• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir

hadise

3-07-2026, 09:43

Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir


Əvvəlki dövrdə olduğu kimi cari ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

Xidmətdən verilən məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Ölkə Başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 2026-cı il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli Qanununa əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulub.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi (“MyGov” kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da həmin şəxslərlə, eləcə də onların valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bundan əlavə, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada təqdim olunması “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

Həmçinin hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa və digər sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi, habelə 23 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 noyabr 2001-ci il tarixli 1 nömrəli Qərarının yenilənmiş qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

Oxunub: 630
Paylaş:
Digər xəbərlər

cemiyyet

3-07-2025, 12:07

Dövlət Xidmətinin 9 əməkdaşı rüşvətə görə işdən QOVULUB

hadise

2-04-2025, 10:00

Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər məsuliyyətə CƏLB EDİLİB

hadise

9-01-2025, 11:29

Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb olunub

hadise

16-11-2024, 13:13

Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı

cemiyyet

29-02-2024, 12:50

Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib

Şou Biznes
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Cəmiyyət
Bu gün, 14:11
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Bu gün, 11:11
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Bu gün, 10:49
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Bu gün, 09:45
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Dünən, 12:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Paşinyanın adamından Azərbaycana HƏQARƏT – Bakıdan REAKSİYA
  • Bu gün, 15:30
    Plyuşenko ailəsi ilə Moskvadan Bakıya qaçır?
  • Bu gün, 14:11
    Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
  • Bu gün, 13:44
    Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
  • Bu gün, 13:20
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 12:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Bu gün, 11:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Bu gün, 11:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bu gün, 11:11
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Bu gün, 10:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Bu gün, 10:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Bu gün, 10:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Bu gün, 10:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bu gün, 09:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bu gün, 09:42
    Deputatın qardaşı vəfat etdi
  • Bu gün, 09:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bu gün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Bu gün, 08:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bu gün, 08:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bu gün, 08:46
    Bu günə olan valyuta məzənnələri
  • Bu gün, 08:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bu gün, 08:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Dünən, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dünən, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dünən, 12:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dünən, 12:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 12:24
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dünən, 11:17
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dünən, 10:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dünən, 10:45
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dünən, 10:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dünən, 10:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dünən, 09:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Dünən, 09:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
Dünən, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 09:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə