• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?

dunya

Bu gün, 15:30

Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?


Oğluna Azərbaycan bayrağı, özünə Bakıda imperiya – Plyuşenkonun planı Rusiyanı silkələdi, hətta "siyasi rəng" verməyə çalışılr

Rusiyanın tanınmış fiqurlu konkisürəni, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun ailəsi ətrafında yaranan qalmaqal səngimir. Plyuşenkonun oğlunun Azərbaycanı təmsil etməyə başlaması, məşhur idmançının Rusiyada fiqurlu konkisürmənin vəziyyəti ilə bağlı sərt fikirləri və Bakıda böyük idman layihəsi qurmaq planları Rusiyada yeni müzakirələrə səbəb olub.

“Svobodnaya Pressa” (“SP”) Plyuşenko ətrafında baş verənləri təhlil edərək onun Azərbaycanla əlaqələrinin təkcə oğlunun idman karyerası ilə məhdudlaşmadığı qənaətinə gəlib.

Nəşrin diqqət çəkdiyi əsas məqamlardan biri avqustun 2-də Plyuşenko və həyat yoldaşı Yana Rudkovskayanın Moskvaətrafındakı Qorki-10 qəsəbəsində yerləşən “Angelı Plyuşenko” Akademiyasında çoxuşaqlı ailələrdən olan uşaqlar üçün xeyriyyə tədbiri keçirməsidir.

“Çempionun yolunu keç” adlı tədbirdə Rusiyanın sərhədyanı bölgələrindən – Bryansk və Kursk vilayətlərindən olan uşaqlar, həmçinin sağlamlıq imkanları məhdud yeniyetmələr iştirak ediblər. Plyuşenko və Rudkovskaya belə tədbirlərin mütəmadi keçiriləcəyini bildiriblər.

Plyuşenko tədbir zamanı akademiyasının kommersiya məqsədi daşımadığını, istedadlı uşaqların burada pulsuz təhsil aldığını xüsusi vurğulayıb.

Lakin “SP” bu aksiyaya daha tənqidi yanaşır. Nəşrin fikrincə, son vaxtlar Plyuşenkonun ünvanına yönələn tənqidlərin fonunda uşaqlar üçün keçirilən xeyriyyə tədbiri onun ictimai imicini yaxşılaşdırmağa hesablanmış “antikriz” addımı kimi görünə bilər.

Qalmaqalın əsas səbəbi Plyuşenkonun Rusiya fiqurlu konkisürməsinin hazırkı vəziyyəti ilə bağlı açıqlamalarıdır.Plyuşenko beynəlxalq yarışlardan kənarda qalmağın rusiyalı idmançıların inkişafına mənfi təsir göstərdiyini deyərək ölkədə fiqurlu konkisürmənin “deqradasiya etdiyini” bildirib. Bu ifadə isə Rusiya idman naziri Mixail Deqtyarevin sərt reaksiyasına səbəb olub. Nazir Plyuşenkonun mövqeyini tənqid edərək belə ifadələrin unudulmayacağını bildirib. Deqtyarev hesab edir ki, Rusiyanın idman sistemi və idmançıların beynəlxalq yarışlara qayıtması istiqamətində görülən işlər fonunda ölkənin fiqurlu konkisürməsinin “deqradasiya etdiyini” söyləmək düzgün deyil.

Məsələ bununla da yekunlaşmayıb. Plyuşenkonun sözləri Rusiyanın digər tanınmış idman simaları arasında da fikir ayrılığı yaradıb.

Olimpiya çempionu Svetlana Jurova Plyuşenkonun fikrini daha yumşaq izah etməyə çalışıb və onun beynəlxalq yarışların idmançıların inkişafı üçün vacib olduğunu nəzərdə tutduğunu bildirib. Tanınmış məşqçi Tatyana Tarasova isə Rusiyanın fiqurlu konkisürməsində deqradasiya getdiyi fikri ilə razılaşmayıb. Bununla belə, o, rusiyalı fiqurlu konkisürənlərin beynəlxalq yarışlardan kənarlaşdırılmasını ciddi problem kimi qiymətləndirib. Beləliklə, Plyuşenkonun bir cümləsi adi idman müzakirəsindən çıxaraq Rusiyanın idman siyasəti ətrafında polemikaya çevrilib.

Bəs Plyuşenko niyə oğlunu Azərbaycana apardı? “SP”nin yanaşmasına görə, əsas sual məhz bundan sonra başlayır. Plyuşenko oğlunun Azərbaycanı təmsil etməsini onun Rusiyada inkişaf imkanlarının məhdud olması ilə izah edib. Onun sözlərinə görə, Aleksandr Plyuşenkonun Rusiya yığmasında rəqabət aparmaq üçün kifayət qədər imkanları olmayıb və “hamı onun rusiyalı idmançılarla rəqabətə tab gətirmədiyini deyib”.Nəşr isə burada başqa sual qoyur: həmin “hamı” kimdir?

Əgər Plyuşenkonun oğlu həqiqətən istedadlı idmançıdırsa, niyə Rusiya sistemi ona yol açmayıb? Əgər kifayət qədər güclü deyilsə, o zaman başqa ölkənin idman vətəndaşlığının seçilməsi sırf idman zərurətidirmi?

Nəşr hesab edir ki, idmanda əsas prinsip favoritizm deyil, rəqabət olmalıdır və idmançı yalnız öz nəticələri ilə beynəlxalq arenaya çıxmalıdır. “SP”nin məntiqinə görə, Plyuşenko ailəsinin qərarı isə artıq təkcə oğulun idman karyerası məsələsi kimi görünmür.

Çünki söhbət yalnız Aleksandr Plyuşenkonun Azərbaycan millisində çıxış etməsindən getmir.
Plyuşenko ailəsinin Azərbaycanda yaşamaq imkanlarını nəzərdən keçirdiyi, Xəzər sahilində ev axtardığı və Bakıda böyük idman layihəsinə hazırlaşdığı barədə məlumatlar da yayılıb. Plyuşenkonun Bakıda böyük Buz Sarayı açmaq və Azərbaycan uşaqları ilə işləmək niyyəti isə məsələni daha geniş müstəviyə keçirir.

Rusiya nəşrinin iddiasına görə, bu planların reallaşması Plyuşenko ailəsinin Azərbaycanla münasibətlərini sadəcə idman vətəndaşlığı səviyyəsindən çıxararaq biznes və peşəkar fəaliyyət müstəvisinə keçirə bilər.Nəşr bu vəziyyəti Plyuşenkonun Rusiyada çətinliklərin artacağı halda özünə “ehtiyat aerodromu” hazırlaması kimi qiymətləndirir.

Burada Plyuşenkonun Bakıda layihələrinin mümkün tərəfdaşı Emin Ağalarovun adı da çəkilir. Nəşr Ağalarovun hakimiyyətlə əlaqələrinə diqqət çəkərək Plyuşenkonun Bakı layihəsinin idmandan kənar siyasi həssaslıqlar yarada biləcəyini yazır.

Məqalədə Plyuşenko ailəsinin Rusiyadakı fəaliyyətinin başqa bir tərəfinə də diqqət yetirilir. Söhbət “Qar kraliçası” adlı şoudan gedir. Nəşrin yazdığına görə, layihənin maliyyələşdirilməsi üçün 24 milyon rubl həcmində qrant müraciəti təqdim olunub.

“SP” burada paradoks görür: Plyuşenko Rusiyanın fiqurlu konkisürməsində geriləmə olduğunu deyir, ailəsi Azərbaycanda yeni layihələr qurmağa hazırlaşır, eyni zamanda Rusiyada maliyyə dəstəyi almağa çalışır.Nəşr bu yanaşmanı sərt şəkildə tənqid edir.

Müğənni Viktoriya Tsıqovanın Plyuşenko ailəsi ilə bağlı səsləndirdiyi fikirlər də məqalədə yer alır. Tsıqovanın mövqeyinə görə, ailə Rusiyadan uzaqlaşaraq “günəşli Bakıda yaşamaq”, eyni zamanda Rusiyadakı imkanlardan yararlanmaq istəyir. Nəşrə görə, Plyuşenko ailəsinin Azərbaycanla münasibətlərinə yalnız Rusiyadakı qalmaqal prizmasından baxmaq, əlbəttə, mümkün deyil. Azərbaycanın özü üçün bu əməkdaşlığın idman baxımından ciddi perspektivləri ola bilər. Dünya səviyyəli idmançının təcrübəsindən istifadə etmək, fiqurlu konkisürmə məktəbi yaratmaq və yeni nəsil idmançıların yetişdirilməsinə şərait yaratmaq Bakının maraqlarına cavab verə bilər. Lakin Rusiyada məsələyə münasibət daha emosionaldır. Çünki Plyuşenko Rusiyanın yetişdirdiyi dünya şöhrətli idmançıdır. Onun məhz Rusiya fiqurlu konkisürməsinin “deqradasiya etdiyini” söyləməsi və ardınca oğlunun Azərbaycanı seçməsi Moskvada bir-biri ilə əlaqələndirilir. Bu baxımdan Plyuşenkonun Azərbaycana yönəlməsi təkcə idman məsələsi deyil, onun karyerasının növbəti mərhələsi kimi də görünür. Əgər Bakıda buz sarayı, akademiya və məşqçilik layihələri reallaşarsa, onda söhbət bir yeniyetmənin idman vətəndaşlığının dəyişməsindən daha böyük prosesdən gedəcək. Plyuşenko ailəsi üçün Azərbaycan yeni idman və biznes platformasına çevrilə bilər.
Sonda.“SP”nın materialında əsas diqqət Plyuşenkonun oğlunun Azərbaycanı seçməsinə yönəldilsə də, əslində məsələ bundan daha genişdir. Burada söhbət bir yeniyetmənin hansı ölkənin bayrağı altında yarışmasından çox, Rusiyanın tanınmış idman simalarından birinin karyerasının növbəti mərhələsini harada qurmaq istəməsindən gedir. Rusiyanın narahatlığı isə başqa səbəbdən başa düşüləndir. Plyuşenko Rusiyanın yetişdirdiyi, ölkənin idman brendlərindən birinə çevrilmiş fiqurdur. Onun oğlunun Azərbaycanı seçməsi və özünün də Bakıda uzunmüddətli fəaliyyət qurmaq niyyəti Rusiyada “öz məktəbindən uzaqlaşma” kimi təqdim edilir.musavat.com

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

hadise

26-11-2025, 10:29

Bakıda SSRİ bayrağı qaldıranlardan biri məşhur həkimdir

idman

8-09-2021, 09:23

Yeni təyin edilən Gənclər və İdman naziri ailəsi ilə birgə - FOTO

dunya

9-09-2020, 09:22

Rusiyada kişi “İlin qadını” seçildi, qalmaqal yarandı - Fotolar + Video

idman

30-12-2019, 16:11

Dünya çempionu Prezidentə təşəkkür etdi — FOTO

gundem / idman

5-12-2018, 15:31

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir – Foto

Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Bu gün, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Bu gün, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Bu gün, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Bu gün, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Dünən, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Bu gün, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Bu gün, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Bu gün, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Bu gün, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Bu gün, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Bu gün, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bu gün, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Bu gün, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Bu gün, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Bu gün, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Bu gün, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bu gün, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bu gün, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Bu gün, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bu gün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Bu gün, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bu gün, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bu gün, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Bu gün, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bu gün, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Dünən, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dünən, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dünən, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dünən, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dünən, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dünən, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dünən, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dünən, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dünən, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dünən, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Dünən, 09:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
Dünən, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə