• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir

gundem / cemiyyet

5-05-2018, 14:50

Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir














Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib, onları həbs etdirməyə çalışır.


Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş etmişdir. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırmışdır: "Azxəbər.con saytında Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş-Təfərruat başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: "Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Saytın baş redaktoru Hacıbəy Heydərli isə məsələ haqda sosial şəbəkədə yazıb: "Dövlət Gömrük Komitəsinin sabiq rəisi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə işdən çıxarılan Aydın Əliyev məni və Efseleddin Agalarovu CM-nın 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib və bu proses artıq 5 aya yaxındır ki, davam edir. Ölkəmiz və dövlətimiz üçün önəmli olan Prezident seçkilərini nəzərə alaraq məsələni ictimailəşdirməmişdik. Bu ərəfədə DGK-nın sabiq rəisinə dəfələrlə barışıq təklifi və mövqeyini işıqlandırmağı təklif etsək də, o bundan imtina etmiş və bizim cəzalanmağımızı tələb etmişdi. Bəhs olunan yazıda Gürcüstanda həbs edilən DGK polkovniki Rəhim Həsənovun Aydın Əliyevin yaxın adamı olması qeyd olunurdu. Qeyd edim ki, adıçəkilən şəxsin Gürcüstanda psixoterapik maddələrlə saxlanılması xəbəri başqa bir sayta istinadən yayımlanıb, biz isə onun əməllərindən sədrin məlumatlı olduğunu yazmışıq. Bu gün də həmin dərmanların və maddələrin ölkəmizə gətirilməsi ciddi şəkildə araşdırılır və bunu edənlər cəzasını alır. Çox şükürlər olsun ki, Prezidentimiz də Aydın Əliyevin fəaliyyətinə siyasi qiymət verdi və o işindən ayrıldı. Ancaq maraqlıdır ki, eks komitə sədri hələ də məhkəmə iddiasında israrlıdır və özünün səhvsiz olduğunu düşünür. Görünən odur ki, işdəki nöqsanlarının mətbuatda işıqlandırılması və onun fəaliyyətinə siyasi qiymətin verilməsini keçmiş sədr qəbul edə bilmir. Ümid edirəm ki, Binəqədi rayon məhkəməsi məsələyə ədalətli yanaşacaq və ölkəmizdə mövcud olan söz və mətbuat azadlığına hansısa keçmiş məmurun istəyi ilə kölgə salmayacaq. Bu məsələdə hər birinizin dəstəyinə görə öncədən təşəkkür edirəm".


Əfsələddin Ağalarov isə bu haqda açıqlamasında bildirib: Əziz dostlar və həmkarlar. Dekabr ayından etibatən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev mənə və portalımızın təsisçisi Hacıbəy Heydərliyə qarşı CM 147.2 (böhtan) maddəsi ilə iddia qaldıraraq Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Keçmiş komitə sədrini qəzəbləndirən səbəb isə DGK-da baş verən neqativ halların tərəfimizdən işıqlandırılması olub. Dəfələrlə tərəfimizdən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirsək də, Aydın müəllimin qəzəbi dinmək bilmir. Bu müddət ərzində qarşı tərəfə barışıq təklif edilsə də, DGK sədri bu təklifləri rədd etdi. Və bu prosseslər davam edərkən ölkədə söz və mətbuat azadlığının qarantı olan, jurnalistlərin dostu cənab prezident İlham Əliyev Aydın Əliyevi postundan azad etdi. Buna baxmayaraq, keçmiş komitə sədrinin mətbuata qarşı bəslədiyi münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Bu gün Binəqədi rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Aydın Əliyevin vəkili onun adından çıxış edərək bizim həbs edilməyimizi məhkəmədən istəyib. Təbii ki, bu iddia sadəcə bir şəxsin mövqeyidir. Məhkəmə prosesi hələ də davam etməkdədir. İnanırıq ki, media azadlığının mövcud olduğu bir mühitdə sözügedən hadisəyə hüquqi qiymət veriləcək və iddia ləğv ediləcək. Bu günlər ərzində yanımızda olan həmkarlara təşəkkür edir və prosses ərzində jurnalist təşkilatlarını, Mətbuat Şurasının bizə dəstək olmağa çağırırıq"


Qeyd edək ki, Azxeber.com 2010-cu il aprel ayının 13-də yaradılıb. Sayt sosial şəbəkələrdə ən çox izləyicisi olan xəbər portallarındadır. Facebook-da 600 minə yaxın, instagramda isə 260 mindən çox izləyicisi var.

Oxunub: 5 215
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

19-04-2018, 15:50

Gömrük Komitəsi ləğv olunur? — Aydın Əliyevdən açıqlama

Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Bu gün, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Bu gün, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Bu gün, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Bu gün, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Dünən, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 20:36
    Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
  • Bu gün, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Bu gün, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Bu gün, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Bu gün, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Bu gün, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Bu gün, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Bu gün, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bu gün, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Bu gün, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Bu gün, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Bu gün, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Bu gün, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bu gün, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bu gün, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Bu gün, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bu gün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Bu gün, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bu gün, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bu gün, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Bu gün, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bu gün, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Dünən, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dünən, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dünən, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dünən, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dünən, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dünən, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dünən, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dünən, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dünən, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dünən, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
Dünən, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə