• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Ermənilər üçün nəticələr çox ağır olacaq” – Çingiz Qənizadə

gundem / siyaset

23-09-2020, 10:22

“Ermənilər üçün nəticələr çox ağır olacaq” – Çingiz Qənizadə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da yerli televiziya kanallarına müsahibəsində Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair çox ciddi mesajlar verdi. Ermənistan rəhbərliyi dövlətimizin başçısının bəyanatlarından nəticələr çıxarmalıdır.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq üçün çirkin təxribatlara əl atmaqda və vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Ötən gün, özü də Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribata əl atması işğalçı ölkənin rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun əyani təsdiqidir. Ermənistan rəhbərliyi unudur ki, Azərbaycan dövləti və xalqı istənilən təxribatın qarşısını almağa həm mənəvi-psixoloji, həm də hərbi və iqtisadi baxımdan tam hazırdır. Bu gün həm daxili, həm də xarici siyasətdə ard-arda uğursuzluqlar yaşayan Ermənistan belə təxribatlarla özünü uçuruma aparır. Ermənistan rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları faktiki olaraq danışıqları mənasız edib. Dövlətimizin başçısı müsahibəsində bununla bağlı qeyd etdi ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaq.
Ermənistanın çirkin əməllərindən daha biri beynəlxalq qanunları tapdalayaraq işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma ilə demoqrafik vəziyyəti süni şəkildə dəyişməkdir. Bununla o, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Ermənistanın qanunsuz məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir. Terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi beynəlxalq müharibə cinayətidir. Müsahibəsində bu məsələyə də münasibət bildirən dövlətimizin başçısı deyib: “İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər”.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin təxribatçı əməllərinə ötən gün BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışında da toxundu. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Müsahibimiz bu gün Ermənistanın asılı vəziyyətdə olması, müstəqil daxili və xarici siyasət yürüdə bilməməsi ilə bağlı məsələyə toxunaraq bu ölkənin müstəqilliyin formal xarakter daşıdığını, öz qərarını özü qəbul edə bilmədiyini, onu idarə edənin Soros olduğunu qeyd edib. Azərbaycan Prezidentinin fikirlərini xatırladan Ç.Qənizadə Paşinyanın Soros rejiminin məhsulu olduğunu, bu gün Ermənistanda söz sahibinin məhz Soros olduğunu bildirib. O, guya insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatların bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumduqlarını bildirib.
Çingiz Qənizadə bir daha vurğulayıb ki, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin açıq mesajlarından ciddi nəticələr çıxarmalıdır. Əks təqdirdə, dövlətimizin başçısının xəbərdarlıq etdiyi kimi, əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.Azərtac

Oxunub: 5 330
Paylaş:
Digər xəbərlər

hadise

21-09-2020, 14:08

Əsgərimiz yaralanıb - Rəsmi açıqlama

hadise

21-09-2020, 12:21

XİN-dən hərbçimizin şəhid olması ilə nəticələnən düşmən təxribatı barədə AÇIQLAMA

gundem / siyaset

7-09-2020, 08:14

“Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir” – Çingiz Qənizadə

gundem / siyaset

2-09-2020, 09:22

İşğalçı Ermənistan növbəti təxribata hazırlaşır - Çingiz Qənizadə

siyaset

1-09-2020, 10:36

Rəsmi Bakıdan Mnatsakanyanın fikirlərinə CAVAB

Şou Biznes
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Cəmiyyət
Bu gün, 13:05
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Bu gün, 11:23
DYP velosipedçilərə müraciət etdi
Bu gün, 10:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bu gün, 08:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Bu gün, 08:42
Bu ərazilərdə işıq olmayacaq
Dünən, 21:23
Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 15:30
    Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
  • Bu gün, 13:08
    Ukrayna ilə bu Saziş təsdiq olundu
  • Bu gün, 13:05
    Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • Bu gün, 12:56
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bu gün, 12:53
    Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
  • Bu gün, 12:47
    İlham Əliyev bu səfirləri də geri çağırdı
  • Bu gün, 12:44
    “Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
  • Bu gün, 12:40
    Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
  • Bu gün, 12:14
    İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
  • Bu gün, 11:37
    Qubada 7 kq narkotik aşkarlanıb
  • Bu gün, 11:23
    DYP velosipedçilərə müraciət etdi
  • Bu gün, 11:20
    Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
  • Bu gün, 11:11
    Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
  • Bu gün, 10:56
    Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
  • Bu gün, 10:52
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Bu gün, 10:21
    Əliyev Pezeşkiana təşəkkür etdi
  • Bu gün, 10:06
    İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
  • Bu gün, 10:02
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
  • Bu gün, 09:23
    Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
  • Bu gün, 09:00
    Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
  • Bu gün, 08:58
    Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
  • Bu gün, 08:54
    İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
  • Bu gün, 08:42
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:37
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 21:23
    Məşhur fırıldaçı “David Seliverstov” LOQOS Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevanın yoldaşı imiş…
  • 8-08-2026, 12:11
    Aİİ sammitində Paşinyana sərt mesaj
  • 8-08-2026, 11:39
    ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
  • 8-08-2026, 11:13
    İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
  • 8-08-2026, 10:39
    Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
  • 8-08-2026, 09:41
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:35
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • 8-08-2026, 09:29
    “Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
  • 8-08-2026, 09:24
    Yaşasaydı, 35 yaşı olacaqdı…
  • 8-08-2026, 09:08
    Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
  • 8-08-2026, 09:00
    Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
Daha çox
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
8-08-2026, 08:40
Maştağada Qanunsuz Dəmir Konstruksiyalı Tikinti - Niyə Göz Yumulur?
5-08-2026, 20:36
Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir
4-08-2026, 12:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə