• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sərkisyan prezidentlikdən gedir, Qarabağ danışıqlarını kim aparacaq?

gundem / siyaset

26-01-2018, 13:25

Sərkisyan prezidentlikdən gedir, Qarabağ danışıqlarını kim aparacaq?













Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz şəxsin bu danışıqlara buraxılması inandırıcı görünmür”

Ermənistanda seçkiqabağı gərginlik davam edir. Mart ayında işğalçı ölkədə keçiriləcək prezident seçkilərində hakim Respublikaçılar Partiyasının namizədinin Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanın olması gözlənilir. Sözsüz ki, A.Sərkisyanın hakim partiyanın namizədi olması halında onun parlament çoxluğunun səsini alaraq prezident kürsüsünə oturması çətin olmayacaq.

Ancaq Ermənistanın yeni prezidentinin dönəmində Qarabağ danışıqlarını kimin aparacağı sual doğurur. Hazırda S.Sərkisyanın əsas hədəfi konstitusiya ilə geniş səlahiyyətlərə malik olan baş nazir kürsüsünü ələ keçirməkdir. Müşahidəçilər hesab edir ki, S.Sərkisyan növbəti mərhələdə də Qarabağ danışıqlarında tərəf olaraq iştirak etməkdə maraqlıdır. Doğrudur, hələlik Rusiyanın adamı olan Kren Karapetyanın və ya XİN başçısı E.Nalbəndyanın iddialarını da unutmaq olmaz. Ancaq istənilən halda, onların yüksək post tutması halında ənənəvi kursun dəyişəcəyini güman etmək olmaz.

Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını deyib. Novator.az-ın məlumatına görə, yanvarın 24-ü Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Serj Sərkisyan Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarının qarşısında əsas maneə Azərbaycanın maksimalist və qeyri-real gözləntiləridir: “Beynəlxalq ictimaiyyət Azərbaycanıt illüziyalardan qurtularaq reallığa dönməsinə kömək etsə, çox qısa müddətdə böyük uğur qazanmaq mümkündür. Bu münaqişəni həll etmək zəruridir. Münaqişə xalqlarımızın inkişafını əngəlləyir, adamlarımız həlak olur, böyük maddi ehtiyatlar itiririk”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov Serj Sərkisyana sərt cavab verib. O, Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib və dövlət başçısına müraciətlə deyib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Ermənilər Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla, 600-dən çox insanı öldürüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.

Səməd Seyidovun sualını cavablandıran Serj Sərkisyan Ermənistanın və ermənilərin Xocalı qırğınında heç bir rolunun olmadığını iddia edib. Ermənistan prezidenti Azərbaycanın ermənilərsiz Qarabağ arzuladığını vurğulayıb: “Siz maksimumu, mümkünsüzü - Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmağı istəyirsiniz. Bu mümkün deyil. Heç vaxt olmayacaq”.

“Sərkisyan sayıqlayır, dediklərinin hamısı absurddur”. Bunu virtualaz.org-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib.

Xatırladaq ki, Xocalı hadisələri ilə əlaqədar Serj Sərkisyan Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibova işarə edərək bildirib ki, “o, çox ətraflı şəkildə həmin qırğının kim tərəfindən təşkil edildiyi barədə faktları sadalayıb”.

“Köçəryan və Sərkisyan kimdirlər ki, mənim adımı çəkirlər? Onlar Xocalı soyqırımında günahkar olan cinayətkarlardır. Belə əsəbi reaksiya verirlərsə, görünür, mənim müsahibələrim və çıxışlarım erməniləri çox narahat edir. Rusiyanın ”Memorial" hüquq müdafiə təşkilatı bu hadisələri sənədlərlə qeydə alıb və günahkarları müəyyənləşdirib.

Sərkisyan oxumağı bacarırsa, həmin hesabları bir də oxusun. Adımı çəkməklə Sərkisyan nə əldə edir? O, törətdiyi cinayətlərə görə məsuliyyətdən qaçıb qurtarmaq istəyir. Amma alınmayacaq: bütün dünya Sərkisyanın və onun cinayət ortağı Köçəryanın kim olduğunu bilir", - Mütəllibov deyib.

Göründüyü kimi, S.Sərkisyan ənənəvi cani obrazındadır və işğalında iştirak etdiyi Qarabağla bağlı danışıqlardan da uzaqlaşmaq niyyətində deyil. Ancaq hesab olunur ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qarabağ danışıqlarında yeni prezidentin iştirakı da pozitiv dəyişikliyə səbəb olmayacaq.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağ danışıqlarında kimin iştirak edəcəyi ilk növbədə kimin prezident və baş nazir olacağından asılıdır: “Yəni Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz şəxsin bu danışıqlara buraxılması inandırıcı görünmür. Digər tərəfdən, hətta belə bir hal yaransa da, burada birmənalı şəkildə siyasi gediş ola bilər. Yəni mahiyyətlə tanış olmaq üçün vaxt almaq, bununla da status-kvonun ömrünü uzatmaq kimi addımlar atıla bilər. Lakin görünür ki, istər Sərkisyan, istər Karapetyan və ya Nalbəndyan bu məsələlərdən xəbərdardırlar və növbəti proseslər də buna hesablanıb”.

Politoloqun fikrincə, bu məsələdə kimlərinsə hazırkı kursdan və ya xətdən kənara çıxacağı, yaxud danışıqlarda başqa kurs sərgiləməsi inandırıcı görünmür: “Dağlıq Qarabağ münaqişəsi hazırkı və gələcək iqtidar üçün hakimiyyəti əldə saxlamaq imkanıdır... Danışıqlar naminə danışıqlara getmək təbii ki, Azərbaycana lazım deyil. Eyni zamanda Rusiya da cavabdehliyi öz üzərindən atmağa çalışır və son zamanlar rəsmi və qeyri-rəsmi bəyanatlarla gündəmdədirlər. Lakin hakimiyyətə gələn və danışıqlar üçün müvəkkil ediləcək şəxsdən çox məsələlər asılıdır və aprel ayının 9-dan sonra bu bilinəcək”.

Oxunub: 6 594
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Dünən, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Dünən, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Dünən, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Dünən, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Dünən, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 20:36
    Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
  • Dünən, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Dünən, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Dünən, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Dünən, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Dünən, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Dünən, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Dünən, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Dünən, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Dünən, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Dünən, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Dünən, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Dünən, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Dünən, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Dünən, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Dünən, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Dünən, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Dünən, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Dünən, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Dünən, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Dünən, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Dünən, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Dünən, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • 4-08-2026, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • 4-08-2026, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • 4-08-2026, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • 4-08-2026, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • 4-08-2026, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • 4-08-2026, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • 4-08-2026, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • 4-08-2026, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • 4-08-2026, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • 4-08-2026, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • 4-08-2026, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • 4-08-2026, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə