• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

"Rusların Ukrayna sərhədindəki ən azı 20 faiz hərbi texnikası məhv edilib" - Müharibənin danışılmayan tərəfləri...

dunya

14-04-2022, 11:23

"Rusların Ukrayna sərhədindəki ən azı 20 faiz hərbi texnikası məhv edilib" - Müharibənin danışılmayan tərəfləri...


Rusiya-Ukrayna müharibəsində tərəflər yeni döyüş taktikasına keçdiyindən, Ukryananın yeni növ döyüş silahlarına, daha dəqiq desək uzaq məsafədən hədəfləri məhv edən silahlara ciddi ehtiyacı var.

“Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru, hərbi ekspert Sergey Zqurets UNIAN-a müsahibəsində deyib.

ABŞ-ın “Lend-Lease” proqramı çərçivəsində Ukraynanın daha çox hansı növ silahlara ehtiyac olduğuna aydınlıq gətirən hərbi ekspert deyib ki, indiyədək təhvil verilən silahlar 2-5 km məsafədəki taktiki toqquşmaların diapazonunda istifadə edilən cəbhə silahlarıdır: "İndi isə biz ehtiyacların fərqli formatına keçirik. Bu gün belə bir anlayış var ki, biz yaxın döyüş “stansiyasından” böyük məsafələrə keçməliyik. Artilleriyadan danışanda bizə 50 km məsafədəki hədəfləri məhv etməyə zəmanət verilən silahalra ehtiyac var. Yaxşı olardı ki, raket sistemlərimiz 75 km yox, 100-150 kilometr məsafədə hədəfi vursun. Bundan əlavə, rusların hava məkanımıza uçmaq istəyini dəf etmək üçün müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Onda sərhədlərimizə yaxınlaşan təyyarələri vura bilərik", - Zqurets eyd edib.

Hərbi ekspert hesab edir ki, Ukraynaya istismar müddəti çıxan sovet texnologiyası əsasında hazırlanan silahları verməkdənsə, NATO-nun müasir silahlarına keçid daha effektivdir: "Düzdür, sovet texnologiya modellərindən keçid mərhələsi üçün istifadəyə yararlıdır. Çünki bu silahlar və sistemlər Ukrayna ordusuna yaxşı məlumdur".

ABŞ-dan alınacaq yeni silahlara gəldikdə hərbi ekspert qeyd edib ki, bunlar Ukrayna üçün yüksək sürətli ola bilər: "Digər tərəfdən isə ABŞ-ın Rusiya ordusuna daha effektiv zərbə vurmağa imkan verən bu cür silahları ötürməyə hazır olmasından asılı olacaq".

Hərbi ekspert hesab edir ki, hazırda mövcud olan silahlarla rus ordusunu Ukraynanın işğal olunmuş ərazilərdən çıxarmaq mümkün deyil: "Bunu həm amerikalılar, həm də avropalılar artıq dərk ediblər. Ona görə də artilleriya, tank və təyyarələrdən danışmaq Ukraynanın milli ehtiyaclarının ödənilməsinin bir hissəsidir.
Amma Ukraynanın silah gözləmək üçün bir ili yoxdur. Ukraynanın həm hakimiyyət orqanları, həm də ictimaiyyəti dəfələrlə səmanın bağlanmasının və ya bizə təyyarələrin verilməsinin vacibliyini vurğulayıblar.

Təyyarələrdən danışarkən, onlar düşmən qanadlı raketlərinə qarşı mübarizədə hava məkanının sürətlə bağlanmasının elementidir. Qırıcıların funksiyalarından biri də qarşı tərəfin təyyarələrini və raketlərini dəf etmək və məhv etməkdir.

Ukrayna tərəfi Amerika tərəfindən həm F-16, həm F-15, həm də A-10 Thunderbolt təyyarələrini əldə etmək imkanını istəyib ki, onlar da hücum təyyarələridir və kifayət qədər tez mənimsənilə bilər. Bu təkliflər müzakirə oluna bilər. Amma təəssüf ki, bu məsələ tez həyata keçirilməyəcək.
Bu halda, göstərici Polşa təyyarələrinin tarixinin bir aydan artıq mövcud olmasıdır. Amma indiyə qədər vəziyyət dəyişməyib. Polşa ABŞ-ın F-16 təyyarələri ilə kompensasiya edəcəyi təqdirdə iyirmi MiQ-29 təyyarəsini Ukraynaya təhvil verməyi təklif edib. Bununla belə, amerikalıların belə sayda əlavə F-16-ları yox idi. Və hələ də yoxdur.
Hələlik son müsbət nümunə hava hücumundan müdafiə potensialını artıracaq digər vasitələrin ötürülməsidir".

Rusların son dövrlərdə Ukrayna hava məkanının dərinliyinə daxil olmadan havadan zərbələri endirməsinə aydınlıq gəritən hərbi ekspert deyib ki, Rusiya Tu-95 və ya Tu-160 qırıcıları tərəfindən hazırlanmış qanadlı raketləri hava məkanımıza daxil olmadan atır.
"Həmin təyyarələr Belarus, Krım və Rusiya Federasiyasının şərq sərhədlərindəki kurortlarından hər gün 100-150 uçuş edir. 30-50 uçuşda obyektlərə raket və ya bomba zərbələri endirmək cəhdi edilir", - o bildirib.

Bununla belə ekspert onu da əlavə edib ki, əvvəllər Kiyevə uçan o təyyarələr indi uçmur: "Çünki onlar Ukrayna ərazisində məhz bizim təyyarələrin və hava hücumundan müdafiənin olması səbəbindən böyük əraziləri keçməkdən qorxurlar. İndi onlar "at və qaç" taktikasına üstünlük verirlər. Onlar Ukraynaya uçmaqdan qorxurlar. Bu bizim müdafiəmizin elementlərindən biridir. Ona görə də biz hava hücumundan müdafiə sistemlərinin sayını artırmağı xahiş edirik".

Hərbi ekspert hesab edir ki, Rusiya müasir silahlardan istifadəni getdikcə azaldırlar və bunun da səbəbi müasir model silahlar tükəndiyindən qənaət etməyə başlayıblar: "Əgər təcavüzün ilk günlərində Rusiya tərəfi “İskəndər”, “Kalibr” kimi xeyli sayda müasir raketlərdən istifadə edirdisə, indi tədricən aşağı dəqiqliyə malik “Toçka-U”-dan istifadəyə keçir. Rusiya köhnəlmiş X-59 raketləri olan təyyarələrdən də istifadə edir və ya təyyarədaşıyanlardan atılan pilotsuz hərbi sursatlardan istifadə edir. Ümumi mənzərə rusların müasir modellərə qənaət etməyə başladığını və ya ehtiyatlarının tükəndiyini göstərir. Rusiyanın döyüş sursatını döyüş əməliyyatlarının digər mərhələlərinə təxirə salması da mümkündür".

Ruslar ən son hipersəsli “Kinjal” raketlərindən istifadəsinə gəldikdə ekspert deyib ki, bundan sursat anbarlarına qarşı istifadə olunub.

"Bu, MiQ-31 təyyarədaşıyıcısına bağlı ballistik "İskəndər"dir. Təyyarənin və raketin sürətinin birləşməsi ilk hissələrdə məhz bu hipersəsi təmin edir və saniyədə 6 min metr uçur. Bu, 2 min kilometrədək uçur. Belə bir raketin döyüşdə istifadəsi ilk nümunə idi. Əvvəllər ruslar bu sistemdən istifadə etməyiblər.

Səbəb isə birincisi, qorxutmaq məqsədi daşıyırdı. İkincisi, biz bu modelin imkanlarını sınamağa çalışırdılar. Üçüncüsü, bu silah növünün reklamını təşkil etmək idi.

Ancaq indiyə qədər cəmi on daşıyıcı var - MiQ-31, görünür, onlardan biri qəzaya uğrayıb. Digər qırıcılar hələ bu raket üçün uyğunlaşdırılmayıb. Beləliklə, mən hesab edirəm ki, bu kompleksdən istifadə kifayət qədər məhdud olacaq.

Hipersəs raketlərinə qarşı mübarizə apara bilən raket əleyhinə müdafiə sistemləri Ukraynada da yaradılmalıdır".

Döyüşlər başladığı müddətdən Ukrayna sərhəddinə yığılmış rus ordusuna məxsus hərbi texnikanın ən azı 20%-nin məhv edildiyini qeyd edən ekspert bildirib ki, biz bir ayda Rusiyanın bir neçə müharibədə itirdiyindən daha çox məhv etdik: "Yəni biz bir ay ərzində Rusiyanın iki çeçen müharibəsində və Suriyadakı müharibədə itirdiyindən daha çox təyyarə və digər texnikanı vurduq. SSRİ dövründə Əfqanıstanda itirdiyi təyyarədən çox təyyarəsini məhv etmişik".

Oxunub: 3 470
Paylaş:
Digər xəbərlər

dunya

4-04-2022, 14:22

Ukrayna müharibənin 40-cı günündə cəbhədəki vəziyyəti açıqlayıb

dunya

11-03-2022, 10:33

Bir gündə 10 rus təyyarəsi vuruldu və desant alayı məhv edildi - Ukrayna

dunya

9-03-2022, 12:11

Rusiyanın yeni itkiləri: 2000-dən çox texnika məhv edildi

cemiyyet

22-04-2021, 08:49

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimlərindən - Video

siyaset

1-12-2020, 14:05

Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqladı

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Dünən, 11:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Dünən, 10:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Dünən, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
11-08-2026, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
11-08-2026, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
11-08-2026, 11:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    “907-ci düzəliş” ətrafında yeni qarşıdurma
  • Dünən, 15:30
    TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
  • Dünən, 14:22
    İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
  • Dünən, 13:44
    Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
  • Dünən, 13:13
    Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
  • Dünən, 11:11
    Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
  • Dünən, 11:00
    İlham Əliyevdən Trampa SENSASİON mesaj
  • Dünən, 10:39
    Yeni səfirlərimiz onlar oldu - Foto
  • Dünən, 10:19
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • Dünən, 10:07
    Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
  • Dünən, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Dünən, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Dünən, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Dünən, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Dünən, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Dünən, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Dünən, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Dünən, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Dünən, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Dünən, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Dünən, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Dünən, 08:34
    Neftimiz bahalaşdı
  • Dünən, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • 11-08-2026, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • 11-08-2026, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • 11-08-2026, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • 11-08-2026, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • 11-08-2026, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • 11-08-2026, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
  • 11-08-2026, 19:42
    İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
  • 11-08-2026, 19:14
    Prezident və xanımı Naxçıvandadır - Foto
  • 11-08-2026, 16:00
    Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
  • 11-08-2026, 15:30
    İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
  • 11-08-2026, 14:22
    Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
  • 11-08-2026, 13:38
    İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə