• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Amerika Suriyadan çıxırmı – kürdlər çətin durumda

gundem / dunya

26-12-2018, 12:42

Amerika Suriyadan çıxırmı – kürdlər çətin durumda














Vaşinqtonun addımı kürdləri çətin vəziyyətə salıb, Suriya kürdləri Dəməşq və Ankara arasında seçim etməli olacaq
ABŞ müdafiə naziri Ceyms Mettis Suriyadan ABŞ hərbçilərinin çıxarılmasına dair əmri imzalayıb. ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı qərarı prezident Donald Tramp ötən həftə, dekabrın 19-da elan edib. Qərara əsasən Suriyadakı mövcud 2 min nəfərlik ABŞ hərbi kontingenti və Dövlət Departamentinin işçiləri 60-100 gün ərzində mərhələli şəkildə Suriyanı tərk edəcək. Artıq Dövlət Departamentinin işçiləri Suriyadan çıxarılıb.

Ancaq Trampın bu qərarı Vaşinqtonda və dünyanın başqa yerlərində narazılıqla qarşılanıb. Nüfuzlu senatorlar, bir sıra media orqanları qərarı tənqid edərək ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun zəifləyəcəyi, bunun əvəzində İran, Rusiya kimi ölkələrin mövqelərinin güclənəcəyini bildiriblər. ABŞ prezident aparatının rəhbəri vəzifəsini icra edən Mik Mulvani bazar günü ABC televiziyasına bildirib ki, prezident Donald Tramp Suriyadan Amerika hərbi qüvvələrini çıxarmaqla bağlı fikrini dəyişmək niyyətində deyil.

Sitat: “Məncə, prezident elə lap əvvəldən bildirmişdi ki, o bizim Suriyada daimi qalmağımızı istəmir. Siz indi iki ildəki işin nəticəsini görürsünüz”.

Qeyd edək ki, Trampın Suriya qərarı komandada artıq iki istefaya səbəb olub. Əvvəlcə müdafiə naziri Cim Mattis istefaya gedəcəyini bəyan edib. Artıq müdafiə nazirinin istefasını prezident də qəbul edib. Daha sonra isə ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett MakGörk istefasını elan edib. Ancaq Trampın komandası bu istefalardan narahat deyil.

Bu arada Fransa prezidenti Emmanuel Makron bazar günü Trampın hərbi qüvvələrin Suriyadan çıxarılması qərarına görə “dərin təəssüf hissi” keçirdiyini bildirib. Məsələ ondadır ki, ABŞ və Fransa ordusu Suriyanın şimalında birgə fəaliyyət göstərir və fransızların Suriyanın şimalında 5 hərbi bazası var. İndi isə ABŞ ordusu, deyildiyi kimi, Suriyanı tərk etdikdən sonra Fransanın da seçimi qalmır. Fransızlar ehtimal ki, amerikalıların ardınca Suriyanı tərk etməyə məcbur olacaqlar. Çünki Fransanın Suriyada müstəqil fəaliyyət göstərəcək və mümkün hərbi müdaxilələrə cavab verəcək səviyyədə hərbi gücü yoxdur. Ancaq fransızlar Suriyanı tərk edərsə Parisin regiondakı nüfuzu xeyli zəifləyəcək. Məsələ ondadır ki, Suriya ötən əsrin əvvəlində 25 ildən çox müddətdə Fransanın mandatlıq ərazisi olub və bu regionda, xüsusən də Suriya və Livanda Fransanın ciddi təsiri olub. Ancaq Suriyada inqilab baş verdikdən sonra Paris açıq şəkildə Əsəd əleyhdarlarını dəstəkləyib və rəsmi Dəməşqə qarşı cəbhədə yer alıb. Fransanın Suriyada hazırda əsas təsir gücü kürdlərdir. Fransa Suriyanın şimalını tərk edərsə, bu təsirini də itirəcək. Bu səbəbdən də Makron ABŞ ordusunun çıxmasından amerikalı siyasətçilərdən daha çox narahatdır.

Tramp isə qərarından məmnundur. ABŞ prezidenti deyib ki, ABŞ Yaxın Şərqdə polis olmaq istəmir. O əlavə edib ki, ABŞ-ın Suriyadakı mövcudluğu dəyərli həyatlar və trilyonlarla dollar itkisindən başqa bir şey deyil. Prezident Rusiya, İran və Suriyanın İŞİD-in yerli düşmənləri adlandıraraq, onların işini ABŞ-ın gördüyünü qeyd edib.

Yeri gəlmişkən, ötən həftə sonu ABŞ və Türkiyə prezidentləri arasında medianın yazdığına görə “uzun uzadı” telefon danışığı olub. Tramp twitterdə yazıb ki, Ərdoğanla Suriyadakı ortaq maraqları, eləcə də Amerika əsgərlərinin bölgədən çıxarılması mövzusunu müzakirə edib. Tramp yazıb ki, Türkiyə prezidenti Ərdoğan ona Suriyada qalan İŞİD qalıqlarının Türkiyə tərəfindən yox ediləcəyini söz verib. Sitat: “O, bunu edə biləcək biri. Üstəlik, Suriyanın qapı qonşusu. Hərbçilərimiz evlərinə qayıdır”.



Bununla belə, Vaşinqtonda və dünyanın başqa ölkələrində Trampın məlum Suriya qərarı kürdlərin köməksiz buraxılması kimi qiymətləndirilib. Kürd silahlıları da ABŞ prezidentinin qərarını uğursuzluq kimi qiymətləndiriblər.

Ancaq ABŞ ordusu Suriyadan çıxmasına baxmayaraq hələ də Suriyanın şimalında, o cümlədən Menbic rayonunda patrul fəaliyyətini davam etdirir. Bu barədə Rusiyanın “Sputnik” agentliyinə yerli əhalidən olan şahidlər məlumat verib. Şahidlər bildirib ki, ABŞ ordusu patrulları Suriyanın şimalında hazırda Azad Suriya Ordusu qüvvələrinin nəzarətində olan Əl-Aun bölgəsindən gəldiyi və kürdlərin də daxil olduğu Suriya Demokratik Qüvvələri adlı koalisiyanın döyüşçüləri ilə birlikdə patrul həyata keçiriblər. Yayılan videoda amerikalı hərbçilərin Menbicin Cisr əs-Sarb küçəsi ilə hərəkət etdiyi görünür.

Türkiyə hökuməti isə ötən həftə Menbic əməliyyatının dayandırıldığını bəyan etsə də, Qərb mediası Türkiyə silahlı qüvvələrinin Menbic yaxınlığına qüvvə göndərdiyini yazıb. Əlbəttə, indi Vaşinqton anlaşmasının necə işləyəcəyi maraq doğurur. Tramp-Ərdoğan danışıqlarından belə anlaşılır ki, Tramp Menbici Türkiyəyə təslim etməkdə qərarlıdır. Ancaq bütövlükdə kürdlərin taleyi ABŞ ordusu çıxdıqdan sonra müəyyən olunacaq. Kürdlər ya Türkiyə ilə anlaşmalı, ya da Suriya hökumət qüvvələrini, yəni Bəşər Əsədin hakimiyyətini qəbul etməli olacaq. Birinci variant, yəni kürdlərin Türkiyə ilə anlaşması daha az ehtimaldır, çünki Ankara PYD və onun hərbi qanadı YPG-ni terrorçu elan edib. Bu mənada kürdlərin daha çox Bəşər Əsədlə anlaşmağa çalışacağı ehtimal oluna bilər. Ancaq bu halda böyük ehtimalla kürdlər muxtariyyət arzularından əl çəkməli olacaq. 3-cü variant isə Vaşinqtonun təklif edəcəyi hansısa variant ola bilər. Ancaq istənilən halda hazırkı situasiyada kürd siyasətçiləri Türkiyə və Suriya hakimiyyəti arasında seçim etməli olacaqlar. Təbii ki, bu zaman Rusiyanın da mövqeyi təsirli olacaq.

Oxunub: 4 953
Paylaş:
Digər xəbərlər

gundem / dunya

17-12-2018, 12:43

ABŞ Türkiyənin əməliyyatına görə narahatdır, ancaq…

gundem / dunya

14-12-2018, 13:38

Türkiyə yeni müharibə ərəfəsində

gundem / dunya

1-02-2018, 13:18

Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ŞOK İDDİA

gundem / dunya

15-01-2018, 13:52

ABŞ-dan Türkiyəyə daha bir zərbə — Suriyada PKK ordusu yaradılır

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 13:05
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Bu gün, 11:23
DYP velosipedçilərə müraciət etdi
Bu gün, 10:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bu gün, 08:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Bu gün, 08:42
Bu ərazilərdə işıq olmayacaq
Dünən, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
  • Bu gün, 15:30
    Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
  • Bu gün, 13:08
    Ukrayna ilə bu Saziş təsdiq olundu
  • Bu gün, 13:05
    Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • Bu gün, 12:56
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bu gün, 12:53
    Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
  • Bu gün, 12:47
    İlham Əliyev bu səfirləri də geri çağırdı
  • Bu gün, 12:44
    “Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
  • Bu gün, 12:40
    Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
  • Bu gün, 12:14
    İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
  • Bu gün, 11:37
    Qubada 7 kq narkotik aşkarlanıb
  • Bu gün, 11:23
    DYP velosipedçilərə müraciət etdi
  • Bu gün, 11:20
    Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
  • Bu gün, 11:11
    Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
  • Bu gün, 10:56
    Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
  • Bu gün, 10:52
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Bu gün, 10:21
    Əliyev Pezeşkiana təşəkkür etdi
  • Bu gün, 10:06
    İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
  • Bu gün, 10:02
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
  • Bu gün, 09:23
    Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
  • Bu gün, 09:00
    Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
  • Bu gün, 08:58
    Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
  • Bu gün, 08:54
    İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
  • Bu gün, 08:42
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:37
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 21:23
    Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
  • 8-08-2026, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • 8-08-2026, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • 8-08-2026, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • 8-08-2026, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • 8-08-2026, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • 8-08-2026, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • 8-08-2026, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • 8-08-2026, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
6-08-2026, 16:00
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə