• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ

cemiyyet

19-01-2026, 13:13

Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ


Azərbaycanın cənub-qərbindən Naxçıvan Muxtar Respublikasına gedəcək yolu necə adlandırmaq daha doğru olar?

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə bəyanat Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını da nəzərdə tutmuşdu. Ermənistandan keçən yola nəzarəti Rusiya həyata keçirməli idi. Bu məsələ gerçəkləşmədi.

2025-ci il avqustun 8-i Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb. Bəyannamə Azərbaycanın cənub-qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaradılmasını da nəzərdə tutur. Layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir və bu ölkənin Prezidenti Donald Trampın adını daşıyır: Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu. İngiliscə qısaltma belədir: TRİPP.

Naxçıvan yolu bir neçə cür adlanır. Qədim Azərbaycan torpağı – 1920-ci ildə Ermənistana verilmiş Zəngəzur bölgəsindən keçəcəyini nəzərə alaraq Zəngəzur dəhlizi ifadəsinə üstünlük verənlər var.

Zəngəzur yolu, Naxçıvan yolu ifadələri də işləkdir. İndi isə TRİPP marşrutu ifadəsi üstünlük qazanır.

Hansı variant daha uyğun görünür?

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az saytı bir sıra kütləvi informasiya vasitələrinin məsul şəxslərinə müraciət edib.



“Yeni Müsavat” qəzetinin baş redaktoru Nazim Sabiroğlu deyib ki, Vətən müharibəsindən sonra bu yolla bağlı qəbul edilmiş ilk rəsmi sənəddə - 2020-ci ilin 10 noyabr bəyanatında yol Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi kimi göstərilir: “Tarixi və siyasi baxımdan Zəngəzur dəhlizi ifadəsi daha doğrudur. Naxçıvan yolu ifadəsi isə praktikadan doğan ifadədir və daha konkret məzmunu bildirir. Yol bərpa olunandan sonra xalq onu necə adlandıracaq, bunu gələcəkdə biləcəyik”.



“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, yolun necə adlandırılması ətrafında aparılan müzakirələr anlaşılandır, amma məsələnin əsas mahiyyəti bunda deyil: “Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq real, hüquqi və beynəlxalq təminatlı şəkildə öz əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantı əldə edir. Bu, tarixi, siyasi və iqtisadi baxımdan strateji nailiyyətdir. İstər Zəngəzur yolu deyək, istər Naxçıvan yolu, istərsə də “TRİPP marşrutu” – bunlar texniki və diplomatik terminlərdir. Ad dəyişə bilər, format dəyişə bilər, amma mahiyyət dəyişmir. Əsas odur ki, Naxçıvanın blokadası aradan qalxır, kommunikasiya bərpa olunur, regionda yeni əməkdaşlıq mərhələsi başlanır”.

B.Quliyev vurğulayıb ki, layihənin əsl dəyəri, prinsipial əhəmiyyəti onun yaratdığı nəticələrdədir: “Əsas bizə nə lazımdır: Naxçıvanın iqtisadi nəfəs alması, Azərbaycanın tranzit imkanlarının genişlənməsi, regional təhlükəsizliyin möhkəmlənməsi və Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşması. Məhz buna görə də müzakirə mövzusu yolun adı yox, onun nə vaxt və hansı mexanizmlə işlək hala gətiriləcəyidir.

Tarixdə adlar çox olub, amma dövlətlərə güc qazandıran həmişə mahiyyət və nəticə olur”.



“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xatırladıb ki, Prezident İlham Əliyev tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolla maneəsiz keçidin təmin olunmasına çağırış edib: “Ölkə Prezidentinin bu tələbi 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə Ermənistan tərəfindən qəbul edildi. Belə ki, həmin gün imzalanmış birgə bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişin təmin edilməsi təsdiq olundu. Bu, həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivi yaradır.

Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Artıq Azərbaycanın heç bir vətəndaşında şübhə yoxdur ki, bu dəhliz açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir.

Vaşinqton razılaşmasına uyğun olaraq dəhliz Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu, qısaca, TRİPP adlandırılır. Amma adı fərqli olsa da mahiyyət dəyişmir. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılmasını təmin edən Zəngəzur dəhlizidir”.



Yenisabah.az saytının baş redaktoru İmdad Əlizadə bildirib ki, hazırda siyasi leksikonda Naxçıvan yolu, Zəngəzur dəhlizi, “Tramp marşrutu”, TRİPP ifadələrinin hamısına rast gəlmək mümkündür: “Xalqın verdiyi ada gəlincə, bu yola daha çox Naxçıvan yolu deyilir. Çünki söhbət ilk növbədə Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında maneəsiz quru əlaqəsindən gedir. Ona görə mənə elə gəlir ki, yol bərpa ediləndən sonra da Naxçıvan yolu adı xalq arasında üstünlük təşkil edəcək. Yəni soruşanda da ki, hansı yolla getmişdin Naxçıvana, cavab əsasən belə olacaq ki, Naxçıvan yoluyla. Siyasi leksikondakı xüsusilə TRİPP adının xalq arasında populyarlıq qazancağına inanmaq çətindir.

Əslində bu yola Türk yolu da demək olar. Məncə, ən uğurlu ad bu olardı. Qərbi Zəngəzurun keçmiş tarixdə Ermənistanın tərikibinə verilməsi, XX əsrin sonlarındn isə Azərbaycanla münaqişə nəticəsində bu yolun bağlanması nəticədə Çindən, Mərkəzi Asiyadan başlanan, Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Balkanlara qədər uzanan türk yolunun qırılmasına gətirib. Haqqında danışdığımız yol açılanda bu bir yandan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında, geniş mənada isə türk dövlətləri, ümumən türk toplumları arasında yolun bərpası demək olacaq. Ona görə yol açılandan sonra türk toplumlarının, o cümlədən Azərbaycan ictimaiyyətinin get-gedə bu yolu Türk yolu adlandıracağı real bir perspektivdir. Biz indidən ən azı mətbuatda Türk yolu ifadəsini işlətməyə başlaya bilərik. Məncə, bu ad yavaş-yavaş o biri adlardan çox populyarlıq qazana bilər. Çünki bir daha qeyd edirəm ki, Çindən, Mərkəzi Asiyadan Azərbaycana, Türkiyəyə, Balkanlara qədər türk xalqları arasında quru əlaqənin yaranması bu yolu ən çox haqq etdiyi ada – Türk yolu adına qovuşdura bilər. Təklif edirəm ki, biz ən uğurlu ad kimi elə indidən Türk yolu ifadəsindən istifadə edək".



Modern.az saytının redaktoru Əfqan Qafarlı qeyd edib ki, sözügedən marşrutun açılması Azərbaycan üçün həm mənəvi, həm maddi, həm də geosiyasi, o cümlədən türk dünyası ilə əlaqənin qurulması baxımından böyük əhəmiyyətə malikdir: “Marşrutu gündəmə gətirən şübhəsiz ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı tarixi reallıqdır. Artıq dünyanın supergücləri bu reallığı qəbul ediblər, Ermənistan da onunla barışmağa məcbur olub. Hətta yolun açılmasına qarşı çıxan İran da tədricən yumşalır. O ki qaldı marşrutun necə adlandırılmasına, hesab edirəm ki, bizim üçün ən vacib məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun necə adlandırılmasından asılı olmayaraq onun işə düşməsidir.

Bəli, beynəlxalq sənəddə layihənin adı ABŞ Prezidenti Donald Trampın şərəfinə TRİPP kimi qeyd olunub. Məncə, beynəlxalq sənədlərdə, diplomatik dildə marşrutu bu cür – TRİPP, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu, “Tramp marşrutu” adlandırmaq olar. Ancaq biz ən azı daxili auditoriyada, öz mediamızda Zəngəzur dəhlizi ifadəsini də işlətməkdə davam etməliyik. Bu ifadə həm tarixi-coğrafi reallığa söykənir, həm də Azərbaycanın milli narrativini gücləndirir. Eyni zamanda layihəni regional hadisə kimi təqdim edir. TRİPP isə beynəlxalq müstəvidə qəbul edilmiş addır. Məsələnin başqa tərəfi də var: siyasi fiqurlara bağlı adlar zamanla köhnələ bilər. Bu baxımdan “Tramp yolu”, “Tramp marşrutu”, TRİPP ifadələri gələcəkdə hətta siyasi leksikondan da çıxa bilər”.



1News.az saytının baş redaktoru Kəmalə Məmmədova deyib ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yolun bərpası ilk növbədə Azərbaycanın tarixi, siyasi və suveren hüquqlarının bərpasıdır: “Bu bağlantı hansı beynəlxalq mexanizmlə reallaşmasından asılı olmayaraq, mahiyyətcə Azərbaycan torpaqlarını birləşdirən bir yoldur. Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif müsahibələrində bu məsələyə aydın və prinsipial münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, Naxçıvanla quru əlaqənin bərpası Azərbaycanın legitim haqqıdır, bu yol tarixi Zəngəzur ərazilərindən keçir. Prezident dəfələrlə qeyd edib ki, istər “dəhliz”, istər “yol”, istərsə də başqa ad altında olsun, əsas məqsəd maneəsiz, təhlükəsiz və davamlı nəqliyyat əlaqəsinin təmin edilməsidir. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.

K.Məmmədovanın sözlərinə görə, bu baxımdan Azərbaycan cəmiyyətində Zəngəzur yolu və ya Zəngəzur dəhlizi ifadələrinin çox işlədilməsi təsadüfi deyil: “Bu ad həm tarixi ədaləti, həm də milli yaddaşı əks etdirir. Beynəlxalq sənədlərdə və diplomatik müstəvidə layihə TRİPP kimi təqdim olunsa da, Azərbaycan vətəndaşı üçün bu yol mahiyyətcə Zəngəzurdan keçən Naxçıvan yoludur. Yəni adlandırma dəyişə bilər, format dəyişə bilər, amma dəyişməyən bir həqiqət var: bu yol Azərbaycan üçün açılır”.



Ölkə.az saytının baş redaktoru Samir Mirzə deyib ki, Zəngəzur yolu, Naxçıvan yolu, “Tramp marşrutu” – əslində bu adların hamısı məqbuldur: “Tarixi sənədlərə istinad etsək, Zəngəzur dəhlizi ifadəsi yerinə düşür. Uzun müddət siyasi bəyanatlarda da Azərbaycan tərəfi bu addan istifadə edib. Sonuncu beynəlxalq razılaşmaya əsasən, rəsmilərin qəbul eetdiyi TRİPP - Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu adı da normaldır.

Hansı tərəfdən baxsaq, bizim üçün əsas odur ki, həmin yol Azərbaycan maraqlarına, dövlət maraqlarına uyğun şəkildə işə düşsün. Əgər Zəngəzur dəhlizinin reallaşması üçün biz daha çox TRİPP ifadəsindən istifadə etməliyiksə, belə də olmalıdır. Hazırda bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Bizim üçün doğma olan Zəngəzur dəhlizi ifadəsidir ki, daha çox buna üstünlük veririk. Görünən odur ki, proseslər Azərbaycan dövlətinin maraqları istiqamətində inkişaf edir. Biz də dövlət maraqlarını rəhbər tutmaqla bu yöndə fəaliyyət göstərməliyik”.

Oxunub: 1 370
Paylaş:
Digər xəbərlər

siyaset

19-08-2025, 16:00

Azərbaycan üçün dünyaya yeni inteqrasiya marşrutu

gundem / siyaset

23-04-2024, 15:14

İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”

gundem / siyaset

16-06-2021, 13:18

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı MÜDDƏA

gundem / siyaset

8-05-2018, 13:11

İlham Əliyev Naxçıvan Muxtar Respublikasına prokuror təyin edib

gundem / siyaset

25-04-2018, 12:38

Azərbaycanda xanım nazir oldu - FOTO

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 11:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Bu gün, 10:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Bu gün, 09:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Dünən, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Dünən, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 11:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    “907-ci düzəliş” ətrafında yeni qarşıdurma
  • Bu gün, 15:30
    TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
  • Bu gün, 14:22
    İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
  • Bu gün, 13:44
    Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
  • Bu gün, 13:13
    Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
  • Bu gün, 11:11
    Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
  • Bu gün, 11:00
    İlham Əliyevdən Trampa SENSASİON mesaj
  • Bu gün, 10:39
    Yeni səfirlərimiz onlar oldu - Foto
  • Bu gün, 10:19
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • Bu gün, 10:07
    Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
  • Bu gün, 09:43
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Bu gün, 09:39
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • Bu gün, 09:30
    37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
  • Bu gün, 09:22
    XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
  • Bu gün, 09:17
    Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
  • Bu gün, 09:12
    DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
  • Bu gün, 09:00
    Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
  • Bu gün, 08:57
    Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
  • Bu gün, 08:52
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
  • Bu gün, 08:47
    Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
  • Bu gün, 08:43
    TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 08:34
    Neftimiz bahalaşdı
  • Bu gün, 08:31
    Bakıda narkoşəbəkə ifşa edildi - Video
  • Dünən, 22:32
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
  • Dünən, 22:29
    Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
  • Dünən, 22:26
    Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
  • Dünən, 22:23
    Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
  • Dünən, 19:55
    Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
  • Dünən, 19:45
    İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
  • Dünən, 19:42
    İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
  • Dünən, 19:14
    Prezident və xanımı Naxçıvandadır - Foto
  • Dünən, 16:00
    Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
  • Dünən, 15:30
    İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
  • Dünən, 14:22
    Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
  • Dünən, 13:38
    İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
9-08-2026, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
10-08-2026, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə