• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir

gundem / siyaset

24-09-2020, 10:10

Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir


"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  Qoşulmama Hərəkatının sədri kimi bəyan etmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara və islahatlara böyük ehtiyacı vardır." Bu sözləri sözügedən tədbirdə dövlətimizin başçısının çıxışına münasibət bildirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov yap.org.az saytına müsahibəsində deyib.

Millət vəkili bildirmişdir ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Dövlətimizi başçısı BMT-nin yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini xüsusi vurğulamışdır.

K.Qafarov demişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, xüsusilə də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində diqqət yönəldilən əsas məsələ  Dağlıq Qarabağ problemi olmuşdur. Rəsmi Bakı ən yüksək tribunadan bəyan etmişdir ki, imitasiya naminə danışıqlarda iştirak etməyəcək. Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar niyyətini və törətdiyi təxribatları tamamilə ifşa etdi. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışdı. Prezidentimiz göstərdi ki, Ermənistan işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edir. Bütün bu faktları bəyan edən   Prezident İlham Əliyev Ermənistanın son təxribatları haqqında da məlumat verib, mülki əhalinin və mülki infrastrukturun da qəsdən hədəfə alındığını diqqətə çatdırmışdır.

Millət vəkili bildirmişdir ki, dövlətimizin başçısı BMT-nin yüksək tribunasından xüsusi olaraq qeyd etmişdir ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və güc tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Lakin Azərbaycan öz əzəli torpaqlarını qısa müddət ərzində, qeyd-şərtsiz geri qaytarmaqda israrlıdır.

K.Qafarov sonda qeyd etmişdir ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə daim hazırdır.

Oxunub: 5 780
Paylaş:
Digər xəbərlər

siyaset

10-09-2020, 15:00

Azərbaycandan növbəti təşəbbüs — NATO PA-nın pandemiyaya həsr edilən xüsusi iclasın keçirilməsini təklif edib

gundem / siyaset

4-05-2020, 11:26

İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək — VİDEOKONFRANS

gundem / siyaset

25-10-2019, 12:21

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” — İlham Əliyev

siyaset

23-10-2019, 09:59

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritetləri — Nazir açıqladı

gundem / siyaset

11-01-2019, 13:38

"İşğalçı dərk edir ki, bu, onların sonu ola bilər" — Sevinc Fətəliyeva

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Dünən, 10:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Dünən, 09:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
6-08-2026, 13:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 11:55
Səlim Müslümovun milyonluq əmlakı satıldı
6-08-2026, 10:56
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
6-08-2026, 09:38
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 00:11
    Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
  • Dünən, 16:00
    Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
  • Dünən, 15:30
    Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
  • Dünən, 14:22
    Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • Dünən, 14:00
    Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
  • Dünən, 12:54
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 12:26
    Media və Yayım Şurası yaradıldı
  • Dünən, 12:21
    Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
  • Dünən, 11:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Dünən, 11:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Dünən, 11:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Dünən, 11:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Dünən, 10:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Dünən, 10:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Dünən, 09:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Dünən, 09:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Dünən, 09:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Dünən, 09:12
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Dünən, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dünən, 08:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Dünən, 08:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Dünən, 08:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
  • Dünən, 08:23
    Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
  • Dünən, 08:18
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • 6-08-2026, 16:00
    Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
  • 6-08-2026, 15:30
    Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
  • 6-08-2026, 14:22
    Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda
  • 6-08-2026, 13:51
    AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
  • 6-08-2026, 13:25
    Prezidentdən AZAL-la bağlı FƏRMAN
  • 6-08-2026, 12:49
    Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
  • 6-08-2026, 12:44
    Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
  • 6-08-2026, 11:55
    Səlim Müslümovun milyonluq əmlakı satıldı
  • 6-08-2026, 11:39
    Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
  • 6-08-2026, 11:33
    Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
  • 6-08-2026, 11:06
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 09:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə