• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub” iddiası

gundem / sehiyye

1-02-2019, 12:51

 “Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub” iddiası














Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının məlumatını təkzib etdi; professor: “Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?”

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxmasına dair xəbər yayıb.

Medicina.az xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda A/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Saytın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda donuz qripinə yoluxma qeydə alınmayıb.

ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda A/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i A/H3, 22-si A virusudur.

Hazırda donuz qripi kimi tanınan H1N1 virusunun törətdiyi qripə əvvəllər “ağır keçən qrip” deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə donuz qripi adlandırırlar. Azərbaycanda hələ donuz qripindən xəstələnmə hadisəsi qeydə alınmayıb”. Bu barədə bir neçə gün əvvəl “Sputnik Azərbaycan”a açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.

 “Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub” iddiası


N.Quliyevin musavat.com-a sözlərinə görə, müvafiq qurumlar tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə virusa qarşı xüsusi tədbirlər görülür: “Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nəzdində Taun Əleyhinə Mərkəz fəaliyyət göstərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkün olsun. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiya halında hər hansı bir virusun törətdiyi xəstəlik mövcud deyil”, – deyə baş pediatr qeyd edib.

 “Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub” iddiası


Nəsib Quliyev

O, habelə diqqətə çatdırıb ki, donuz qripi dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: “Amma heç vaxt epidemiya halını almayıb. Əvvəllər virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamısını qrip və qripəbənzər xəstəliklər adlandırırdılar. Sonradan qriplərin tərkibi araşdırıldı. İndi donuz qripinə H1N1, ”quş qripi”nə H5N1 virusu deyilir”. Professor onu da əlavə edib ki, Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil.

Gürcüstanda isə donuz qripindən 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 “Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub” iddiası


Amiran Qamkrelidze

Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: “Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır”.

A.Qamkrelidze deyib ki, donuz qripi ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.

“Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?” Tibb elmləri doktoru, professor Adil Qeybulla isə yerli mediaya müsahibəsində deyib ki, donuz qripi hava damcı yolu ilə yayılır və buna görə Gürcüstandan Azərbaycana da keçəcək: “Düzdür, bizdə statistika bəzən gizlədilir, amma hesab edirəm ki, buna ciddi yanaşılmalıdır. Yəni statistikaya, formal şeylərə yox, real nəticələrə baxılmalıdır”.

Azərbaycanda donuz qripinə yoluxma şübhəsi varmı? Professor cavab verir ki, rəsmi statistikaya görə, yoxdur, amma o, şübhələndiyini gizləmir: “Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin? Ona görə də istisna etmirəm. Yəqin ki, burada da olacaq. O ki qaldı rəsmi statistikanın bunu deyib-deməyəcəyinə, bəli, bu, sual altındadır”.

Professor bir məqamı – Azərbaycanda əhalinin immun sisteminin zəif olduğunu da xüsusi vurğulayır. O, bunu ərzağın aşağı keyfiyyətli olması, əhalinin stress altında yaşaması ilə izah edib.

Göründüyü kimi, xəstəliklə bağlı ziddiyyətli məlumatlar kifayət qədərdir.

Oxunub: 5 740
Paylaş:
Digər xəbərlər

gundem / sehiyye

31-01-2019, 18:01

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

gundem / cemiyyet

17-01-2019, 13:34

Baş pediatr: “Azərbaycanda “donuz qripi” olub”

gundem / hadise

9-01-2019, 13:15

Ermənistanda 10 nəfər “donuz qripi”nə yoluxub

Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Dünən, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Dünən, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Dünən, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Dünən, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Dünən, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 20:36
    Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
  • Dünən, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Dünən, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Dünən, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Dünən, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Dünən, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Dünən, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Dünən, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Dünən, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Dünən, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Dünən, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Dünən, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Dünən, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Dünən, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Dünən, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Dünən, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Dünən, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Dünən, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Dünən, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Dünən, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Dünən, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Dünən, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Dünən, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • 4-08-2026, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • 4-08-2026, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • 4-08-2026, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • 4-08-2026, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • 4-08-2026, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • 4-08-2026, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • 4-08-2026, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • 4-08-2026, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • 4-08-2026, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • 4-08-2026, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • 4-08-2026, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • 4-08-2026, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə