş yer verdilər.

Ç.Qənizadə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsi olduğunu vurğulayıb. O, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasətinin milli maraqlarımızı qoruyan ən yaxşı vasitə olduğunu qeyd edib.Azərtac

Oxunub: 5 010
Paylaş:
Digər xəbərlər

siyaset

18-08-2020, 11:22

İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib — FOTO

gundem / siyaset

5-02-2020, 13:58

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar

gundem / siyaset

29-12-2018, 15:27

Prezident Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul etdi — FOTOLAR

gundem / siyaset

9-08-2018, 14:39

Prezident yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi — YENİLƏNİB

gundem / siyaset

1-01-2018, 16:12

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 13:05
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Bu gün, 11:23
DYP velosipedçilərə müraciət etdi
Bu gün, 10:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bu gün, 08:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Bu gün, 08:42
Bu ərazilərdə işıq olmayacaq
Dünən, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
  • Bu gün, 15:30
    Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
  • Bu gün, 13:08
    Ukrayna ilə bu Saziş təsdiq olundu
  • Bu gün, 13:05
    Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • Bu gün, 12:56
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bu gün, 12:53
    Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
  • Bu gün, 12:47
    İlham Əliyev bu səfirləri də geri çağırdı
  • Bu gün, 12:44
    “Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
  • Bu gün, 12:40
    Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
  • Bu gün, 12:14
    İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
  • Bu gün, 11:37
    Qubada 7 kq narkotik aşkarlanıb
  • Bu gün, 11:23
    DYP velosipedçilərə müraciət etdi
  • Bu gün, 11:20
    Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
  • Bu gün, 11:11
    Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
  • Bu gün, 10:56
    Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
  • Bu gün, 10:52
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Bu gün, 10:21
    Əliyev Pezeşkiana təşəkkür etdi
  • Bu gün, 10:06
    İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
  • Bu gün, 10:02
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
  • Bu gün, 09:23
    Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
  • Bu gün, 09:00
    Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
  • Bu gün, 08:58
    Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
  • Bu gün, 08:54
    İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
  • Bu gün, 08:42
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:37
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 21:23
    Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
  • 8-08-2026, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • 8-08-2026, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • 8-08-2026, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • 8-08-2026, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • 8-08-2026, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • 8-08-2026, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • 8-08-2026, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • 8-08-2026, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə