• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Abel Məhərrəmov Şeyxi gecə yuxudan oyadıb hüzuruna gətiribmiş - Şok gizlinlər...

gundem / siyaset

22-11-2018, 14:20

Abel Məhərrəmov Şeyxi gecə yuxudan oyadıb hüzuruna gətiribmiş - Şok gizlinlər...














2014-cü ildə keçirdiyi mətbuat konfransında bir şəhid qızıyla media nümayəndələrinin qarşısında mübahisə edərkən, universitetdə rüşvət faktını etiraf etmiş, “pul versəydin, kəsilməzdin” demişdi. Abel Məhərrəmov həmin xoşagəlməz hadisələrdən dərhal sonra cəzalandırılmalı idi”.

Cahan.info-nun xəbərinə görə, bu sözləri Ədalət partiyasının sədri İlyas İsmayılov müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətbu adamıölkənin ən aparıcı universitetinə rektor təyin etməklə kifayətlənmir, hətta Konstitusiyanı kobud şəkildə pozaraq, deputatlıq mandatı ilə mükafatlandırırdı.

“Abel Məhərrəmovun özünə bu qədər arxayınlığı da bu cəzasızlıq mühitindən doğmuşdu. Özünə o qədər arxayın idi ki, onminlərlə tələbəni ayağa qaldırıb stabilliyi poza biləcəyini düşünürdü. Onun dini bir konfransa 2 ton şərab aparması, şeyxülislamı gecə yuxudan durquzub hüzuruna gətirtməsi də tam özbaşınalıqdır”.

İ.İsmayılovun sabiq rektorun Şeyxi yuxudan oyadıb hüzuruna gətirməsini deməsi ilk dəfə eşidilir. Buna qədər heç bir yerdə belə iddiaya rast gəlinməmişdi. Görünür ki, partiya sədri iqtidar “mətbəx”indən ciddi informasiyalar əldə edib.

Məqalədə ən əsası isə yazılıb ki, BDU dövlət sifarişilə mütəxəssislərin ən çox yetişdirildiyi ali təhsil ocağıdır: “Statistik məlumata görə, hər il bu ali məktəbə 5 minə qədər tələbə qəbul olunur. Onun təxminən yarısı dövlət sifarişi əsasında təhsil alır.

Bu, respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20 faizinə qədərini təşkil edir.

Məhz bu səbəb görə də 600 və daha yüksək bal toplayanların böyük əksəriyyəti bu ali məktəbdə oxumağı seçirlər.

Bu cür istedadlı gənclərin taleyinin özünü apara bilməyən rəhbərlərə həvalə edilməsi Azərbaycanın gələcəyinə vurulmuş ən böyük zərbədir. Təəssüf ki, BDU-nun son 19 illik tarixi məhz belə bir anlayışın idarəçiliyi altında olub.

Cahan.info xəbər verir ki, ötən gün Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib. A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: “Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam.

Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir.

Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil.

Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir.

Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm.

20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

Cahan.info xəbər verir ki, bu arada Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün xəbər göndərilməsi haqda da məlumat yayılıb.

Sabiq rektora kabineti boşaltmaq üçün 1 həftə vaxt verilməsi də gələn məlumatlar sırasındadır. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib.

Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir. Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var.

Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: - havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir.

Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir.

Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir.

A.Məhərrəmov işdən çıxarılması haqda xəbəri, özünün dediyinə görə, pedaqoji kollektivin iclasını keçirərkən alıb.

Bundan sonra BDU-nun divarları arasında onu görən olmayıb. Beynəlxalq konfransda içib dava salmasından sonra Abel Məhərrəmovun İspaniyada səfir olan oğlunun karyerası da sual altına düşüb.

Yayılan xəbərlərdə qeyd olunurdu ki, Abel Məhərrəmov həmin qalmaqallı konfransa gedərkən İspaniyaya çəlləklərdə 2 ton ağırlığında şərab aparıb.

Həmin şərab İspaniyada ispan şərabı adı altında qablaşdırılıb və bu dəfə butulkalarda Bakıya qaytarılıb - Abel Məhərrəmovun restoran və şadlıq evlərində satılması nəzərdə tutulub.

İspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq 3 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir.

Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu. Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi.

Oxunub: 6 054
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

16-11-2018, 15:24

Abel Məhərrəmovun İspaniyadakı son çıxışı – Video

gundem / siyaset

16-11-2018, 12:10

Abel Məhərrəmov vəzifəsindən azad edildi

gundem / cemiyyet

2-03-2018, 00:14

Abel Məhərrəmov təhsil naziri ola bilər? — Açıqlama

gundem / siyaset

7-02-2018, 16:01

Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur: - BDU-da təhvil-təslim başladı

Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Bu gün, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Bu gün, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Bu gün, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Bu gün, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Dünən, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Bu gün, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Bu gün, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Bu gün, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Bu gün, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Bu gün, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Bu gün, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bu gün, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Bu gün, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Bu gün, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Bu gün, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Bu gün, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bu gün, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bu gün, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Bu gün, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bu gün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Bu gün, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bu gün, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bu gün, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Bu gün, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bu gün, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Dünən, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dünən, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dünən, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dünən, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dünən, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dünən, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dünən, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dünən, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dünən, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dünən, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Dünən, 09:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
Dünən, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə