• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Dövlət başçısı Mərkəzi Bankın sədrini tənqid etdi: "Bu, özbaşınalıqdır"

gundem / siyaset

1-02-2021, 19:43

Dövlət başçısı Mərkəzi Bankın sədrini tənqid etdi: "Bu, özbaşınalıqdır"


"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır".

Ölkə.Az xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində "Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik" sualına cavabında Prezident İlham Əliyev deyib.

"İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.


Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?


Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin", - dövlət başçısında əlavə edib.

Oxunub: 4 290
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

1-02-2021, 19:38

Prezident AzTV-yə müsahibə verdi - TAM MƏTN

gundem / siyaset

20-11-2020, 12:49

“Yerindən duran burada bizə mız qoymaq istəyir” - Prezident

gundem / siyaset

12-10-2020, 14:27

Prezident: "Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır"

gundem / dunya

25-02-2018, 15:53

“Sizin “işinizin” üstünü açmaq üçün...” — Saakaşvili Ukraynaya qayıtmaq istəyir

gundem / siyaset

7-02-2018, 15:08

"Bütün əlillər İlham Əliyevin yenidən prezident seçilməsini istəyir" — Hadi Rəcəblidən AÇIQLAMA

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə