• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur

dunya

13-08-2022, 09:17

CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur


ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanı ən zəif yerindən – “Axilles dabanı”ndan vurur… Paşinyan hakimiyyəti Rusiyanın Ermənistanı “işğal altında saxladığı” və Kremlin “erməni dövlətçiliyini məhv etmə planı”nı artıq işə saldığı barədə propoqandaya start verib…

Musavat.com məlumatına görə, Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə apardığı amansız rəqabətin ilkin nəticələri artıq ortaya çıxmağa başlayıb. Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması uğrunda olduqca ciddi addımlar atılır. Ukryana savaşı ucbatından beynəlxalq sanksiyalara məruz qalan Rusiya hələlik öz regional mövqelərini qoruyub, saxlamaq üçün əlindən gələn hər şeyi edir. Kreml bütün mümkün vasitə və mexanizmlərlə müqavimət göstərməyə çalışır.

Ancaq Rusiyanı hazırda ən zəif yerindən, “Axilles dabanı”ndan vurmağa çalışırlar. Belə ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Bununla belə, indiyə qədər rəsmi İrəvan Kremlə lazım olan vaxtlarda Rusiyanı heç vaxt dəstəkləməyib. Rəsmi İrəvan Ermənistan adlı “formal dövlət”in mövcudluğuna görə borclu olduğu Rusiyaya xəyanət etməyə həmişə hazır vəziyyətdə gözləyib.

Ona görə də, əslində, Ermənistan Rusiyanın hərbi müttəfiqindən daha çox, bu superdövlətin ən zəif yeridir, yəni, “Axilles dabanı”dır. İndi ABŞ və Qərb məhz Rusiya ilə Ermənistan üzərindən hesablaşmağa çalışır. Və Cənubi Qafqazda Rusiyaya qarşı Ermənistan üzərindən geopolitik əməliyyatın aparıldığı artıq açıq-aşkar nəzərə çarpır.



Əslində, Ermənistan artıq bir neçə ildir ki, ABŞ və Qərbin Rusiyaya qarşı başlatdığı geopolitik əməliyyatın aləti rolunda çıxış edir. Bu proses hələ indiki baş nazir Nikol Paşinyanın “Soros” Fondunun dəstəyi ilə Rusiyaya bağlı Qarabağ klanını devirib, hakimiyyətə gəlməsindən sonra başlayıb. Çünki məhz Paşinyan hakimiyyəti Ermənistanda Rusiya əleyhinə təbliğata start vermişdi. Və Rusiyanın Ermənistana düşmən olması barədə ictimai rəyin yaradılmasına nail olunmuşdu.

Düzdür, 44 günlük savaşda Ermənistanın biabırçı məğlubiyyətindən sonra rəsmi İrəvan məcburiyyət qarşısında yenidən Rusiyanın orbitinə döndü. Ancaq son vaxtlar rəsmi İrəvan yenidən tədricən Rusiyadan uzaqlaşma xəttinə meyllənməyə başlayıb. Xüsusilə də, Paşinyan hakimiyyətinin Rusiyanın vasitəçiliyi imzalanmış üçtərəfli anlaşmaları qüvvədən salmağa çalışması Kremlin regional mövqelərinin sarsıdılmasına yönəlib.

Təbii ki, Kremldə Ermənistanın Rusiyaya qarşı xəyanət etməyə hazır olduğunu tam dəqiqliyi ilə bilirlər. Xüsusilə də, CİA şefi Uilyam Börnsün İrəvana səfərindən sonrakı mərhələdə Ermənistanın Rusiyaya qarşı münasibətləri ciddi şəkildə dəyişməyə başlayıb. Ona görə də, Rusiyanın ABŞ kəşfiyyat şefinin Ermənistana səfərindən ciddi şəkildə narahat olması tamamilə başadüşüləndir.

Məsələ ondadır ki, CİA şefinin İrəvana səfərindən sonra Paşinyan hakimiyyətinə yaxın siyasi dairələr Ermənistan cəmiyyətində “Rusiya kimi hərbi müttəfiqi olan dövlətə başqa düşmən lazım deyil” tezisini dövriyyəyə buraxmışdılar. Daha sonra baş nazir Nikol Paşinyan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini sərt şəkildə tənqid edərək, hətta Kremlə qarşı bəzi ittihamlar da irəli sürmüşdü. Və Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin ittihamlarına cavab vermək məcburiyyətində də qalmışdı.



Bir müddət öncə isə Ermənistan cəmiyyətində Rusiyanın işğalçı olması barədə açıq təbliğat başlayıb. Belə ki, Rusiya hərbçilərinin Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ehtimal olunan ərazilərdə blok-postlar qurması erməni toplumunda qıcıq doğurub. Bəzi erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, rus hərbçilərin bu davranışları Rusiyanın Ermənistanı işğal etməsi anlamı daşıyır.

Son günlərsə, bu məsələ ətrafında müzakirələr daha da dərinləşib. İndi Rusiyanın əleyhinə propoqanda prosesinə Ermənistanın rəsmi mətbuat orqanları da qoşulub. Paşinyan hakimiyyətinə yaxın KİV-lər israrla tələb edirlər ki, Rusiya hərbi bazaları artıq Ermənistandan çıxarılmalıdır. Əsas tezislər isə absurd xarakter daşıyan “əgər, Rusiya-Türkiyə “üçtərəfli anlaşması” qeyd-şərtsiz yerinə yetirilirsə, 102-ci rus hərbi bazası kimə lazımdır” sualı üzərində qurulub.

Paşinyan hakimiyyətinə yaxın mətbuat orqanları vurğulayırlar ki, ermənilər Rusiya hərbi bazasının Ermənistanı müdafiə etdiyinə daha inanmırlar. Çünki, hətta Rusiya müdafiə etmək istəsə belə, azsaylı rus bazası müasir hərbi texnika ilə silahlanmış Türkiyə ordusu qarşısında duruş gətirə bilməz. Ermənistan mətbuatına görə, Ukrayna savaşı göstərdi ki, Rusiya hərbi texnikası yaşayış evlərini dağıda bilən metal yığınından başqa bir şey deyil, rus əsgərləri isə yalnız dinc sakinlərə qarşı soyqınçuluq və qətliamlar törətməyi bacarırlar.

Ermənistanın Lraqir saytı birmənalı şəkildə vurğulayır ki, Rusiyanın yeni Cənubi Qafqaz siyasəti Ermənistan dövlətçiliyinin məhv edilməsini hədəfləyib: “Rusiyanın Cənubi Qafqazı tərk etməsi artıq qaçılmaz xarakter daşıyır. Kreml bunu bilir və o vaxta qədər Türkiyə ilə birlikdə Ermənistan dövlətçiliyini sıradan çıxartmağa çalışır”.



Əksər, erməni politoloqlar isə Rusiyanın Gümrüdəki hərbi bazasını Ermənistana birbaşa təhlükə kimi xarakterizə edirlər. Onların fikrincə, Kreml hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ermənistanı Türkiyəyə təhvil vermə” planını həyata keçirtməklə, məşğuldur. Ukraynda məğlub olmağa başlayan Rusiya Cənubi Qafqazı tərk etmək ərəfəsində bu planın icrasını sürətləndirib. Və Putin-Ərdoğan anlaşması da bunu təsdiqləyir: “Ona görə də, rəsmi İrəvan təcili surətdə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması barədə tələbini Kremlə çatdırmalıdır”.

Maraqlıdır ki, hazırda Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları və siyasi şərhçilər məhz bu tezislər üzərindən Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı gücləndiriblər. Bu isə onu göztərir ki, Rusiya əleyhinə tezislər məhz Paşinyan hakimiyyəti tərəfindən hazırlanıb və mətbuat qurumlarına, politoloqlara ötürülüb.

Belə anlaşılır ki, bir müddət öncə CİA şefinin İrəvana səfər etməsi qətiyyən təsirsiz ötüşməyib. İndi Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşma kursu geniş şəkildə təblig olunur. Üstəlik, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması həqiqətən də rəsmən tələb edilərsə, Paşinyan hakimiyyəti ilə Kreml arasında ciddi ziddiyyətlərin olacağı şübhə doğurmur. Rəsmi İrəvanın buna cəsarət edib-etməyəcəyi böyük ehtimalla CİA şefinin Paşinyan hakimiyyətinə hansı təminatlar vermiş ola biləcəyindən asılıdır.

Oxunub: 4 390
Paylaş:
Digər xəbərlər

dunya

8-07-2022, 10:19

Qərbin şok planı: Hədəf Rusiyanın bu ehtiyatıdır

dunya

8-06-2022, 15:30

Putin KTMT-nı “savaş bataqlığı”na çəkir: “Rus NATO-su” parçalanma təhlükəsi ilə üzləşib

dunya

4-05-2022, 09:00

ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur

siyaset

21-04-2022, 13:00

Ekspert: "Qərblə Rusiya arasındakı toqquşma artıq Ermənistana keçib"

dunya

2-11-2020, 13:28

Paşinyan anti-Rusiya kampaniyasına başladı

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
Dünən, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 11:47
    Sabah 39° isti olacaq
  • Dünən, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dünən, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dünən, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dünən, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dünən, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • Dünən, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dünən, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dünən, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dünən, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dünən, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Dünən, 11:47
Sabah 39° isti olacaq
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə