• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur

dunya

4-05-2022, 09:00

ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur


Kremldə anlayırlar ki, baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə anlaşmaya yönəlik siyasi kursu ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir; Musavat.com bildirir ki, Ağ Ev sülh sazişinin imzalanmasına cəhd göstərməklə, hazırda Cənubi Qafqazda yeni savaş törətməyə can atan Rusiyanın sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədən dərhal çıxarılmasını əsas geopolitik hədəfə çevirib...

ABŞ və Rusiya arasında düşmənçilik xarakteri daşıyan rəqabət artıq maksimum həddə qədər dərinləşib. İndi Ağ Ev Rusiyanı bütün dünyadan təcrid etməyə, Kremli beynəlxalq məkandan tamamilə sıxışdırmağa çalışır. Və bu düşmənçiliyin əsas hərbi-siyasi poliqonu da hələlik Ukrayna hesab oluna bilər.

Ancaq son vaxtlar ABŞ-Rusiya rəqabətində kəskin qarşıdurma Cənubi Qafqaz regionuna da sıçramağa başlayıb. Hazırda ABŞ və Qərb uzun fasilədən sonra Cənubi Qafqazda Rusiya ilə yenidən mübarizəyə start verib. Belə ki, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışır. Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini də dəstəkləyir.
Məsələ ondadır ki, ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinin Rusiyanın iştirakı olmadan, yəni tərəflərin birbaşa, ikitərəfli təmasları ilə irəliləməsinə üstünlük verir. ABŞ-dan verilən açıqlamalarda da Azərbaycan və Ermənistana ikitərəfli təmasların davam etdirilməsi məsləhət görülür. Yəni, Ağ Ev Rusiyanın bu prosesdə vasitəçi kimi iştirakını qəbul etmir. Əlindən gələni edir ki, Rusiya Cənubi Qafqazda cərəyan edən bütün proseslərdə oyundankənar vəziyyətə düşsün. Son nəticədə isə Rusiyanın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması mümkün olsun.



Təbii ki, Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfərindən və Kremldə təzyiqlərə məruz qalmasından sonra Rusiyanın da Cənubi Qafqazda yenidən fəallaşacağı gözlənilirdi. İndi Kreml Brüssel anlaşmalarına cavab olaraq, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində Rusiyanın vasitəçiliyini yenidən ön plana keçirməkdə daha israrlı davranır. Bu səbəbdən də rəsmi İrəvan hazırda Brüssel anlaşmalarının icrası ilə bağlı tərəddüdlü mövqeyi ilə diqqəti çəkir.

Məsələ ondadır ki, Rusiyaya bağlı revanşist erməni müxalifətinin Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi etiraz aksiyalarına başlaması rəsmi İrəvanı açıq-aşkar çətin vəziyyətə salıb. Revanşistlərin İrəvan küçələrini bağlamağa çalışdığı bir dövrdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın gözlənilmədən tez-tələsik ABŞ-a çağırılması da maraqlı məqamdır. Və Ağ Evin Rusiya tərəfindən sıxışdırılmaqda olan Paşinyan hakimiyyətinə dolayısı dəstəyi kimi də anlaşıla bilər.

Ehtimal etmək olar ki, bu addımla ABŞ həm Paşinyan hakimiyyətini devirməyə çalışan revanşist erməni müxalifətinə, həm də bu siyasi düşərgəni himayə edən Rusiyaya xəbərdarlıq mesajı verməyə çalışır. Yəni, Rusiyanın təlimatları ilə fəallaşıb, Paşinyan hakimiyyətini devirmək niyyətinə düşən revanşistlərə "barmaq silkəlmək" ehtiyacı duyulub. Və Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə, ABŞ və Qərbin Ermənistana heç bir dəstək verməyəcəyini anlatmağa çalışırlar.

Digər tərəfdən isə Ağ Evdə Ermənistan xarici işlər naziri üzərindən, Rusiyanın sərt təzyiqləri altında olan Paşinyan hakimiyyətinə müəyyən təlimatların və məsləhətlərin veriləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a çağırılması Ağ Evin Rusiyaya qarşı cavab reaksiyası da sayıla bilər. ABŞ dövlət katibi Entoni Blinkenin "Biz Azərbaycan və Ermənistan ilə regionda gərginlik yarada biləcək addımların atılmaması məqsədilə danışıqlar aparırıq" məzmunlu açıqlamasından sonra bu, tamamilə inandırıcı görünür.



Belə anlaşılır ki, Ağ Ev Paşinyan hakimiyyətini Rusiyanın Ermənistanda çevriliş planları qarşısında müdafiə etmək niyyətindədir. Ona görə də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ səfərinə daha çox Ağ Evin Cənubi Qafqazda Kreml ilə rəqabəti kontekstində baxmaq olar. Hər halda, Cənubi Qafqazda geopolitik oyunçuya çevrilməyin ABŞ və Qərbə indi daha çox lazım olduğu qətiyyən şübhə doğurmur.

Ona görə də, bu regionu Rusiyanın nəzarətindən çıxartmağa çalışırlar. Bu məqsədlə də Cənubi Qafqazda Rusiyanın for-postu olmaqla yanaşı, həm də regionda "zəif bənd" olan Ermənistanı Azərbaycan ilə sülh sazişinin imzalanmasına yönəltməyə cəhd göstərirlər. Çünki Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün regional münaqişələrin mütləq nizamlanması vacib şərtdir. Rusiya hazırda məhz regional münaqişələrin sayəsində Cənubi Qafqazda öz mövqelərini qoruya bilir.

Maraqlıdır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin "uzaqgörənlik"dən danışması da qətiyyən boşuna deyil: “Mən baş nazirin və Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, hamımızın istədiyimizə, yəni davamlı sülhə nail olmaq üçün ortaya qoyduğu səylərə görə səmimi təşəkkürümü bildirirəm”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə ABŞ dövlət katibi ilə görüşdən sonra sosial şəbəkədə “ABŞ dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdim. Vaşinqtona qayıtmağıma görə şadam və ABŞ ilə güclü tərəfdaşlığımızı bir daha təsdiqləyirəm" yazıb. Heç şübhəsiz ki, erməni nazirin bu açıqlaması Kremldə qətiyyən məmnunluq doğurmayacaq.



Çünki, rəsmi İrəvanın Ağ Ev ilə "güclü tərəfdaşlığının" nə demək olduğunu Kremldə anlamamış deyillər. Hər halda, "Ya Rusiyanın yanındasan, ya da qarşısındasan" prinsipindən başqa heç bir mövqe tanımayan Kreml bunu Ermənistanın yenidən ABŞ və Qərbə doğru "sürüşməyə" başlaması kimi qəbul edəcəyi də qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində Ağ Evin verdiyi açıqlamalar ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni dəqiqləşmələrin aparıldığını da təsdiqləyir. Belə ki, Ağ Ev növbəti dəfə ABŞ-ın Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Ağ Ev buna ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh təşəbbüslərini alqışladığını da əlavə edib.

Digər tərəfdən, Ağ Evdən diplomatik şəkildə eyham vurulub ki, ABŞ Qarabağda ermənilərin də yaşamasını istəyir. Yəni, Ağ Ev Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Yəni, erməniləri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgənin sahibləri deyil, sadəcə, sakinləri hesab edir.

ABŞ-ın dolayısı mesajını belə anlamaq olar ki, "Beynəlxalq hüquq normalarına görə, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ancaq orada ermənilər də yaşamaq hüququna malik olmalıdırlar". Bu baxımdan, rəsmi İrəvan “arsax” iddialarından imtina edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, ABŞ buna mənfi münasibət bildirməyəcək.



Nəhayət, Ağ Ev rəsmilərinin açıqlamalarından da belə məlum olur ki, erməni nazirə Azərbaycan-Ermınistan münaqişəsinin mümkün qədər tez bir zamanda yekunlaşdırılmasının vacibliyini anlatmağa çalışıblar. Ağ Evin mesajlarından görünən odur ki, ABŞ Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı yekun razılaşmanı səbrsizliklə gözləyir. Və həmin razılaşmadan sonra Rusiya sülhməramlılarının Qarabağda qalmasını isə qətiyyən məqsədəuyğun hesab etmir.

Göründüyü kimi, Rusiyanın Paşinyan hakimiyyətini devirmək niyyətinə düşməsi qətiyyən boşuna deyil. Kremldə anlayırlar ki, baş nazir Nikol Paşinyanın Azərbaycan ilə anlaşmaya yönəlik siyasi kursu ABŞ və Qərb tərəfindən də dəstəklənir. Ən əsası isə bu siyasi kurs Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması ilə də nəticələnə bilər. Və bu səbəbdən də, Kremldə Paşinyan hakimiyyətinin üzəri "cızılıb", Rusiyaya sadiq olan cinayətkar Köçəryan-Sarkisyan cütlüyünün liderliyi altındakı Qarabağ klanının iqtidara qaytarılması prosesinə start verilib.

Ancaq ABŞ-ın Paşinyan hakimiyyətinə açıq dəstəyindən sonra Rusiyanın çevriliş planlarının iflasa uğrama ehtimalı da güclənməkdədir. Hətta Paşinyan hakimiyyəti Rusiyayönümlü revanşist erməni müxalifətinin aksiyalarını dağıtmağa da başlayıb. Son məlumatlara görə, Ermənistan polisi aksiyaçılara qarşı əvvəlki günlərdə olduğundan daha sərt davranır. Artıq kütləvi həbslərin başlandığı da bildirilir. Həbs olunanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın da olduğu vurğulanır. Və bu, Paşinyan hakimiyyətinin revanşistlər ilə haqq-hesab çəkməyə qərar verdiyini göstərir.

Oxunub: 3 970
Paylaş:
Digər xəbərlər

siyaset

21-04-2022, 13:00

Ekspert: "Qərblə Rusiya arasındakı toqquşma artıq Ermənistana keçib"

cemiyyet

2-04-2022, 10:30

Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq

gundem / siyaset

15-03-2022, 08:35

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?

siyaset

31-01-2022, 09:12

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq

siyaset

29-01-2021, 15:18

Çavuşoğlu: “Cənubi Qafqazda normallaşmadan ən çox Ermənistan faydalanacaq”

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
Dünən, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 11:47
    Sabah 39° isti olacaq
  • Dünən, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dünən, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dünən, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dünən, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dünən, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • Dünən, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dünən, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dünən, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dünən, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dünən, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Dünən, 11:47
Sabah 39° isti olacaq
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə