• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Putin KTMT-nı “savaş bataqlığı”na çəkir: “Rus NATO-su” parçalanma təhlükəsi ilə üzləşib

dunya

8-06-2022, 15:30

Putin KTMT-nı “savaş bataqlığı”na çəkir: “Rus NATO-su” parçalanma təhlükəsi ilə üzləşib


Rusiya sanksiyaların artan real təsiri altında zəiflədikcə, Kreml “hərbi-siyasi labirint”də hansı istiqamətə yönəlsə, yalnız “fəlakətin qapısı”nı döymək məcburiyyətində qalıb... “Rus NATO-su”nun Ukrayna savaşına bulaşdırılması, Rusiya ucbatından sanksiyalara məruz qalmaq istəməyən bəzi KTMT-ya üzv dövlətlərin strateji maraqlarına cavab vermir...

Ukrayna savaşı Rusiya üçün “hərbi-siyasi labirintə” çevrilib. Kreml hər tərəfdən ardıcıl zərbələr almaqda davam edir. Savaş uzandıqca Rusiyanın düşdüyü “bataqlıq” daha da dərinləşir. Və Kremli Rusiyanı batmaqdan xilas etmək üçün ən xirda imkandan belə, yararlanmağa çalışır.

Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki, Rusiyanın onilliklər boyu yürütdüyü aqressiv xarici siyasət kursu Kremlin ətrafını boşaldıb. Hazırda Rusiya ilə strateji tərəfdaşlıq həvəsində olan dövlətlərin sırası olduqca məhduddur. Üstəlik, Kremldən uzaqlaşmağa çalışan və ya bunun üçün uyğun məqam gözləyən MDB dövlətləri də olmamış deyil.
Halbuki, hazırda Rusiya hərbi-strateji müttəfiqlərə ehtiyac duyur. Kreml Ukrayna savaşının gələcək beynəlxalq hüquqi məsuliyyətini təkbaşına çəkmək istəmir. Ona görə də, Rusiya siyasi dairələri müxtəlif bəhanələrlə ən azından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ukrayna savaşının beynəlxalq məsuliyyətinə bulaşdırmağa çalışırlar. Və bu məqsədlə müxtəlif arqumentlər uydurmağa başlayıblar.



Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Andrey Kartapolov KTMT-nın “sülhməramlı qüvvələr”inə Ukrayna ərazilərində ehtiyac yarana biləcəyini söyləyib. Onun fikrincə, bəzi NATO ölkələrinin Ukraynaya sülhməramlı qüvvələr adı altında qoşun yeritməsinin qarşısını almaq üçün KTMT-nın bu məsələdə Rusiyaya dəstək verməsi vacibdir. Yəni, Ukrayna savaşında hərbi resursları tükənmək üzrə olan Rusiya KTMT ölkələrini də bu müharubəyə çəkməklə, dəyişməyə başlayan qüvvələr nisbətində öz üstünlüyünü qorumağa çalışır.

Onu da qeyd edək ki, hələlik Kreml bu məsələ ilə bağlı KTMT ölkələrinin prinsipial razılığını ala bilməyib. Hər halda, bu hərbi-siyasi alyansa üzv olan dövlətlərin heç də hamısı Rusiya ilə eyni “savaş bataqlığı”nda batmağa qətiyyən həvəsli deyillər. Bu baxımdan, Kreml bu mövzu ilə bağlı açıqlama verərkən, hələlik ehtiyatlı davranmağa üstünlük verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Donbasdakı vəziyyətdən danışarkən, KTMT “sülhməramlılar”ının bölgəyə göndərilmə ehtimalına münasibət göstərməyə həvəsli olmayıb. O, sadəcə, "Mənim bu barədə heç bir məlumatım yoxdur" deməklə, cavab verməkdən yayınıb. Və bu, Kremlin hələlik KTMT ilə bağlı hədəflərindən uzaq olduğunu göstərir.

Təbii ki, bu, o qədər də təəccüblü deyil. Belə ki, Rusiyaya savaş müttəfiqləri lazım olsa da, KTMT ölkələri üçün eyni şeyi söyləmək mümkün deyil. Hazırda KTMT ölkələri də daxil olmaqla, heç bir ölkə Rusiya ucbatından ABŞ və Qərbin hədəfinə çevrilmək istəmir. Hətta Rusiyanın yeganə etibarlı müttəfiqi olan Belarusun prezidenti Aleksandr Lukaşenko belə, Ukrayna savaşı və Rusiya ilə hərbi tərəfdaşlıq məsələlərinə münasibətdə son vaxtlar daha təmkinli mövqe tutmağa başlayıb.



Şübhəsiz ki, son vaxtlar Rusiyanın zəifləyib, nüfuzdan düşməsinin də bu situasiyaya böyük təsiri var. Hər halda, Rusiya o qədər zəifləyib ki, indi Kremlə qətiyyən əhəmiyyət vermirlər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Serbiyaya rəsmi səfərinin bloklanması Kremlin düşdüyü vəziyyəti təsəvvür etməyə imkan verir. Çünki, Ukrayna savaşına qədər Bolqarıstan, Qaradağ və Şimali Makediniya kimi dövlətlərin Rusiya xarici işlər nazirinin təyyarəsinə öz hava məkanlarını qapatmağa cəsarət edəcəklərinə inanmaq mümkün olmazdı.

İndisə, bütün bunlar inkaredilməz reallıqdır. Rusiyanın isə bu reallıqdan qaçmaq şansları demək olar ki, mövcud deyil. Kreml istəsə də, istəməsə də Rusiyanın üzləşdiyi bu durumla barışması qaçılmaz xarakter daşıyır. Halbuki, bu, hələ başlanğıcdır. Ukrayna savaşı uzandıqca, Rusiya sanksiyaların artan real təsiri altında zəiflədikcə, Kreml “hərbi-siyasi labirint”də hansı istiqamətə yönəlsə, yalnız “fəlakətin qapısı”nı döyməli olacaq.

Onu da qeyd etmək lazımdır ki, hətta Rusiya istəsə belə, KTMT-nın “sülhməramlı qüvvələri”ni Ukrayna ərazisində yerləşdirə bilməz. Çünki, beynəlxalq hüquq normaları buna imkan vermir. KTMT-nın “sülhməramlı qüvvələri”ni Ukrayna ərazisində yerləşdirməkdən əvvəl BMT-də onun statusu təsdiqlənməlidir.

Halbuki, KTMT hərbi qüvvələrinə “sülhməramlı” statusunun verilməsinə imkan tanımazlar. Üstəlik, KTMT “sülhməramlı qüvvələri”nin Ukrayna ərazisində yerləşdirilməsi üçün rəsmi Kiyevin də siyasi razılığı lazımdır. Əks halda, KTMT-ya üzv olan ölkələr də Ukraynada Rusiya kimi, işğalçı dövlətlər durumuna düşə bilərlər.

Ancaq Belarus və Ermənistandan başqa, digər KTMT üzvləri Rusiya ucbatından dünyada işğalçı dövlətlər sırasına daxil olmağa qətiyyən həvəs göstərməzlər. Belarusun dünya iqtisadi-ticari məkanda maraqları o qədər də həlledici deyil. Lukaşenko hakimiyyəti hazırda Kremlə sığınmış vəziyyətdədir. Ermənistanın isə Qərblə yalnız siyasi əlaqələri mövcuddur. Rəsmi İrəvanın ixrac potensialı ümumiyyətlə, yoxdur.



KTMT-ya üzv olan Orta Asiya ölkələri, xüsusilə də, Qazaxıstan haqqında eyni fikirləri söyləmək mümkün deyil. Qazaxıstan dünya bazarlarına böyük həcmdə xam neft və neft məhsulları çıxarır. Eyni zamanda, Qazaxıstanın dünya taxıl bazarında da önəmli payı var. Üstəlik, Qazaxıstan iqtisadiyyatında xarici kapitalın sərmayə payı 70 faizə yaxındır. Bu baxımdan, rəsmi Astana üçün Qərblə siyasi-iqtisadi tərəfdaşlıq olduqca böyük əhəmiyyət daşıyır.

Bütün bunlar onu göstərir ki, “Rus NATO-su”nun Ukrayna savaşına bulaşdırılması KTMT-ya üzv dövlətlərin heç də hamısının strateji maraqlarına cavab vermir. İndiki halda, Rusiyanın for-postları olan Ermənistan və Belarus müəyyən şərtlər daxilində Ukraynaya “sülhməramlı kontingent” göndərməyə razılıq verə bilər. Rusiyanın sanksiyalardan yayınmasına “nəfəslik” açmaqdan imtina edən Qazaxıstan və Qırğızıstanın isə bununla razılaşacaqları qətiyyən inandırıcı görünmür.

Rusiyanın təzyiq göstərəcəyi təqdirdəsə, Qazaxıstan və Qırğızıstanın KTMT-nı tərk etmə ehtimalı kifayət qədər realdır. Yəni, “Rus NATO-su” hazırda parçalanma təhlükəsi ilə üzləşmiş kimi görünür. Və bu mövzunun KTMT XİN rəhbərləri Şurasının İrəvanda keçiriləcək toplantısında müzakirə ediləcəyi qətiyyən şübhə doğurmur.

Mənbə: Musavat.com

Oxunub: 4 090
Paylaş:
Digər xəbərlər

dunya

7-05-2022, 11:39

Kreml rəsmisindən etiraf: Rusiya orada həmişəlik qalacaq

siyaset

31-01-2022, 09:12

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq

siyaset

18-01-2022, 13:23

Ərdoğan Ukraynanı xilas edir: Həm ABŞ və NATO, həm də Rusiya Türkiyəyə möhtacdır

dunya

14-01-2022, 10:18

"Masadan qalxan tərəf Rusiya olmayacaq" - Kreml

dunya

23-12-2021, 09:44

Putin “geriyə yol yoxdur” dedi: 3 dəhşətli ssenari

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
Dünən, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 11:47
    Sabah 39° isti olacaq
  • Dünən, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dünən, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dünən, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dünən, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dünən, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • Dünən, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dünən, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dünən, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dünən, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dünən, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Dünən, 11:47
Sabah 39° isti olacaq
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə